Icma.az
close
up
RU
USAID terror qruplaşmalarına və LGBT lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi ANALİZ

USAID terror qruplaşmalarına və LGBT lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi ANALİZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Son məlumatlara görə, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında da elə USAİD durur.

Bu günlərdə Ağ EV USAİD-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumat yayıb. Əfqanıstanda irriqasiya kanallarının yaradılması və kübrənin alınması – bu sistem narkotik istehsalında daha çox istifadə olunub. “Əl-Kaida” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada "LGBT myuzikl", Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyuzivliyin irəliləməsi (1.5 milyon dollar, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar, İnkişaf edən ölkələrdə personallaşdırılmış kontraseptivlərin maliyyələşdirilməsi və s. bu təşkilatın iyrənc əməllərindəndir.

Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.

Siyasi şərhçi Elmir Səftərov "Sherg.az"a bildirib ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünyada donor təşkilat kimi mövcud olsa da, adından da göründüyü kimi yardımlarını çox zaman Amerikanın maraqlarına uyğunlaşdırır və qanunsuz fəaliyyətini humanitar yardım adı altında gizlədir:


"Bəzən isə daha destruktiv addımları ilə iddiham edilən USAID öz nizamnaməsindən kənara çıxır. Buna görə də təşkilat ölkələrin daxili işlərinə dolayı yolla müdaxilə etməsi, həmçinin dövlətlərdə iğtişaşları qızışdırmaq və hökumətləri sarsıtmaq üçün gizli şəkildə fəaliyyətləri ilə tanınır. Bu, açıq şəkildə beynəlxalq hüquqa və azad və suveren dövlətlər arasında hökm sürməli olan münasibətlərə zidd olan müdaxilə aktıdır. 

ABŞ uzun müddətdir ki, xarici yardım proqramlarını qismən gənc demokratiyaların gücləndirilməsinə yönəltdiyini bəyan etsə də, o, “Soyuq müharibə” zamanı dost avtoritar rejimlərə dəstək vermək üçün USAID-dən istifadə edib. Bundan əlavə, USAID dövlətlərə düşmən olan qrupları maliyyələşdirmək, terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi. Bütün bunlarla yanaşı, Gürcüstan və Ermənistan kimi Rusiyanın böyük təsirə malik olduğu ölkələrdə müxalifətyönümlü media subyektlərini, QHT-ləri maliyyələşdirərək inqilablarla ABŞ-ın maraqlarını təmin etməyə çalışıb. 

Ermənipərəst Samanta Pauerin rəhbərliyi ilə Ermənistana müxtəlif adlarla milyonlarla vəsait ayıran USAID bununla Qərbin Ermənistana nüfuz etməsi və orada möhkəmlənməyə çalışması fonundan ABŞ-ın ardıcıl siyasətini davam etdirirdi. Nikol Paşinyan Rusiyadan uzaqlaşıb, ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışdığı üçün USAID Ermənistandakı proqramlara dəstəyi kəskin şəkildə artırmışdı. 2023-cü il antiterror tədbirlərindən sonra əməkdaşlığı daha da artıran tərəflər, Samanta Pauerin səfərləri fonunda UASID İrəvan ciddi maliyyə və siyasi dəstək verirdi".


Şərhçi əlavə edib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonra həyata keçirilən islahatlar səbəbindən USAID-in fəaliyyətinin qiymətləndirilməsini zərurətə çevirdi:

"Belə ki, amerikalı milyarder İlon Mask özünün sosial media platforması X-da USAID-i “cinayət təşkilatı” adlandırarkən, Donald Tramp isə "Onu bir qrup radikal dəli idarə edib və biz onları oradan çıxarırıq" dedi. ABŞ-ın yeni liderinin və ətrafının Agentliyə qarşı tənqidlər səsləndirməsi və onu səmərəsizliydə iddiham etməsi USAID-in ABŞ-ın sabiq prezidenti Cozef Bayden dövründəki fəaliyyətində ciddi qanun pozuntularının müşahidə edildiyini deməyə əsaslar yaradır. 

D.Trampın yeni Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etməyə təyin etdiyi İlon Maskın USAID-lə əlaqəli şərhləri dünyada “yardım agentli”yinin gələcəyi ilə bağlı artan müzakirələrə səbəb olub. Çünki agentliyin bağlanması ilə bağlı addım bütün dünyada humanitar proqramlara böyük təsir göstərə bilər. Lakin əsas məsələ onun bağlanması yox, fəaliyyətinin şəffaflaşdırılmasına yönəldilməldir. Hətta USAID-in dövlətə birləşdirilməsi də mümkündür. Belə bir təcrübə isə mövcuddur: 2020-ci ildə Böyük Britaniyanın baş naziri Boris Conson Beynəlxalq İnkişaf Departamentini Xarici İşlər Nazirliyi ilə birləşdirdi. USAID-in ləğv edilməsi isə təkcə Donald Tampın sərəncamından asılı deyil, burada məhkəmələr və Konqres də böyük önəmə sahibdir".


Elmir Səftərov sonda vurğulayıb ki, USAID-in bağlanması Çinə Latın Amerikası, Afrika və digər həssas bölgələrdə öz gücünü genişləndirmək üçün daha çox imkan yaradacağını nəzərə alsaq, təşkilatın strategiyasında dəyişikliklərin olması ehtimalı daha çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri