Icma.az
close
up
RU
Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XIV YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XIV YAZI)

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Əvvəli burada

https://sesqazeti.az/news/mia/1236679.html

Toxumlarda kodlaşdırılaraq yazılmış yaradılış və həyat proqramı

...Onunla biz gözəl bağlar yetişdirdik, lakin onun bir ağacını belə yetişdirmək sənə mümkün deyil... (Quran, Nəml surəsi, 60)

Bütün çiçəklər, ağaclar, tərəvəzlər və meyvələr eyni quru torpaqda əkilsə, eyni su ilə suvarılsa belə, rəngləri, formaları, sıxlıqları, dadı, ətri, görünüşü tamamilə fərqlidir. Bütün sir toxumda gizlənib. Toxum elə proqramlaşdırılıb ki, bütün bu fərqlilikləri eyni materiallardan istifadə edərək verir. Bitkilərlə bağlı bütün məlumatların milyonlarla ildir toxumlarda saxlanması özü bir möcüzədir. Hətta arxeoloji qazıntlar zamanı tapılmış 10-15 min illik toxumların belə torpağa əkildikdə yetişdiyi məlumdur. Sadəcə, su vermək kifayətdir.

“Allahın göydən necə su endirdiyini görmədinmi? Beləliklə, onunla müxtəlif rəngli meyvələr yetişdirdik...” /Quran, Fatir (Yaradan) surəsi, 27/

Təbiət, saysız-hesabsız bitkilər, ağaclar, çiçəklərlə zənginləşdirilmiş möhtəşəm canlı muzeydir. Bu nəhəng təbii muzey çox kiçik toxumlarda yazılmış proqram sayəsində meydana gəlir. Toxumda bitkilərin yaradılış və həyat proqramı həkk edilmişdir.

Böyük bir meyvə ağacı, kiçik bir toxumdan meydana gəlir. Müəyyən müddətdən sonra həmin toxumdan 5-10 metr hündürlüyündə, tonlarla ağırlığı olan nəhəng ağac əmələ gəlir. Toxuma nisbətən çox nəhəng ölçüdə olan bu ağacı yaratmaq üçün toxumun istifadə edə biləcəyi yeganə material ilk mərhələdə öz içindəki ehtiyat qida, daha sonra isə torpaq, su və günəş işığıdır. Toxumlar içərisində daşıma sistemi olan, torpaqdan maddələri sormaq üçün lazımi kökləri olan və son dərəcə son dərəcə mürəkkəb struktura malik ağacı bütün sistemləri ilə birlikdə əmələ gətirir. Milyonlarla növ bitkinin hər birinin fərqli xüsusiyyətlərini özündə saxlayan informasiya kodları öz-özünə təsadüfən yarana bilməz. Bu, heç nəzəri cəhətdən belə mümkün deyildir.

Toxumlar mənsub olduqları bitki haqqında, hər budaq və yarpaq haqqında, bu yarpaqların sayı, necə formalaşdırılacağı, qabığının hansı rəng və qalınlıqda olacağı, qida və su daşıyan boruların eni və sayı, bitkinin uzunluğu, meyvə verib-verməyəcəyi, əgər meyvə verəcəksə, bu meyvələrin dadı, qoxusu, forma və rəngləri haqqında bütün məlumatları ehtiva edən obyektlərdir.

Şübhəsiz ki, dənləri də, toxumu da bölən Allahdır. O, ölüdən diri, diridən ölü çıxarır. Bəs sənin sözlərini nə deyib geri çevirirlər? /Ənam surəsi, 95/.

Toxum müstəqil ağıl, şüur ​​və iradə sahibi bir varlıq deyil. Bu halda ağacları və bitkiləri bütün heyrətamiz sistemləri ilə birgə əmələ gətirənin toxumun özü olduğunu iddia etmək mümkün deyil. Toxumun içində son dərəcə üstün bir ağıl və hərtərəfli bilik (bioloji proqram) gizlədilib. O genetik kod informasiyası oraya Ali Şüur tərəfindən yazılmış və yerləşdirilmişdir.

Bu canlı obyektlər torpağın altında yerləşən minlərlə elementin hansından necə istifadə edəcəyini dəqiq bilir. Hansılardan, nə qədər, nə vaxt və necə. Sanki, toxum bütün bu maddələri bir-bir tanıyır və bütün xüsusiyyətlərini, funksiyalarını, nəyə lazım olduqlarını bilir. Lakin şüura və ağla malik olmayan toxum bunu bilə bilməz. Toxum da, o maddələr də eyni mənbədən formalaşdırılmış kodlarla təshiz olunub və prorqam avtomatik rejimdə işləyir.

Dünyada insan üçün qida olaraq minlərlə növbə məhsul yetişir. Meyvələr, tərəvəzlər, giləmeyvələr, paxlalılar, çiçəklər, ədviyyat bitkiləri və s. Hər birinin tərkibi insanı (həmçinin heyvanları) yaşatmaq üçün lazım olan xüsusi maddələrlə zəngindir. Bir çoxu isə müalicəvi xarakterə malikdir. Bu zənginlikdə minlərlə dad, minlərlə ətir, minlərlə forma, minlərlə material forması, minlərlə funksiya birləşir. Və bütün bunlar hamısı adi torpaqdan və sudan formalaşır. Dadı pis olan qara torpaqdan dünyanın ən dadlı və ətirli yeməkləri meydana gəlir.

Quranda bu mövzuda belə təsvur olunur: “Ölü torpaq onlar üçün bir ibrətdir. Biz onu diriltdik və ondan taxıl yetişdirdik, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzüm bağları yaratdıq və orada bulaqlar fışqırtdıq. Onun məhsulundan və öz əllərinin zəhmətindən qida əldə edirlər. Yenə də şükür etmirlərmi? /Yasin surəsi, 33-35/.

Hər hansı bir gülün, çiçəyin rəngi, ləçəklərindəki qıvrımların hər birinin necə olacağı, neçə ləçək olacağı, ləçəklərinin yumşaqlığı, quruluşu, spesifik qoxusunu verən maddələrin nisbəti onun toxumunda yerləşdirilmiş proqram məlumatlarına əsaslanır. Quru ağac budaqlarından şirəli meyvələr çıxmasını təmin edən toxumun içindəki bu məlumatdır. Üzüm qabığını fındıq qabığından fərqləndirən, bu iki qidaya rəngini, dadını, qoxusunu, vitaminlərini verən, birini sulu, digərini quru edən şeylərin hamısı toxumların embrionlarında olan məlumatlardır. Bu məlumatlar bitkilər ilk yaranandan bəri toxumla çoxalmış hər növdə mövcuddur. İndiyə qədər izah edilənlərdən də açıq şəkildə göründüyü kimi, bunun əksi, yəni bu məlumatın olmaması bitkinin mövcud olmaması deməkdir.

Bu zaman ağlımıza belə bir sual gəlir: Bu məlumatı toxuma kim yerləşdirib? Ritorik sualdır, elə deyilmi? Cavab uşağa da məlumdur. Bu qədər böyük məlumatların kiçik bir toxumun içinə yerləşdirilməsi və toxumların qüsursuz proqram əsasında mükəmməl bir əsəri əmələ gətirməsi Yaradanın bənzərsiz yaradıcı sənətinin nümunələridir.

Canlılarla bağlı qeyd etdiyimiz bütün bu məlumatlar, fövqəladə təfərrüatlarda gizlənən möcüzələr insanlara bir ibrətdir. Heç bir şeyə ehtiyacı olmayan Uca Yaradan şəfqətli, mərhəmətli, səxavətli və lütfkardır. O, bu nemətləri möcüzəvi, son dərəcə mürəkkəb sistemlər və üstün sənətkarlıqla yaradır.

“Və yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri (sizə verdi). Şübhəsiz ki, bunda öyüd-nəsihət qəbul edib düşünən insanlar üçün ibrətlər vardır” /Quran, Nəhl surəsi, 13/

Bitkilər təkcə insanlara və heyvanlara qida vermir, həm də nəfəs almaları üçün oksigen verir. Və onların havaya buraxdıqları karbonu balanslaşdırır. Üstəlik, torpağı da münbitləşdirir, canlı saxlayır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı– torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi– torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.

Bitkilər şüura, ağla malik deyil, lakin onlar duyğu hissələrinə malikdirlər. Eşitmə, görmə, toxunmanı hiss etmə kimi. Bu, son vaxtlaradək inandırıcı görünmürdü. Son elmi kəşflər bu möcüzələri aşkara çıxardı.

Bitkilərin bizim kimi gözləri yoxdur, lakin onların işığa həssas birləşmələrdən yaranmış zülalları vardır. Buna görə də bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını mənimsəyirlər. Hətta işığa qarşı həssaslıqları insan gözündən daha çoxdur. Bitkilər özlərinə verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığı, keyfiyyəti, istiqaməti və periodu kimi şərtləri müəyyən edirlər. Bitkinin gündəlik həyat tərzi özünü işığa görə quran bir "daxili saat"ın nəzarətindədir.

Dad duyğusu, torpaqdan mineral və qidaları alan bitki kökləri üçün çox əhəmiyyətlidir. Bəzi bitkilərdə aparılan müşahidələr bir genin (ANR1) nitrat və ammonium duzlarının miqdarının çox olduğu yerləri müəyyən etdiyi aşkar olunmuşdur. Bu gen sayəsində köklər təsadüfi deyil, qida istiqamətində inkişaf edərək şüurlu şəkildə hərəkət edirlər.

Demək olar ki, bütün bitkilər toxunma duyğusuna sahibdirlər. Bəzi bitkilər (məs. Venera) üzərlərinə qonan böcəyi bir anda tuturlar. Mimoza isə ən yüngül toxunuşda belə incə yarpaqlarını aşağı endirir. Noxud və lobya kimi dırmaşan bitkilər həssas toxunma duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar.. Bitkilər yarpaqlara böyük zərər verə bilən küləyin şiddətinə qarşı da toxunma duyğusundan istifadə edirlər. Külək altında qalan bitkilər toxumalarını sərtləşdirərək reaksiya verir və beləcə şiddətli küləkdə qırılmaqdan xilas olurlar. Avstraliyada bitən evkalipt ağacları qızmar Günəşdən qorunmaq üçün yarpaqlarını ona doğru maili vəziyyətə gətirirlər, bu səbəbdən evkalipt meşəsində kölgə demək olar ki olmur.

Bitkilərin eşitmə duyğusu da var. Şimali Karolina Universiteti alimlərinin apardıqları təcrübələrin nəticəsində, bitkilərin məlum bir səs tezliyini və ya vibrasiyanı mənimsədikləri qənaətinə gəlinmişdir. Məsələn, “Wake Forest” meşələrində aparılan bir təcrübədə normal cücərmə nisbəti 20% olan turp toxumlarının məlum bir tezlikdəki səsə uzun müddət cəlb olunduqda, cücərmə nisbətlərinin 80-90% artdığı müşahidə edilmişdir.

Son araşdırmalarda bəzi ağacların bir biri ilə “danışdıqları” və məlumat ötürdükləri də aşkar olunub. Məsələn, zərərverici həşəratların hücumu zamanı hücuma ilk məruz qalan ağac yaxınlıqdakı digər ağaclara da təhlükə məlumatı ötürür və həmin ağaclar dərhal həmin həşəratların xoşu gəlmədiyi xüsusi maye ifraz edirlər, nəticədə həşəratlar onların yarpaqlarını yeyə bilmir və meşə 1-2 ağac qurban verməklə təhlükədən özünü qoruya bilir.

Bir bitkinin yaşamağı üçün ehtiyacı olan bütün xüsusiyyətlərə kompleks sistemlər sayəsində sahib olması, bir bitkinin bir yarpağının belə təsadüfən meydana gələ bilməyəcəyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri beyini, əli, gözü, şüuru və məlumatı olmayan gözlə görülməyəcək qədər kiçik varlıqlardır. Bu varlıqların belə mükəmməl ağıl nümayiş etdirməsi qeyri-mümkündür.

“Göylərdə və yerdə olanlar, onların arasında olanlar və rütubətli torpağın altında olanlar Onundur”. (Quran, Taha surəsi, 6)

“Bu şərtləndirilmiş dünyаdа оlаn cаnlı vаrlıqlаr Mәnim әbәdi frаqmеntаr һissәciklәrimdir”. (Baqavad-Qita, 15, 7)

ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see242

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see193

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see126

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri