Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

VAQİF OSMANLI: MƏNƏVİYYAT FƏTHOLUNMAZ QALADIR...

VAQİF OSMANLI: MƏNƏVİYYAT FƏTHOLUNMAZ QALADIR...

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(Gülər Eldarın “Zərrə” romanı üzərində essevari düşüncələr)

2020-ci ilin fevralında  Gülər xanım Eldarın “Səssiz xatirə” kitabındakı hekayələr haqqında “Səssiz xatirədən uğurlu söz boylanır” adlı subyektiv fikirlərimi bölüşəndə yazını bu üç cümlə ilə bitirmişdim: “Söz sənəti sənətlərin ən qədimi olub, cəmiyyətin ovqatının barometridir. Söz sənəti cəmiyyəti yaşadan, istiqamətləndirən, məfkurə yaradan, məfkurəni qoruyub gələcək nəsillərə çatdıran zəngin və uzunömürlü xəzinədir. Gülər Eldarqızı da bu gün sözün beşiyi başındadır, ona layla çalır, sözün şıltaqlıqlarından ləzzət alır”.

Bir az təvəzökar olmasaydım, özüm özümə “əhsən!” deyərdim. Çünki yanılmamışdım.  Yanılmadığıma görə Gülər xanıma ikiqat “əhsən!” düşür. Gülər xanım bu gün də sözün keşiyindədi - əvvəlki illərdən daha sayıq,  daha ciddi, daha məsuliyyətli. İlahiliyi qorumaq ilahi işdi. Sözü, təxəyyülü, lirik qəhrəmanları indi də, sabah da Gülər xanıma - mənəvi anasına həmişə şıltaqlıqlar edəcəklər. Mənəvi balaların şıltaqlıqlarına dözmək üçün istedad lazımdır. Bu fitri keyfiyyəti Gülər xanımın “Zərrə”sində tapdım, sevindim.

Fransız mütəfəkkir Volterə görə, ədəbiyyatda bütün növlər yaxşıdır, darıxdırıcılıqdan başqa. Səmimiyyətimə inanın ki, “Zərrə” romanını oxuyanda heç darıxmadım. Doğrusu, darıxmağa vaxtım olmadı. Romanda cərəyan edən hadisələr məni elə bir fikir burulğanına atdı ki, ilk səhifədən son səhifəyədək gözümü qırpmadan lirik qəhrəman Zərrə”nin taleyini anbaan izləməli oldum - cürbəcür ovqata yüklənərək.

Belə nəticəyə gəldim ki, Gülər Eldarın “Zərrə”si müxtəlif xaraktürli obrazlar toplusudur. Həm də bu obrazlar real insan xislətidi, canlıdı, tez-tez gördüyümüz, əməllərin ilə tanış olduğumuz müsbət və mənfi əxlaqlı, dünyabaxışlı, xarakteli insanlardı. Gülər xanım səriştəli psixoloq, insanşünas kimi əsərinin mənfi və müsbət surətlərinin iç dünyasını açmağı bacarıb. Təəssüf ki, romanda mənfilər müsbətləri diri-diri quduzcanına “yeyir”. Mənfilərin xislətini açmaq yazıçı üçün daha çətindi. Bunu bacarıbmı, Gülər xanım? Məncə, bacarıb.

Elə bir zamanda yaşayırıq ki, gündən günə insan xarakterində mənfiyə meyil çoxalır. Sosial problemlər məngənəsində, haqq-ədalətə laqeydlik mühitində yaşamaq üçün sarsılmaz güc, iradə, əzm, mübarizə, cəsarət lazımdır. Bu mənəvi kriteriyalarda çatlar yarananda cəmiyyətimizin, gələcəyimizin taleyi sual altında qalır. Milli mənəvi dəyərlərimizə ögey münasibət milli ruhumuzu, kimliyimizi, adət-ənənələrmizi, şərəfimizi zədələyir. Bu zədələr sağalmaz yaraya çevrildikcə başımıza çox bəlalar gələcək. Əvvəlki illərin maddi sərvətə hərislik bəlası bu gün daha da çiçəklədikcə, milli dəyərlərə biganəlik xəstəliyi də şiddətlənir. Mənəvi ölüm fiziki ölümdən daha qorxulu faciədir. İnsanlıq arxa plana keçdikcə, mənəvi cəhətdən ölü canlara çevrilirik. Gülər xanımın gənc, təcrübəsiz, müti, mübarizə əzmindən uzaq, anadan yetim, duyğusuz canlı atadan daha yetim, atasının biznes obyekti kimi baxdığı Zərrə kimi.

Bu uzun, yorucu, gələcəyimizdən nigaran düşüncələrimə səbəb yazıçının “Zərrə” romanın baş  qəhrəmanının taleyidir. Üzümüzü güldürən, sevindirən, heç olmasa,  bir zərrə xoşbəxt insan obrazı  tapa bilmədim romanda. Mən bu mülahizəmlə Gülər xanımı qınamaq fikrindən tamamilə uzağam. Əslində Gülər xanımı alqışladım, cəsarətinə, hadisələrə, qəhrəmanların xarakterinə real yanaşdığına, cəmiyyətin eybəcərliklərinə obyektiv baxış bucağı sərgilədiyinə görə. 

Anaları vaxtsız dünyasını dəyişəndən sonra iki qız övladının taleyinə vəhşi heyvanın balasına münasibətindən daha duyğusuz, şüursuz, heysiyyatsız yanaşan atanın  mənəvi yoxsulluğu bacıların birinin fiziki yoxluğuna, o birinin – Zərrənin mənəvi dünyasının darmadağınına  səbəb oldu.

“Hər şey ailədən başladı. Sonra düşdüyü mühitdən, cəmiyyətdən. Qarşısına çıxan hər insanda  saf duyğular axtardı. Bəlkə də bütün faciələrinə səbəb  hər kəsə sadəlövhcəsinə inanması oldu...”

 Yazıçının bir necə cümləsini yazıma olduğu kimi köçürməyimə səbəb bu cümlələrin romanın özəyi bildiyimdəndir. “Zərrə”də cərəyan edən hadisələri birər-birər sadalamaq fikrim yoxdu. Heç bir ədəbi təhlilimdə bu yolu seçməmişəm. Romandakı hadisələr burulğanında düşünüb-daşınıb oradan yaxşını, pisi seçməyi həmişə mütaliə edənin ixtiyarına vermişəm. Düşünmüşəm ki, mənim fikirlərimdən həvəslənib bu maraqlı romanı oxumaq istəyənlərin marağını, həvəsini və söz zövqünü azaltmayım. Mülahizələrimdə bəzi incə məqamlara ipucu verməklə Gülər xanımın oxucularına bələdçilik  etmək istəyirəm.

Tamahının quduzluğuna uyub qızını “18 yaşı tamam olar-olmaz özüylə şirkətdə birgə çalışdığı qızından 10 yaş böyük Türkiyədən gəlmiş bir kürd əsilliyə ərə verən” ata bilərəkdən, ya bilməyərəkdən (əslində bunun mətləbə heç bir dəxli yoxdur) köməksiz övladını amansız həyatın iyrənc qucağına atır, biganə Rəfiqin pəncəsinə verir. Az keçməmiş Bakıdan İstanbulun zənginlər məhəlləsinə gəlin köçən Zərrənin maddi cəhətdən zəngin ailədə mənəvi dünyasına dəyən zərbələr onu bu öldürücü həyatdan qaçıb canını qurtarmasına vadar edir.

Lirik qəhrəmanın təhkiyəsi ilə nəql edilən hadisələr  elə inandırıcıdır ki, özümü o insanların əhatəsində hiss etdim. Hansısa söz adamının bir deyimini belə xatırlayıram: “Hıçqıraraq  ağlayan bir qadının göz yaşları ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır”. Görəsən sərvətbaz Rəfiqin başına nələr gəldi? Anasız böyüyən, qəlbisınıq, sadəlövh, əşya kimi satılan, büllür bulaq suyu kimi saf  Zərrənin taleyinə belə duyğusuz yanaşan Rəfiq cəzasını aldımı? Gərək Gülər xanım heç olmasa feminist kimi yanaşıb Rəfiqə əməlinin bədəlini verəydi.

Böyük Britaniya yazıçısı Somerset Moemin bir deyimi “Zərrə”nin hər səhifəsində məni izlədi: “Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylə daim qarşılaşmalı oluruq”. Zərrənin başına gələnlər onun istəyinin tam əksi idi,  quduz tamahlılar onun zərif əllərindən, yaxasından bərk-bərk yapışmışdı, əl çəkmirdi sadəlövh qızın ətəyindən. Onun  alnına talesizlik yazılmışdı. İnsan nə qədər qəlbi daş, içi xıltlı məxluqlarla qarşılaşarmış? Amansız cəmiyyət öz günahını yumaq üçün Zərrəyə “əxlaqsız” yarlığı yapışdırmışdı. Əsl əxlaqsızlar isə onun halına bic-bic gülürdü. Muradlara, Faiqlərə havadar Səhərlər çox Zərrələrə bədbəxt gecələr bəxş etməkdəydi.

Əsərdə maraqlı obrazlardan biri də Əsmərdi. Mənəviyyatını itirmiş məxluqların yaratdığı çirkab bataqlıqda özünün fiziki təmizliyini (şərəfini, ləyaqətini yox) qoruya bilsə də, mübarizədən usanıb, ətrafındakı onun-bunun cibinə göz dikən Əsmərə haqq qazandırmaq fikrindən uzağam. Mübarizəsiz, dinc yaşamaq vəhşilər və quduzlar cəmiyyətində ölümə bərabərdir. O, arpışsaydı, vuruşsaydı, bataqlığın o tərəfində ləyaqət işığını tapa bilərdi. Əsmərsə işığa can atmır, anası Səhərin əxlaqsızlıq torunda çabalamaqdan başqa heç nə düşünmür. Əxlaqsızlıq yuvasında dinc yaşamağı həyatının məramı seçir. Ancaq ona əxlaqsız damğası vurmaq günahdır.  Benjamin Franklinə görə, həyatın ən böyük faciəsi gec ağıllanmaqdır. Bu faciə olsa da, həm də bizim milli ruhumuzun məntiqinə görə, ziyanın yarısından qayıtmaqdır. Görəsən, Əsmər gec də olsa, ağıllandımı? Müdrik Şəms Təbrizi düşünürdü ki, Allah sadəcə qəlb verir, içini özün doldurmalısan. Əsmər isə qəlbini mənəvi gözəlliklərlə doldurmağı düşünmür. Təəssüf ki, Gülər xanım onu mübariz yaratmayıb. Yaratsa da inandırıcı olmazdı, axı üfunətli bataqlıqda ətirli qızılgül bitə bilməzdi.

“Satlıq heyvan kimi qızını Rəfiqə satan atanın yaşamağa haqqı yox idi, ona görə də Gülər xanım qızından üzr istəmək üçün romanın sonuna onu qədər yaşatmadı. Vicdanı piylənmiş duyğusuzların yaşamağa haqqı yoxdur.

Yaşadığımız dünya mərhəmətli, həssas ürəkli Sürəyya xalaların  ürəyində, zərif çiyinlərində bərqərardı, yoxsa, çoxdan Müsyö Jordanın Parisi kimi alt-üst olardı. Çünki bu dünyanı İman, Faiq, Murad, Səhər, Səadət, Esmira, Fatoş kimi zərərli və zəhərli alaq otları bürüyüb, belələri neçə-neçə Zərrələri də zəhərləmək uğrunda qaydasız döyüşlərin vicdansız hakimləridir. 

“Zərrə” romanının ilk cümləsindən son cümləsinə kimi yazıçı qarşısına bir ilahi missiya qoyub – işıqla zülmətin qeyri-bərabər savaşında işığın qələbəsi. Sonda əmin oldum ki, işıq zülməti boğub məhv elədi. Zərrənin harayına yetişən Sürəyya xalalar, Hidayət qardaşlar bu qənaətə gəlməyimə əsas verdi.

Hər kəsin mənəviyyatı, toxunulmaz, fətholumaz qaladır. “Zərrə” mənəviyyat romanıdır. Oxuyub saflaşmaq, həyata açıq gözlə baxıb, mənəvi keyfiyyətləri – insanlığı qorumaq hər kəsin öz əlindədir. Mənəviyyatını qorumayanlar yaşamırlar, mövcuddurlar.

 Bəşəriyyət yaranandan işıqla zülmət mübarizədədir. Zülmət aşiqləri işıqlıların qarşısında duruş gətirə bilməzlər...       

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri