Venesuela səfirliyi hədəfdə Bu dəfə Boliviyadakı diplomatik korpusa hücum edildi KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Boliviyanın paytaxtı La Pasda naməlum şəxslər Venesuela səfirliyinin binasını atəşə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Boliviya xarici işlər naziri Selinda Sosa özünün “X” sosial hesabında yazıb. Nazir bildirib ki, hadisə yanvarın 26-da səhər saatlarında baş verib:“Naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq binadakıları qorxudublar, eyni zamanda səfirliyin binasına ziyan dəyib”. Sosa hadisəni vandalizm adlandıraraq, hakimiyyətin bunu qınadığını vurğulayıb. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır.
Bundan əvvəl Lissabonda Venesuela Baş Konsulluğuna da hücum edilib. “Axios” portalı ABŞ prezidenti Donald Trampın administrasiyasının Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökumətini dəyişdirmək istədiyini yazıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















