Icma.az
close
up
RU
Yelena Baxmutova: Türk dövlətlərinin rəqəmsal valyutasının yaradılması üçün infrastruktur qurulmalıdır MÜSAHİBƏ

Yelena Baxmutova: Türk dövlətlərinin rəqəmsal valyutasının yaradılması üçün infrastruktur qurulmalıdır MÜSAHİBƏ

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türk dövlətlərinin ümumi rəqəmsal valyutasının yaradılması üçün güclü infrastruktur qurulmalıdır.

Bunu “APA-Economics”ə müsahibəsində Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova bildirib.

Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq, rəqəmsal aktivlər, mərkəzi bank rəqəmsal valyutası (CBDC) və kiber təhlükəsizlik sahəsində regional təcrübəsi ilə bağlı müsahibəni təqdim edirik:

– Azərbaycana səfərinizin məqsədi nədir və Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıqdan gözləntiləriniz nələrdir?

– Bu gün imzalanmış razılaşma gələcək əməkdaşlığımız üçün ilk addımdır. Qazaxıstan və Azərbaycan arasında baş verənlərə dair fikir mübadiləsi aparmaq üçün bu əməkdaşlığı çox vacib hesab edirik. Forumda eşitdiklərim bizim maliyyə konfranslarımızda müzakirə etdiyimiz mövzularla üst-üstə düşür. Ola bilsin ki, Qazaxıstan bu məsələlərdə bir qədər irəlidədir, lakin bu, azərbaycanlı həmkarlarımız üçün, xüsusilə anti-fraud mərkəzləri, kiber təhlükəsizlik və digər sahələrdə fikir mübadiləsi baxımından maraqlı ola bilər.

– Hazırda Qazaxıstanda rəqəmsal maliyyə aktivləri ilə bağlı hansı işlər görülür?

– Hazırda bu aktivlər bizim qanunvericiliyimizdə klassik maliyyə aktivi kimi tanınmır. Lakin Astana Beynəlxalq Maliyyə Mərkəzində bu istiqamətdə xüsusi rejim mövcuddur. Eyni zamanda, Milli Bank yeni qanunvericilik təşəbbüsü ilə çıxış edib və rəqəmsal maliyyə aktivlərinin ticarətə çıxarılması artıq mümkün olacaq. Bu aktivləri həm maliyyə təşkilatları, həm də adi vətəndaşlar əldə edə biləcəklər. Bununla paralel olaraq, kriptovalyuta üzrə ticarət üçün lisenziyalaşdırılmış platformaların yaradılması da planlaşdırılır. Bu, yalnız banklar üçün deyil, həm də sığorta şirkətləri və qiymətli kağızlar bazarının iştirakçıları üçün açıq olacaq.

– Qazaxıstanda rəqəmsal valyuta (CBDC) bank valyutası layihəsi hansı mərhələdədir?

– Bəli, bu, hazırda davam edən layihədir. “Rəqəmsal Tenge” adlandırılan bu layihənin ilkin mərhələsi artıq tamamlanıb. Bu valyuta kağız pulun rəqəmsal versiyasıdır və dövlət maliyyəsinin daha şəffaf idarə olunması, büdcə xərclərinin izlenməsi baxımından çox faydalıdır. Bu texnologiya ölkə daxilində, xüsusilə aşağı internet bağlantısı olan ucqar bölgələrdə də istifadə oluna bilər.

– Sizin fikrinizcə, CBDC türk ölkələri arasında ümumi şəkildə tətbiq oluna bilərmi?

– Hazırda bu, ilk addımdır. Bu sahədə Çin uğurlu nümunədir və Qazaxıstanın da təcrübəsi uğurlu sayıla bilər. Lakin belə bir təşəbbüs üçün əvvəlcə mərkəzi banklar səviyyəsində güclü infrastruktur yaradılmalıdır. Qazaxıstanda bu infrastruktur artıq qurulub və biz yaxın illərdə rəqəmsal ödəniş sahəsində böyük inkişaf gözləyirik.

– Azərbaycanın bu sahəyə daxil olması üçün hansı çağırışlar var?

– Doğrudur, bu texnologiyalar böyük maliyyə tələb edir. İnfrastrukturun qurulması, texnologiyanın tətbiqi və təlimlər yüksək xərclərlə müşayiət olunur. Qazaxıstanda bu cür layihələr dövlət tərəfindən ayrıca büdcə nəzarəti altında həyata keçirilir.

– Qazaxıstanda kiber təhlükəsizlik sahəsində vəziyyət necədir və Azərbaycanla müqayisədə fərqlər varmı?

– Əslində, bu, bütün dünya üçün aktual məsələdir. Qazaxıstanda kiber təhlükəsizliyə cavabdeh xüsusi dövlət qurumları mövcuddur. Banklar bu məsələnin ön xəttindədir. Əhali hər hansı problem olduqda əsasən bankları günahlandırır, halbuki bəzən məsuliyyət fərqli tərəflərdə ola bilər. Kiber təhlükəsizlik təkcə bank sektoru üçün deyil, həm də dövlət orqanlarının informasiya sistemləri üçün çox vacibdir.

– Kiber təhlükəsizliklə yanaşı, fırıldaqçılıqla (fraud) bağlı vəziyyət necədir?

– Fırıldaqçılıq post-sovet ölkələri üçün ortaq problemdir. Rəqəmsal ödənişlərin artması ilə bu risklər də yüksəlir. Bu gün Qazaxıstanda ödənişlərin 90%-dən çoxu rəqəmsal şəkildə həyata keçirilir. Buna görə də biz Milli Bankın nəzdində Anti-Fraud Mərkəzi yaratmışıq. Bu mərkəz banklar və telekommunikasiya şirkətləri ilə birlikdə çalışır. Həmçinin Maliyyəçilər Assosiasiyası çərçivəsində xüsusi komitə fəaliyyət göstərir və bu sahədə fikir mübadiləsi və qabaqlayıcı tədbirlər görülür.

– Kiberdələduzluq halları ilə bağlı statistik göstəricilər necədir?

– Hökumət bu sahəni nəzarətdə saxlayır. Ümumi miqyas böyük olmasa da, bu hallarla bağlı narahatlıq artır. İstifadəçilərin sayı artdıqca, risk də artır. Biz Visa, Mastercard və digər beynəlxalq tərəfdaşlarla birlikdə süni intellektdən istifadə etməklə bu sahədə qarşı tədbirlər görürük.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri