Icma.az
close
up
RU
“Uşağın üç valideyni var: ata, ana və ata ananın münasibəti” PSİXOLOQ

“Uşağın üç valideyni var: ata, ana və ata ananın münasibəti” PSİXOLOQ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Solmaz Şükürova: “Uşağın atayla bağ qırıldığı zaman güvənlə, təvəkküllə və Allahla da bağı qırılır”

Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olur. Odur ki, insan böyüdükcə düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək, özünəinamı yarada bilir. Uşaqlığını unutmuş olanlar, “içindəki uşağı” öldürmüş olanlar, öz uşaqlarının da uşaqlığını öldürmüş olurlar. Bu baxımdan, körpə yaşlarından uşağa diqqət göstərməliyik. Həm də - uşaqlar bizim gələcəyimizdir - deyib, gələcəyimizi parlaq qurmağa çalışmaq lazımdır. Təsadüfi deyil ki, ata-ana və uşaq münasibətlərinin sağlam təməl üzərində qurulması uşağın həm sosial, həm də zehni inkişafinda xüsusi yer tutur. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, o zaman ömrümüz cənnətə dönər. Tanınmış psxoloq Solmaz Şükürova ilə müsahibəmizdə də elə bu mövzuya işıq tutmağa çalışdıq.

- Solmaz xanım, sizcə, valideyn-övlad münasibəti necə qurulmalıdır?

- Öncə onu deyim ki, uşaqla ünsiyyət ana döşündən başlamalıdır. Əlbəttə, ana da xoşbəxt olmalıdır. Uşağın üç valideyni var: ata, ana və ata-ananın münasibəti. Ananın uşaqla münasibəti üçün ata qadına güvən verməlidir. Atanın uşağına ən böyük yaxşılığı onun anasını sevməsidir. Ana o südü rahat verməlidir. Gərginliklə verdiyi süd uşaqda mədə ağrısı da, həzmsizlik də, qaz da yaradır. Ona görə, bu anda ana xoşbəxt olmalıdır. Ananı da ata xoşbəxt etməlidir. Atanı da ana xoşbəxt etməlidir.

Digər tərəfədən, uşaq məktəbə gedib-gəlir, hisslərini bölüşmək istəyir. Analar uşağa nağıl oxumalıdır. Bu proses özü nağıl terapiyasıdır. Amma nə var, “çölə tək çıxma, oğurlayarlar, asarlar, kəsərlər” və s. Düzdür, təhlükəsizlik üçün bu vacibdir. Amma digər tərəfdən uşağa mesaj gedir: çöl təhlükəlidir və o, qorxmağa başlayır. Zatən, anayla bağı olmayan insanın dünyayla bağı olmur.

Ata eril fiqur olduğuna görə ki, Allahla assosiasiya edilir. Onunla güvənli bağ olmadıqda, uşağın Allahla da bağı yaxşı olmur. Bilirik ki, uşaqlıq dövründə “Allah baba” deyirlər. Yəni uşaq Allaha ata, baba kimi yanaşır. Atayla bağ qırıldığı zaman isə uşağın güvənlə, təvəkküllə bağı qırılır. Bu zaman onun inamı, imanı olmur. Ata uşağı qorumayıbsa, ilk davada, ilk səhvində evdən qovubsa, cəzalandırıbsa, onun beynində “əlində çubuq durmuş”, səhv hərəkətlərini sayan, əziyyət verən obrazında olan “Allah” formalaşır. Amma Allahın adlarının içində zalım yoxdur. Allah zalım deyil. Bizim iman, inanc fundamentimiz oradan başlayır.

Əgər bizim valideyinlərimizlə güvən, sevgi kontaktımız qurulmayıbsa, gərginlik yaranır. Çöldə bütün gün simpatik sinir sistemimiz dövriyyədə olur. “Bazar-dükan bahadır, çıxaram oğurlayarlar, hamı aldadır” deyən adam heç vaxt xoşbəxt ola bilməz, onda seratonin, melatonin, oksitosin, dopamin - heç bir hormon ortaya çıxmayacaq.

Bunun üçün insan öz fərqindəliyini kəşf etməli, meditasiyalar etməli, içində dönüb təbiətə baxmalı və ruhani-mənəvi tərəfdən özünü inkişaf etdirməlidir. Deməlidir ki, mən keçmişi dəyişdirə bilmərəm, nə olursa-olsun özümü dəyişdirməliyəm. “Sən dəyiş, dünya dəyişsin” fərqindəliynə gələndə dəyişim başlayır.

O ki qaldı uşaqların mənəvi boşluğuna, demirəm bunun yeməklə əlaqəsi yoxdur, amma bunların psixosomatk səbəbləri daha çoxdur. Bu, insanın psixikası ilə, içindəki proqramlarla daha çox əlaqəlidir. Məsələn, əgər biz eşitmişiksə kişi qırmızı köynək geyinməz, qırmızı köynək geyinən kişi normal deyil, heç bir kişi mağazaya girəndə gedib qırmızı köynək almır. Ona qırmızı köynək təklif edəndə təəccüblənir ki, sən bunu mənə necə təklif edirsən?! Deyirlər kişi ağlamaz, amma kişilər ağlamasa daşqəlbli olar. Deyirlər kişi sevgisini bildirməz, qızını döyməyən dizini döyər və s. Bunların hamısı bizə gələn proqramlardır.

- Belə aydın olur ki, xoşbəxtik hormonlarının həm psixosomatik, həm də qidalanma ilə bağlı səbəbləri var. Bəs necə edək, balansı necə quraq? İnsan birinci addımı necə atmalıdır?

- Maariflənmədən başlamaq lazımdır. Birinci, insan qəbul etməlidir ki, məndə problem var, nəsə düz getmir. Məsələn, insanın qəbzlik problemi var, o deyir ki, nəyisə (hansısa hadisəni ya məsələni) həzm edə bilmirəm, bunu mən necə etdim. Həzm edə bilmədiyi hadisə ona yediyi yeməkdən qəbzlik verir. O, yediyi yeməyi də həzm edə bilmir. Yeyib həzm edə bilmədiyi yemək onun bağırsaqlarında seratonin hormonu yarada bilməz. Analar uşaqlarını fərqindəliklə xoşbəxt etməlidir. Dünyanın hər yerində anaların, ataların məktəbləri var. Onlar fərqindəliklə uşaq dünyaya gətirməlidirlər. Onlar düşünməlidirlər ki, mən dünyaya yeni bir fərd, şəxsiyyət gətirirəm. Yoxsa bunu doğacağam, bunun ardınca birini də dünyaya gətirəcəyəm, birtəhər böyüyəcəklər, bir-birinin paltarını geyinəcəklər, belə olmaz. Biz uşaqlara təkcə yemək, sığınacaq, paltar deyil, mənəvi qida da verməliyik, sevməliyik. Onlara xoşbəxt dünya verməliyik. İlbər Ortaylı deyir ki, səhər bərabər qəhvəaltıetməyəcəksinizsə, bir deyib, bir gülməyəcəksinizsə, axşam yeməyini bir yeməyəcəksinizsə, siz o uşaqları dünyaya gətirməyin. Biz bunun fərqində olmalıyıq.

Ümumiyyətlə, evliliyə birinci növbədə hormonal nəzər-nöqtəsindən yanaşmaq lazımdır. Zatən sevgidən, eşqdən sonra beyində hormonal dəyişikliyin ardınca dopamin nöqtələri aktivləşir. Bu nöqtələr sekslə, yeməklə, narkotiklə, sosial media ilə, qumarla da aktivləşir. Həm eşq-sevgi, həm də digər sadalanan hallar zamanı eyni nöqtələr işləyir.

Və uşaqda mənəvi boşluqda olanda, yəni ana uşaqla məşğul olmur, telefonu uşağa verir ki, başı qarışsın… Əlbəttə, uşaq telefondan asılı olacaq. Bununla asılılığın ilk siqnalları gəlir. Öz-özünə ağlayıb, öz-özünə sakitləşmiş uşaq özü ilə başını qarışdırmağı öyrənir. Sonrakı dövrlərdə isə müəyyən asılılıqlar yaranır. Çünki dopamini ondan alır, heç olmasa orada xoşbəxt olur. Bu zaman insanın cinsəl asılılığı da yaranır. Amma cinsəllik təkcə fiziki deyil, orada qucaqlaşma var, bədənə toxunuşlar var, gözəl sözlər var.

- Yəni cinsəl asılılığın kökü də burdadır?

- Bəli, mənəvi boşluqdur. Qucaqlanmamış insan cinsi əlaqə zamanı partnyorunun onu qucaqlamasını istəyir. Çünki uşaq vaxtı bu hissi valideynindən almayıb. Və deyirlər ki, filan kişinin qızı bir avaraya qoşulub qaçdı, gör kimə getdi... Çünki avara ona deyir ki, sən dünyanın ən gözəl qızısan. Xüsusən də indiki alfonslar o qədər gözəl şeylər öyrənirlər ki, mənən ac qalmış qadına elə gözəl sözlər deyirlər, boşluğu elə doldururlar ki, qızlar, qadınlar aldanır. Amma təsdiqlənib ki, insan üç aydan çox özünü gizlədə bilmir.

- Əksər asılıları deyir ki, onlarda bu xəstəlik əsasən 13 yaşlarından başlayıb…

- Çünki bu, ərgənlik yaşıdır, insanın özünü dərketmə yaşıdır. Ərgənlik zamanı hormonal dəyişikliklər əmələ gəlir, insan özünü tanımağa başlayır. Oğlanlarda artıq testesteron ifrazı bağlayır, qızlarda estoregen. Oğlan və qız uşaqları potensial olaraq kişi və qadındır. Cinsiyyət üzvləri fərqlidir, amma eyni hissləri, duyğuları yaşayırlar. Artıq 3 yaşından sonra mən duyğusu əmələ gəlir, “mənim” deyir. 6-7 yaşından sonra insanları kişi-qadına ayırma fərqindəliyi əmələ gəlir. Artıq onların yanında böyüklər çilpaq ola bilməz, onlar hələ bilmirlər ki, qadın-kişi nədir, amma fiziki baxmdan seçməyə başlayırlar. Bizim təhsil sistemində oğlan uşaqları ilə qız uşaqlarının eyni yerdə olması və dərsin 45 dəqiqə çəkməsi müddətində qızlar oturur, oğlanar isə hərəkətlidir. Uşaqlarda cinsi hormanlar əmələ gəlməyə başlayır, onlar özlərini kəşf etməyə başlayırlar. Və onların mənəvi sferasında boşluq olanda dəstək istəyirlər, xoşbəxt hiss etmək üçün narkotikə üz tuturlar. Zatən uşaqlığından gələn “mən yoxam” hissi onu xoşbəxtliyi axtarışa sövq edir, bu vaxt yolçuluda narkotiklə rastlaşanlar onunla tanış olurlar. Yeniyetmə mənəvi acdır, adını qoya bilmədiyi nə isə çatmır. Bu onun təriflənmək, bəyənilmək istəyi də oa bilər, “səni görürəm” də ola bilər, “səni sevirəm” də ola bilər, fiziki təmas ehtiyacı da ola bilər, qəlbinə toxunuş da ola bilər. Bəzən insan elə söz deyə bilər ki, için isinər. Bir pasientimin seansında içində “buzlar” görürdüm, hissləri donuq idi. Sonuncu seansda onunla özünü sevmək yolçuluğuna çıxanda sanki donu açıldı, əlləri qıc olmağa başladı.

Əgər insan mənəvi boşluğunu doldura bilməsə, təsəllini narkotikdə və digər zərərli şeylərdə tapır. Və asılılığa düşür. Bir oğlan pasientim mənəvi boşluğu doldura bilmədiyi üçün atalığı ilə anası evdə olmayanda dostlarını evə çağırıb narkotik istifadə etmişdilər. Onun bir qadına qarşı da cinsi asılılığı var idi. Pasient dopamini narkotikdən və həmin qadından alırdı ki, xoşbəxt olsun. Narkotiklə sevginin, eşqin təsir etdiyi nöqtələr beynin eyni dopamin nöqtələridir. Yeməkdən asılılığı olan adam da ac olanda əlləri əsir, yeyəndən sonra xoşbəxt olur.

- Bir az konkretləşdirsək, uşaqların bu cür durumunda valideyn olaraq hansı addımları atmalıyıq?

- Analar, atalar uşaqları ilə çox ünsiyyətdə olmalıdırlar. Uşağın dərdi nədir, bilməlidirlər. Ana-atalar maariflənməlidirlər. Uşaq məktəbdən gələndə ana telefonunu yerə qoyub “günün necə keçdi?” deyərək, övladının gözünə baxıb maraqlanmalıdır. Uşaq məktəbdən gəlib anasına həvəslə nələrsə danışır, ananınsa gözü telefondadır, “hə-hə” deyir, sonra uşağa “get, əlimdə işim var, sonra danışarsan” deyir. Uşaq nə isə bölüşməyə gəlir, ana deyir, “görmürsən, telefonla danışıram?”. Uşaq hər dəfə gəlir, ana onu geri göndərir, uşaq neyləyəcək, sosial mediada özünə dostlar tapacaq. Sonra ana-ata deyir ki, o, bizimlə heç nəyi paylaşmır. Çünki vaxtında çox gəlib, amma ona əhəmiyyət veilməyib, o da bundan belə dərs çıxarıb - öz başının çarəsinə baxmalı olub.

Heç kimə güvənməyən insanın bütün gün kortezolu olur, simpatik sinir sistemi bütün gün qışqırır – çöldə düşmən var! Kortezol olan yerdə heç vaxt seratonin, melatonin ola bilməz. Belə olan halda yeniyetmə nə etməlidir: dopamini işə salmalıdır. O içki ilə rahat olur, narkotiklə rahat olur, sekslə rahat olur. Çükni rahatlaşmağa ehtiyac var. O da bir anlıq, narkotkin həzz müddəti bitənə qədər.

“Hürriyyət”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri