Icma.az
close
up
RU
Xankəndidən Şuşaya kanat yolu So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Xankəndidən Şuşaya kanat yolu So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə təmaslara başlamaq üçün niyə Səudiyyə Ərəbistanını deyil, Türkiyəni seçib? Halbuki amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu bir müddət əvvəl məhz Səudiyyə Ərəbistanında müzakirə etmişdilər. Kreml sahibinin Türkiyəni seçməsinin bir neçə səbəbi var. Birinci səbəb Rusiya və Ukrayna təmsilçilərinin 3 il əvvəl də İstanbulda görüşmələri və sazişi imzalamağa yaxın olmaları idi. Buna görə də Kreml sahibi 3 il əvvəl yarımçıq qalmış danışıqların yenidən İstanbulda davam etdirilməsində maraqlıdır. İkincisi, Səudiyyə Ərəbistanı Türkiyədən fərqli ABŞ-ın bölgədə strateji müttəfiqi sayılır. Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi əməkdaşlıq zəminində Vaşinqtondan asılıdır. Buna görə də Vladimir Putin müstəqil regional siyasət yürüdən Türkiyəyə üstünlük verib. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Kiyev İstanbulun görüş yeri seçilməsinə etiraz etməz. Türkiyənin Rusiya ilə yanaşı, Ukrayna ilə də sıx dialoqu mövcuddur. Bu, Türkiyənin üstünlüyüdür.

Bu arada, PKK-nın silah buraxmağa hazır olduğunu açıqlaması da Türkiyənin gücünü artıracaq. PKK 1984-cü ildən Türkiyədə terrora başlamasından bu yana on minlərlə insanın ölümünə və Türkiyənin terrorla mübarizəsinə yüz milyardlarla dollar xərcləməsinə səbəb oldu. PKK və onun arxasındakı güclər terror vasitəsilə Türkiyənin güclənməsinin qarşısını almağa çalışdılar. Bu mərhələ sona çatmaq üzrədir. Əlbəttə, suallar da az deyil. Terrorçular silahların hamısını təhvil verəcəklərmi, yoxsa bir qismini torpaq altında gizlədəcəklər? PKK-nın lider kadrosu harada məskunlaşacaq? PKK-nın siyasi fəaliyyətə üstünlük verməsi Türkiyə üçün yeni təhlükələr yarada bilərmi? Buna baxmayaraq, PKK-nı idarə edənlər anlayıblar ki, terrorun kürdlərə zərrə qədər də faydası olmadı, sıraları isə xeyli seyrəlib.

lll

Rusiya televiziya kanallarında Moskvada keçirilən 9 may paradını izlədim və qısa müşahidəm əsasında Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməməsinin doğru qərar olmasının sadəcə iki səbəbini söyləyim. Birincisi, paradda qonaqların çoxunun yaxasında "georgi lenti" var idi. "Georgi lenti" isə Rusiya işğalının rəmzidir. Rusiyadakı şovinistlər Gürcüstan torpaqlarını işğal edəndə georgi  lentini yaxalarına taxırdılar, Ukraynaya qarşı işğalçı müharibədə də yaxalarını bu lentlər "bəzəyir". Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Prezidenti yaxasına işğalçı rəmzi vurmaz. İkincisi, hərbi texnikanın Qızıl meydandan keçişi zamanı aparıcı tez-tez Ukraynanın adını çəkmədən bu ifadəni işlədirdi: "Bu hərbi texnikadan "xüsusi əməliyyat" zamanı istifadə edilir". Bu da bir daha göstərir ki, Kreml bu paraddan siyasi məqsədlər üçün istifadə edib.

Firuz Mustafa, yazıçı:  

- Rusiya-Ukrayna və Hindistan-Pakistan savaşınaTürkiyənin iştirakı ilə İstanbulda nöqtə qoyulacaq. Hadisələrin məntiqi bunu deməyə əsəs verir.

- Qulu Məhərrəmli, professor:

- Tarixdən ibrət dərsi götürməyən Ermənistanın keçmiş rəhbərləri-Serj Sarkisyan və Robert Koçaryan  cəmiyyətdə müharibə və qisasçılıq təbliğatı aparırlar. Bu gün 9 Maydan danışan S.Sərkisyan ağlamsınıb ki, əvvəllər bu tarixdə biz "Şuşini almağımızı" və "Artsax ordusunun yaradılmasını" qeyd edərdik. Reallıq hissini tamamilə itirmiş Xocalı qatili Şuşanı geri almaqdan dəm vurub, "Qərbi Ermənistan" dediyi Türkiyə torpaqlarına da göz dikdiyini gizlətməyib, erməni gəncliyini qisasa çağırıb..

Görünür, Baş nazir N.Paşinyan son vaxtlar "Koçaryan və Sarkisyan niyə azadlıqdadır?" sualını təsadüfən səsləndirmir. Məncə, o iki cani həbs olunsa, onlarla birgə eyni havanı çalan erməni faşizminin "xaç atası" katalikos II Qaregin özü avtomatik valı dəyişəcək.

Elçin Alıoğlu, jurnalist:

- Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

"Pakistan xalqı, 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən milli silahlı qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır".

"Geo TV" kanalının məlumatına görə, bu sözləri Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ölkənin Milli Məclisində (parlamentin aşağı palatası) çıxışı zamanı səsləndirib.

"Keçən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarx və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş [Hindistan Hərbi Hava Qüvvələrinə məxsus] təyyarəni, o cümlədən üç "Rafale" qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi", - deyə Şərifin sözlərini kanal sitat gətirib.

Şərif əlavə edib ki, "Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi".

"Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu, onların gecələr rahat yatmasına imkan vermir. Bizim silahlı qüvvələr döyüşlərlə bərkidilmişdir", - deyə Pakistanın Baş naziri bildirib və əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri - Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib.

Şərifin sözlərinə görə, Pakistan xalqı "bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki silahlı qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər". O həmçinin vurğulayıb ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi.

Asif Nərimanlı, jurnalist:

- Amerikalı kardinal Robert Frensis Prevostin Roma Papası seçilməsində qlobal yanaşmaların da rolu diqqət çəkir. Əslində Prevostin Papa olması o qədər də gözlənilən deyildi, hətta seçkiöncəsi sorğuların bir neçəsində onun adı favoritlər siyahısına belə düşməmişdi və Amerika kökləri də uzun illər mövcud olmuş "Vaşinqtonun Vatikana təsir cəhdləri" qorxusu fonunda şanslarını azadırdı.

Əvəzində italyan kardinal, Vatikanın dövlət katibi Pietro Parolininin şansları daha yüksək görünürdü. Parolinin Papa Fransisklə yaxınlığı, lakin ondan fərqli olaraq, eynicinsli nikahlara qarşı "səssiz müqaviməti" kilsə ənənələrinin davam etdirilməsinin tərəfdarı olan mühafizəkarların arasında populyarlıq qazandırmışdı. Onun şanslarını yüksəldən məqamlardan biri də qlobal tendensiyaların təsirləri idi.

- Mərhum Papa Fransiskin eynicinsli şəxslərin nikahlarına xeyir-dua vermək icazəsi - cinsi oriyentasiyasına görə təqibə qarşı çıxması dünyada belə tendensiyanın yüksəlməsindən qaynaqlanırdı.

- Məsələyə daha mühafizəkar yanaşan kardinal Parolinin isə qlobal siyasətdə güclənən Çinlə əlaqələrə üstünlük verir: onu Vatikan-Çin əlaqələrinin memarı adlandırırlar, hətta XVI Benediktin dövründə də Vatikanla Pekin arasında ilk əlaqəni Parolin yaratmışdı; Çinin qlobal siyasətdə güclənməsi tendensiyasının Vatikandakı seçkilərə təsiri mümkün gözləntilərdən idi.

Burada məsələ eynicinsli nikahların qlobal tendensiyaya çevrilməsi ilə Çinin yüksəlməsi arasında hansısa ideoloji-siyasi bağlantının olması yox, beynəlxalq siyasətdə mövcud şərtlərin təsirlərindən ibarətdir. Fransiskin dövründə Parolinin memarı olduğu Çinlə yaxınlaşmanın önə çıxması da (bura Rusiya, Hindistan kimi ölkələri də daxil etmək olar) Vatikanın geosiyasi mövqelərini gücləndirmək və katolikliyin yayılma arealının genişləndirmək strategiyasından qaynaqlanırdı. Bu baxımdan, Parolin Fransiskin irsini davam etdirə biləcək real namizəd hesab olunurdu. Lakin gözləntilərin əksinə olaraq, Roma Papası Amerika köklərinə sahib olan Robert Prevost seçildi. Bunu bir neçə aspektdən dəyərləndirmək olar.

Birincisi, Fransiskin Parolinin memarı olduğu siyasəti Vatikanın ənənəvi katolik dünyasından uzaqlaşması kimi qiymətləndirilirdi və bu, dini mühafizəkarlarla kilsənin qlobal siyasətdə yön dəyişdirməsini qəbul etməyənləri onlara qarşı birləşdirirdi;

İkincisi, katolikliyin "əsas elektoratı"nın yerləşdiyi Latın Amerikasında Vatikanın mövqelərinin zəifləməsi - inancın geriləməsi son illər xüsusilə müzakirə mövzusuna çevrilib və  bu kontekstdə Taxt-Tacın rəhbərliyinin diqqəti bura yönəltməməsi, əvəzində "yeni dünyaya açılışı" narazılıq yaradırdı.

Amerika köklərinə sahib olan Robert Prevostin (ABŞ və Peru vətəndaşlığı var, uzun illər Latın Amerikasında fəaliyyət göstərib) Roma Papası olmasında bu amilərin - Çinin katolik dünyası üzərində təsirinin artması risklərinin yaratdığı narahatlıq və Latın Amerikasında "katolik elektoratın" qorunub saxlanılması - rolu istisna edilməməlidir.

Sua yaranır: yeni Papanın seçilməsində Tramp Administrasiyasının rolu olub?

Bunu Çinlə münasibətlərin memarı olan kardinalın yox, amerikalının Papa seçilməsi və Trampın Papa geyimində olan posteri daha da aktuallaşdırır. Lakin yeni Papa Robert Prevostinin hələ birinci hakimiyyəti dövründən Trampın siyasətini açıq şəkildə tənqid etməsi şübhələrə də yol açır. XIV Leo adını daşıyan yeni Papanın seçilməsində amerikalı dini elitanın dəstəyi mümkün variantlardandır. "The Wall Street Journal" da yazırdı ki, son illər amerikalı keşişlərin mövqeyi gücəlib və onlar Fransiski, eləcə də onun siyasətinin davamını istəmirlər. Yeni papanın dövründə Vatikanın qlobal siyasətdə yanaşmaları kəskin olmasa da, korrektlərə məruz qala bilər.

Mir Səməd, bloger:

- Ağdama hələ gedib çıxmayanlar, bir az da gözləyək, İnşallah qatarla gedərik.

Prezident İlham Əliyev bu gün daha bir maraqlı layihənin anonsunu verib.

Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkiləcək.

Bu, turizm baxımından çox perspektivli layihə olmalıdır.

İnşallah!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 13 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see726

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see147

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see126

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see125

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see120

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see119

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see118

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see117

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see116

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see116

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see116

Bakıda partlayış bu ərazidə baş verib

27 İyun 2025 07:22see116

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see115

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see114

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

27 İyun 2025 09:07see114

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see114

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

27 İyun 2025 16:58see114

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see113

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri