Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (IV YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (IV YAZI)

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

Əvvəli burada

https://sesqazeti.az/news/mia/1230602.html

Qurtuluşun sehirli formulu

Genetika elminin ortaya çıxardığı elmi faktları oxuyanda adam dəhşətə gəlir. Genlərimizdə kainata sığacaq qədər informasiya bazası var və bunların hamısı kodlarla, yəni, naməlum dildə sözlərlə yazılıb. İnsanın genetik kodu 30.000-ə qədər gendən ibarətdir. Bir dəst genomun uzunluğu 3 milyarddan çox hərfdən ibarətdir! İndiyədək yaşadığımız bütün həyatların informasiyası altşüurumuzda həkk olunub. Yaradılışda heç vaxt heç nə itmir. İnsan bu dünyadan çıxanda əbədi informasiya bazası açılır və yenidən ona yüklənir. Bəzi alimlərin dediyinə görə, dünyaya gələn körpənin beyninə bətndə olduğu 9 ay müddətində Ruhun var olduğu bütün dövrlərin informasiya bazası yüklənir. Sadəcə dünya həyatında yalnız əməliyyat yaddaşı (Cari yaddaş) işləyir, alt yaddaş (Big data) isə qapalı olur. Əgər belə olmasaydı insan simulyatorda sınandığını anlayardı.

Heç nə təsadüfən baş vermir. Təsadüf adlı bir şey yoxdur, hər şey zərurətdir. Hadisə-səbəb-nəticə əlaqəsi üzərindədir. Kainatda karma qanunu işləyir. Bu ən ədalətli sistemdir. Nə əkirsən, onu da biçirsən.

İnsan düşüncəsi kainatın özü kimi sərhədsiz, insan ruhu isə əbədi və laməkandır. Alın yazısı yoxdur. İnsanı Tanrı robot kimi yox, tam müstəqil varlıq kimi yaradıb. Yaradan bizim nə edəcəyimizi bilir, lakin qərarı həmişə biz veririk. Bu cəhətdən insan bir çox kosmik varlıqlardan üstündür, məsələn mələklər sadəcə proqramlaşdırılmış robotlardır və öz proqram üzrə vəzifələrini yerinə yetirirlər, onların müstəqil qərar vermək səlahiyyətləri yoxdur.

Yaradanın əbədi məkanında varlığımızın əbədi mövcud olduğumuzu anlaya bilmək çətin deyil. Müqəddəs kitablarda deyildiyi kimi bura yalançı dünyadır, cəza batalyonudur, yenidən kamilləşmək məkanıdır. Mvəqqəti məkan və məhdudlaşdırılmış imkanlar. Burada müəyyən müddətlik kamilləşmə və təmizlənmə üçün virtual olaraq dərs keçməyə göndərilmişik və məhşur məsəldə deyildi kimi, “biz öyrənənədək dərs davam edəcək”. Yəni reinkarnasiyaların sayı bizim kamilləşməmizi nə vaxt bitirəcəyimizdən asıldır.

Müqəddəs kitablarda deyildiyi kimi, insan ət-sümükdən ibarət kütlə deyil, bu bədəni idarə edən ruhi varlıqdır. Bədən ruhun müvəqqəti olaraq istifadə etdiyi maşındır. Bu ruh çox maşınlar istifadə edib və edəcək, sinifdə qaldıqca yenidən həmin sinfə göndərilir və öyrənmə davam edir. Kamilləşməsini başa çatdıranda və yüksək kainata layiq vəziyyətə çatanda materialist elmin görə və girə bilmədiyi qeyri-maddi kainata keçid edir və əbədi varlıq kimi həyatını davam edir.

İnsanın yaradılışı çox nəhəng bir ali proyektin təntənəsidir. “Biz sizi özümüzə oxşar yaratdıq” deyən Yaradılışın sahibi insana ağlagəlməz imkanlar verib ki, biz onların 1 faizindən belə müsbət işlər üçün istifadə edə bilmirik. Əksinə, bu gücümüzdən daha çox şər işlər üçün istifadə edirik. Lakin bu təbii prosesdir, insanın təkamülü, mükəmməlləşməsi üçün bu yol keçilməlidir. Sonda insan layiq olduğu ali mərtəbəyə yüksələ biləcək. Lakin hələ bunu dərk edə bilmirik.

Nə vaxtsa bacaracağıq. Yaradan kosmik ictimaiyyət qarşısında İnsanın prezentasiyasını keçirəndə bəzi speptik yüksək varlıqların narahatlığına cavab olaraq bəyan etmişdir– “Mən bildiyimi siz bilmirsiniz!”.

Yaradılışın sirrini, varlığımızın ali məqsədini heç olmasa bir az anlamaq üçün tək yol var- elmləri və dinləri dərindən öyrənmək. Bu ikisinin vəhdətdə olduğunu və bir-birini təsdiqlədiyini dərk edəndə həyatın mənasını, yaradılışın məqsədini anlamaq olur.

Əlbəttə, elmi mistisizmlə qarışdırmaq bir az qəribə görünə bilər. Lakin əgər ikisi də eyni şeyi deyirsə, artıq qəribə görünmür.

Vedantanın sonuncu bölməsi olan “Upanişad”da deyilir: “İnsan bədəni necədirsə, kainatın bədəni də elədir. İnsan ağlı necədirsə, kosmik ağıl da elədir. Mikrokosmos necədirsə, makrokosmos da elədir. Atom necədirsə, kainat da elədir”.

Son elmi kəşflərə görə, bilinən kainatın forması insan beyninə çox oxşardır...

Biologiya elmləri doktoru Tatyana Çerniqovskaya yazır: “Beyin çox sirli və güclü bir şeydir, biz onu yanlış olaraq “özümüzünkü” hesab edirik. Bunun üçün heç bir əsasımız yoxdur: kimin kimə aid olması ayrıca bir mövzudur. Beyin bir qərarı insan onu dərk etməzdən bir neçə saniyə əvvəl verir. Bu, beyin fəaliyyəti üçün böyük bir müddətdir. Beləliklə, sonda qərarı kim verir: insan, yoxsa onun beyni? Evin sahibi əslində kimdir? Beynin kəlləmizin içində olması ona “mənim” deməyə haqq vermir. O bizdən misilsiz dərəcədə güclüdür. Beyin üzərində heç bir hakimiyyətimiz yoxdur və o, özbaşına qərar verir. Ancaq burada çox incə bir məqam var. Ağlın mühüm hiyləsi odur ki, bütün qərarları beyin özü verdiyi, hər şeyi özü etdiyi halda, insana siqnal göndərir ki, narahat olma, hər şeyi özün etmisən, bu sənin qərarın idi”.

Bioloji genetik sistem də ağlagəlməz dərəcədə möhtəşəm və mükəmməldir. Bunu gösətərn milyonlarla elmi fakt var, lakin burada qeyd etmək mümkün deyildir. Sadəcə insan orqanizminin 2 trilyondan artıq canlı tərəfindən idarə olunmasını bilmək kifayətdir. Bütün komanda Ruhun, Şüurun əməllərini həyata keçirmək üçün mütəşəkkil formada və yüksək şüurlu formada çalışır. Bu sistemin təsadüfən yaranması, küləyin süpürüb apardığı metal qırıntılarının öz-özünə yığılaraq son model təyyarə əmələ gətirməsi kimi bir şeydir.

İnsanda 5 milyon qan hüceyrəsi vardır. 6-7 nanometrlik 1 qan hüceyrəsində 270 milyona yaxın hemoglabin hüceyrəsi var. Bu qədər proteinin təsadüfi düzülüşlə mükəmməl proqram yerinə yetirməsi nəzəri cəhətdən belə mümkün deyildir. 574 amünasitli 1 ədəd proteinin təbiətdə təsadüfən əmələ gəlməsi ehtimalı 10 üstü 950-də 1 ehtimaldır. Qeyd etdiyimiz kimi 10 üstü 50-də 1-dən sonrakı rəqəmlər nəzəri cəhətdən belə hec cür mümkün olmamaq deməkdir.

Bununla belə, bədənimiz nə qədər mükəmməl olsa da, biz bu bədən deyilik. Biz bu maşının (bədənin) sürücüsüyük. Obrazlı desək, bədən Ruhun müvəqqəti paltarıdır. Həqiətə giriş bunu anlamaqdan başlayır.

Müdriklər insanın fiziki bədəndən ibarət olmadığını anlamış, ölümün bu maddi dövriyyədən qurtuluş olduğunu dərk etmiş, özlərinin əbədi olduqlarını, bilikdən və şüurdan başqa heç nəyin heç bir dəyəri olmadığını başa düşmüş ali şəxsiyyətlərdir. Onlar bu maddi kainatdan qurtulub əbədi ruhi kainata keçəcəklər. Digərləri isə təkrar-təkrar bu dünyaya gələcək, gedəcək, ta ki, kamilləşməni tamamlayana qədər. “Ölüm”dən sonra nələr baş verdiyini təsvir edən “Tibet Ölülər Kitabı”nda bu proses incəliklərinə qədər təsvir edilir. Maraqlıdır ki, kliniki ölüm keçirənlər də eyni şeyləri deyir.

Əxlaqi bir kainat nizamı olan karma qanununa görə, bu həyatda işlənən əməllər, canlının taleyinə təsir edir və onun təkrar bədənlənməsində rol oynayır. Bunun nəticəsi olaraq hər bir kəs öz mövqeyini, vəziyyətini öz əməliylə qazanır. Yaxşı bir insanın vəziyyəti pisləşməyə doğru gedirsə, əvvəlki həyatında işlədiyi pis əməllərin; əgər yaxşılığa doğru gedirsə əvvəlki həyatında işlədiyi yaxşı əməllərin qarşılığıdır. Bu, daha əvvəlki həyat şəklinin cəza və mükafat olaraq özünü göstərməsidir. İnsan, keçmişdə nə əkmişsə, gələcəkdə onu görəcəkdir. Bhaqavad-Qitada Tanrı Krişna belə deyir: “Siz, yalnız vəzifənizi yerinə yetirməklə məsulsunuz. Əgər bir səmərə hasil olarsa, o məndən gəlir”

Karma qanununa görə, Ruh, qazana, yüksələ bildiyi səviyyəyə uyğun heyvan, bitki, insan və ya mələk şəklində doğulur. Bu doğuluş bir səbəb-nəticə əlaqəsi içində gerçəkləşir. Mənəvi və əxlaqi qarşılıq, yəni edilənlərin nəticəsi ruhun göstərdiyi nəticə sayəsində mümkün olur. Sonrakı həyatda xoşbəxt olmaq, doğru hərəkətlərdən asılıdır. Nə əkirsənsə, onu da biçəcəksən...

“Baqavad-Qita”- 8/20. “Onlar dedilər: -Budur O, Tanrının əzəli Şəxsiyyəti, biz Onu yaxşı xatırlayırıq. Təbiət qunalarının (qüvvələrinin, enerjilərinin- red.) yaradılışı təzahür etməzdən əvvəl tək O mövcud idi və Ulu Tanrı olduğu üçün bütün canlı varlıqlar, enerjiləri dondurularaq gecə yuxuya dalırmış kimi, yalnız Ona qovuşurlar”.

Maddi yaradılış Tanrı tərəfindən hərəkətə gətirilən maddi təbiətin 3 qunasının qarşılıqlı təsiri nəticəsində baş verir. Şruti-mantrada deyilir ki, yaradılışdan əvvəl yalnız Ulu Tanrı Vişnu mövcud olub. Bütün kainatlar toxum şəklində yalnız Onun nəfəsindən yaranıb və tədricən hər birində saysız-hesabsız ulduzlar, planetlər olan nəhəng formalara çevriliblər.

Vedalara görə, canlı varlıqların Tanrıya qovuşması maddi kainatın sonunda özü-özünə baş verir. Lakin bu, canlı varlığın öz fərdiyyətini itirməsi demək deyildir. Fərdiyyət qalır və Tanrının ali iradəsi ilə növbəti yaradılış başlayan kimi bütün yuxuya getmiş fəaliyyətsiz canlı varlıqlar keçmişdəkinin davamı olaraq həyatın müxtəlif sahələrində öz fəaliyyətlərinə başlamaları üçün yenidən buraxılırlar. Bu maddi həyatımızdakı yuxuya bənzəyir.

Ölüm deyə bir şeyin olmadığını yalnız müdriklər anlaya bilir. Yaradılmış heç nəyin ölmədiyi, yox olmadığı elmi olaraq sübut edilib. Bu oyuncaq dünyada oynanan oyunlar (həyat) sadəcə bir yuxu kimidir- virtualdır, qeyri-realdır, bu ruhun aldığı dərslərdir, onun imtahanıdır.

Qurani-Kərimdə “Göydə uçan elə bir quş, yerdə gəzən elə bir heyvan yoxdur ki, onlar da sizin kimi ümmətlər olmasınlar və sonda hamınız Mənim dərgahıma dönəcəksiniz” ayəsi var. Bütün canlılar ruha malikdir, sadəcə maddi kainatda hərənin öz missiyası, hərənin öz həyatı, öz dünyası var. Vedalara görə, “insan”, “heyvan” anlayışları ruha yox, bədənə aiddir.

Elm deyir ki, kainat genişlənir, bir vaxt bu proses dayanacaq və geriyə qayıdış başlanacaq və bütün kainat tək bir nöqtədə birləşəcək. Necə də heyrətamizdir, elə deyilmi? Baqavad-Qitada, Quranda, Bibliyada və s müqəddəs kitablarda bu sadə formada izah edilib.

Həqiqəti yalnız onu axtaranlar görə bilər. Həqiqət isə elə ali və möhtəşəmdir ki, onu əldə etmək asan deyil, bunun üçün dizini yerə qoyub elmləri və dinləri öyrənməli, sənə verilmiş beyindən istifadə etməlisən. Başqa yol yoxdur. Yaradılışın məqsədi də budur- ali varlıqlar ali səviyyəyə çatdıqda ali məskənə aparılır, ot kimi yaşayanlar isə sadəcə canlı varlıqlardır, onlar hələ maddi dünyaya çox gəlib gedəcəklər. “Siz öyrənənə qədər dərs davam edəcək”.

Əgər elmləri və dinləri öyrənərək həqiqəti dərk etməyə tənbəllik edənlər üçün üçün çox asan bir yol var- Sevgi zirvəsinə qalxmaq. Yalnız Sevgi bizi xilas etmək gücündədir. Tanrının özünün belə qalib gələ bilməyəcəyi, özündən qüdrətli olaraq yaratdığı Sevgi. Kamilliyin ən yüksək zirvəsi Sevgidir.

Fövqəlinsan səviyyəsinə yüksəlmək, maddi illuziya dünyasından qurtulmaq, Yaradanın dərgahına layiq ola bilmək üçün bu ən asan və birbaşa yoldur. Sevgi, yeganə sehirli formuldur.

Sevgilərlə...

(ardı olacaq)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri