Icma.az
close
up
RU
Ukrayna qoşunlarını Donbasdan çıxarmağı düşünür, lakin bir şərtlə... The Telegraph

Ukrayna qoşunlarını Donbasdan çıxarmağı düşünür, lakin bir şərtlə... The Telegraph

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna qoşunlarını Donbasdan çıxarmağı düşünür, lakin Rusiyanın da eyni şeyi etməsi şərtilə.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat verib.

Prezident Vladimir Zelenski Vaşinqtonun Donbasdakı Ukrayna və Rusiya qoşun mövqeləri arasında "azad iqtisadi zona"nın yaradılmasında israr etdiyini təsdiqləyib. Ukrayna lideri bildirib ki, "Onlar Ukrayna qoşunlarının Donetsk bölgəsini tərk etdiyini görürlər və ehtimal olunan güzəşt Rusiya qoşunlarının artıq "azad iqtisadi zona" adlandırdıqları bu əraziyə girməməsidir".

Zelenski vurğulayıb ki, ərazini Rusiyaya vermək səlahiyyəti yoxdur və ukraynalıların iradəsinə qarşı çıxmayacaq. Eyni zamanda, o, danışıqlar qrupuna Amerika təklifləri ilə "konstruktiv işləməyi" tapşırıb.

Mediada yayılan məlumatlara görə, Ağ Evin xüsusi elçisi Stiv Vitkoff Donbasla bağlı Ukraynanın güzəştlərində israr edir. Əvvəllər o, Rusiya nümayəndələri ilə birlikdə silahsızlaşdırılmış zonanı Rusiya ərazisi kimi effektiv şəkildə tanıyacaq 28 maddəlik planı irəli sürmüşdü.

Məsələyə münasibət bildirən Almaniya kansleri Fridrix Merts ərazi güzəştləri məsələsini yalnız Ukrayna xalqının həll edə biləcəyini vurğulayıb: "Ukrayna prezidentini əhalinin dörd illik əzab və ölümdən sonra dəstəkləməyəcəyi bir sülhə məcbur etmək səhv olardı", - deyib.

Avropa liderləri Paris danışıqlarında əsas rol oynamağa çalışırlar. Danışıqlar şənbə günü NATO rəhbərliyinin iştirakı ilə keçiriləcək.

Moskva hələlik qoşunların qarşılıqlı şəkildə çıxarılmasına razılıq verəcəyinə dair reaksiya verməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, istənilən təhlükəsizlik zəmanətləri yalnız Ukraynanın deyil, Rusiyanın maraqlarını nəzərə almalıdır.

Mümkün silahsızlaşdırılmış zonanın konturları hələ müəyyən edilməyib; bu, Zelenski ilə Tramp arasında danışıqların mövzusu olacaq. Vəziyyət Donetskdəki Ukraynanın nəzarətində olan ərazilərin əsasən strateji şəhərlər, Rusiya tərəfindən işğal edilmiş ərazilərin isə əsasən kənd yerləri olması ilə mürəkkəbləşir.

Parisdəki danışıqlar gələcək Amerika strategiyasının və Avropanın sülh prosesindəki rolunun müəyyənləşdirilməsində əsas ola bilər.

Ağ Ev Trampın bu həftə sonu danışıqlar üçün nümayəndəsini Avropaya göndərməyə hazır olduğunu açıqladı, lakin bu, yalnız sülh müqaviləsinin imzalanması üçün real şans olduğu təqdirdə mümkündür. Lakin Trampın özü iddia edib ki, Vaşinqtonun müharibəyə son qoymaq üçün təklif etdiyi planı bəyənməyən yeganə şəxs Vladimir Zelenskidir. Onun komandası isə sənədə daha çox diqqət ayırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:321
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri