Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Vətəndaş nikahı, yoxsa rəsmi nikah? Ailə qanunvericiliyi bizə nə deyir?

Vətəndaş nikahı, yoxsa rəsmi nikah? Ailə qanunvericiliyi bizə nə deyir?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər bir cəmiyyətin formalaşması və inkişafı ailələrin yaranmasından və formalaşmasından asılıdır. Ailə müqəddəsdir və ailə dəyərlərinin qorunması, ona hər kəs tərəfindən hörmət edilməsi vacibdir. Azərbaycanda ailə təkcə iki insanın bir araya gəlib nikah bağlaması deyil. Azərbaycan kimi ölkələrdə ailə dəyərləri hər zaman yüksəkdə olub və xalq tərəfindən qorunaraq nəsildən-nəsilə ötürülüb. Ənənəvi Azərbaycan cəmiyyəti üçün ailə rəsmi nikah, toy mərasimi, valideyn razılığı və dini baxışların harmoniyasına əsaslanır.

Riskli seçim

Onu da qeyd edək ki, son illərə qədər ailə haqqında danışarkən söhbətin rəsmi nikah olan ailələrdən getdiyi nəzərdə tutulsa da, son illər xarici təsirlərin artması ölkəmizdə “vətəndaş nikahı” anlayışını da gündəmə gətirib.

Rəsmi qeydiyyat olmadan birgə yaşamaq, yəni vətəndaş nikahı son illər getdikcə daha çox müşahidə olunan münasibət modelinə çevrilir. Bu model bəzi kəsimlərdə “azad sevgi”, “sınaq dövrü”, “rəsmiyyətə ehtiyac yoxdur” kimi səbəblərlə qəbul edilsə də, digər tərəfdən bu cür münasibətlərin hüquqi və mənəvi riskləri cəmiyyət daxilində ciddi suallar doğurur.

“Vətəndaş nikahı” dedikdə hüquqi olaraq tanınmayan, lakin faktiki olaraq iki şəxsin ailə həyatı kimi birlikdə yaşaması nəzərdə tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yalnız müvafiq dövlət orqanında – Ədliyyə Nazirliyinin qeydiyyatı ilə bağlanmış nikah hüquqi qüvvəyə malikdir. Vətəndaş nikahında yaşayan tərəflər arasında rəsmi öhdəlik yaranmadığı üçün onlar bir-birinə qarşı qanunla qorunan hüquqlardan məhrum olurlar.

Daha çox şəhər mühitində, xüsusilə gənclər arasında rast gəlinən vətəndaş nikahının səbəbləri müxtəlif ola bilər. Bu səbəblər sırasında rəsmi nikahdan əvvəl xarakerlərin uyğunluğunu yoxlamaq arzusu, evliliyin məsuliyyətindən yayınmaq, boşanma halları və onun sosial psixoloji təzyiqləri, maddi qeyri-sabitlik və gələcəklə bağlı planların olmaması, valideynlərin razılığı olmadan birgə yaşamaq istəyi qeyd oluna bilər.

Bu ailə birliyinin heç bir rəsmi hüquqi statusu da yoxdur.

Ailə qanunvericiliyimiz

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyində ailə, ailənin qurulması, nikahın bağlanılması və ya pozulmasının hüququ əsasları göstərilib. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

Qanunda birbaşa olaraq rəsmi nikahla bağlı əsas da göstərilib. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən, ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

Qanuna görə, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

Onu da qeyd edək ki, Qanunda rəsmi olaraq heç bir hüquqi əsası olmayan dini kəbinkəsmə ilə bağlı məsələ də öz əksini tapıb. Belə ki, Məcəllənin 1.5-ci maddəsinə əsasən, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyil.

Qadın və uşaqlar daha çox problemlərlə üzləşir

Dini nikah kimi vətəndaş nikahı zamanı istər belə birgəyaşayışla bağlı hüquqi status, istər uşağın doğulması və doğumla bağlı sənədləşmə prosesində ciddi problemlər üzə çıxır.

Qeyd edək ki, bəzi Avropa ölkələrində bu cür birliklərə müəyyən hüquqi çərçivə verilir. Yəni “faktiki nikah” kimi tanınıb, məhkəmə çəkişmələrində hüquqi əhəmiyyət kəsb edə bilir. Azərbaycanda isə bu sahədə hüquqi mexanizmlərin olmaması, gələcəkdə ailə institutunu zəiflədə bilər.

Digər tərəfdən, bu uşağa atalığın, soyadın verilməsi ilə bağlı da ciddi problemlərə yol açır. Bundan başqa uşağa atalıq könüllü verilmədikdə burada iş məhkəmə müstəvisinə qədər uzanır. Həmçinin qeyri-rəsmi nikahda olan qadın və onun övladının aliment almaq və ya gələcəkdə övladının vərəsə olmaq və ya vərəsəlik hüququnu tanıtması kimi mübahisəli məsələlər də ortaya çıxır.

Azərbaycan cəmiyyətində rəsmi nikahdan övlad dünyaya gətirilməsi yaxşı qarşılanmır və bu kimi hallar hər zaman cəmiyyətdə qınanır və ictimai qınağın təsiri də böyükdür.

Beləliklə, vətəndaş nikahı münasibətində ən böyük zərəri adətən qadın və uşaqlar çəkir. Çünki belə münasibətlərdə tərəflərin biri ayrılmaq istədikdə heç bir hüquqi məsuliyyət daşımır, ailə başçısı həyat yoldaşının maddi təminatına borclu olmur, doğulan uşaqların atasının tanınması proseduru çətinləşir, miras və əmlak bölüşdürülməsi hüquqi boşluqlarla qarşılaşır.

Psixoloqların da fikrincə, vətəndaş nikahı qeyri-müəyyənlik üzərində qurulduğundan tərəflər bir-birinə qarşı tam məsuliyyət hiss etmir. Bu isə münasibətlərdə inamsızlıq, daimi qorxu, “yarımçıq” hissi, hüquqsuzluq və dağılmaya qarşı həssaslıq yaradır. Rəsmi nikahda tərəflər arasında daha sabit emosional bağ və öhdəliklər mövcuddur.

Bu səbəblərdən qadın hüquqları müdafiəçiləri və ailə psixoloqları vətəndaş nikahının hüquqi tənzimlənməsini, ya da tamamilə rəsmi nikaha üstünlük verilməsini tövsiyə edirlər. Bu baxımdan da əksər sosioloqlar ailə qurularkən rəsmi nikahın olmasını vacib sayırlar. Bu yanaşmanın əsasında duram arqument isə budur ki, əsasən kişi tərəf rəsmi nikahdan yayınmağa çalışır. Bu, bəzən bu və ya digər prosedurlarla izah olunsa da, məğzi ailə məsuliyyətindən yayınmaqdır. Çünki rəsmi nikah qanunvericilik çərçivəsində tərəflərin üzərinə müəyyən öhdəliklər və məsuliyyət qoyur. Belələri isə məsuliyyətdən yayınmaq üçün vətəndaş nikahı adlanan qeyri-rəsmi yaşayış variantına əl atırlar.

Bu baxımdan ailə dəyərlərimizin təbliği və qorunması, həm də qadınlarımızın maarifləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyətini təşkil edən təşkilatların və medianın bu sahədə təbliğatını gücləndirməsi vacibdir. İnsanlara öz hüquqları vaxtında və düzgün təbliğ edilərsə, heç kim rəsmi olmayan addımlar atmaqla gələcəkdə özünə və övladlarına problem yaratmaz. Biz hüquqi dövlətdə yaşayırıq və kifayət qədər təkmil qanunlarımız var. Əgər kimsə sabahını və gələcəyini rahat görmək istəyirsə, ailəni quranda da rəsmi şəkildə addım atmalıdır.

Ailə modelinə təhlükə

Nəzərə alınmalıdır ki, Azərbaycan xalqının ailə modeli güclü milli və mənəvi dayaqlara söykənir. Vətəndaş nikahı bu ənənəni sarsıda bilər, çünki bu model ailənin dövlət, din və cəmiyyət qarşısında olan hüquqi-mənəvi məsuliyyətini arxa plana keçirir. Uzunmüddətli perspektivdə bu, milli ailə institutunun zəifləməsinə, uşaqların hüquqsuz və sosial cəhətdən həssas vəziyyətə düşməsinə səbəb ola bilər.

Bu münasibət forması qısa müddətli rahatlıq və azadlıq hissi bəxş etsə də, uzunmüddətli təhlükələr və hüquqi boşluqlarla doludur. Azərbaycan cəmiyyətində ailə anlayışı yalnız sevgi yox, həm də məsuliyyət, hüquq və mənəvi borcla ölçülür. Bu baxımdan vətəndaş nikahı nə milli dəyərlərə, nə də hüquqi çərçivəyə tam uyğun gəlmir. Ən əsası isə – bu modeldə ən çox uduzan, adətən, zəif tərəf – qadın və uşaqlar olur.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri