Icma.az
close
up
RU
Yusif Səmədoğlu duyub anladıqlarının cüzi hissəsini yazdı, qalanını isə susdu

Yusif Səmədoğlu duyub anladıqlarının cüzi hissəsini yazdı, qalanını isə susdu

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi tamam olur.

"Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur "Qətl günü" romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib” .

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Yusif Səmədoğlunun qızı Humay Vəkilova bu günlərdə  “Kaspi” qəzetinə müsahibəsində atasının 90 illik yubileyindən danışıb: 

“Hər halda, atamın xidmətləri çox olub. Elə 20 Yanvar hadisələrini xatırlayaq. O, hadisələr zamanı çox sarsılmışdı. Canlı yayımda bütün dünyaya baş verənlər haqqında car çəkmək böyük cəsarət tələb edirdi. Atamla Bəxtiyar Vahabzadə heç nədən qorxmadan insanları qırğından qorumağa çalışırdılar. Hər an evə girib, atamı apara bilərdilər. Atam vətənini olduqca çox sevirdi. Həmişə deyirdi ki, vətənimi qoyub heç yerə getmərəm. O vaxt məni də, bacımı da oxumağa Azərbaycan bölməsinə yazdırdı. Elə dövr idi ki, rus bölməsində oxuyanlar bizə yuxarıdan aşağı baxırdılar. Mən Tibb Universitetində oxuyanda bunu yaşamışam.

Atam az yaşadı, amma çox iş gördü. Bizdən də çox razı getdi. “Mən bu qızları min oğula dəyişmərəm”, - deyirdi. Biz ona oğul da, ana da olmuşuq. Ona övlad kimi necə lazımdırsa qulluq edirdik. Bizi çağıran kimi qulluğunda dururduq. Bir tərəfdən xoşbəxtəm ki, belə ata ilə ünsiyyətdə olmuşam. Yubiley tədbiri bizim işimiz deyil. Bu barədə yəqin Yazıçılar Birliyi düşünər”.


Yusif Səmədoğlunun yaxın qohumu, hüquqşünas Səməd Vəkilov  Sherg.az-a  açıqlamasında cənab Prezidentə Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə bağlı sərəncama görə təşəkkür edib: 

“Xüsusi olaraq bir məqama diqqətinizi cəlb etmək istərdim: sərəncamda Azərbaycandakı milli azadlıq hərəkatına hörmət və Yusif Səmədoğlunun bu hərəkatdakı rolu yüksək qiymətləndirilib. Əlbəttə ki, yubiley tədbirlərində həm yazıçı, həm də milli hərəkatın öncül simalarından biri kimi səciyyələndirilməsi gözəl olardı. Qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyev də Yusif Səmədoğlunun yaradıcılığına və şəxsiyyətinə yüksək dəyər verirdi. Xüsusilə 20 Yanvar gecəsi onun Azadlıq Radiosundakı çıxışı haqqında yüksək fikirlərini bildirirdi.

Ümummilli Lider Heydər Əliyev belə deyib:  "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim”.

Birinci xanım Mehriban Xanım Əliyeva isə çıxışlarının birində yazıçının ictimai təsirini belə qiymətləndirib: "Yusif Səmədoğlunun fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda böyük maraq yaratmaqla bərabər, həm də ictimai fikri formalaşdırmağa xidmət edirdi. Onun özü demokratik düşüncə sahibi olduğundan bütün yaradıcılığı da bu ruha köklənib və ondan qidalanıb”.

Xalq yazıçısı Afaq Məsudun sözlərinə görə, Yusifin ömrü boyunca yaşadığı gizli qorxu və çətinliklər onun əsərlərində də əks olunub. 

Yazıçı sosial media hesabında Yusif Səmədoğlu ilə bağlı fikirlərini bu cür ifadə edib: “Yolun haradır, qardaş? – Son mənzilədir, bacım...”  «Qətl günü»nün epiqrafındakı bu qısa və qorxulu dialoqu nə vaxtsa, necəsə eşidən «xəstə», şübhəsiz ki, bizim mehriban, gülərüz, həyatsevər qələm dostumuz Yusif Səmədoğlunun özü idi. Ömrünün müxtəlif döngələrində sirli, gizli bir qorxuyla dönə-dönə eşitdiyi bu dialoqu «naməlum xəstənin qulağına gələn səs» kimi qələmə almış Yusifin xəstəliyi dünənin, bugünün xəstəliyi, bədənini üzüb əldən salan adi fizioloji xəstəlik deyildi. Yusifin xəstəliyi, bu dünyaya gəlib-gedən neçə-neçə həssas duyğulu, dərin düşüncə və istedad sahibi olan bir sıra böyük insanların tutulduğu çarəsiz bir azar - anlamaq azarı idi...

Yazıya simicliyi də, daim özünəqapılma əhvalında olması da, insanlarla münasibətindəki dahiyanə gizli istehzası da, ilin əksər hissəsi vətənindən kənarlara can atması da Yusifin bu çarəsiz azarının simptomları idi...

Böyük italyan aktyoru, mərhum Marçello Mastroyanini əvvəllər də, indi də görəndə həmişə Yusifi xatırlayıram. Məncə, çox oxşar fərdlərdir. Hər ikisinin cəmiyyətin yöndəmsiz, kobud qanunları qarşısında qəribə, uşaqsayağı gücsüzlüyü, bu qanunlara tab gətirməkdən ötrü özlərinə geyim əvəzi seçdikləri sinik obrazı, bu səbəbdən, daim qəribə situasiyalara düşmələri, özlərinə və ətraflarına inamsızlıq, qorxu və şübhələr bulanan gözlərinin tam əksinə olan bir hava - öz ətrafında məhrəmlik və rəhm dolu ilıq, doğma mühit yaratmaq istedadı...

Yusif bizim mövcudluq barədə, dünyanın digər görünməz qatları barədə də, sözsüz ki, nələrisə bilirdi. Çox güman ki, bildiklərinin hamısından bəlkə özü də tam xəbərdar deyildi. Bir də bu dünyadan duyduqlarını, duyub anladıqlarını xırdalayıb ayırd eləməyə Yusifin vaxtı yox idi... bir az da həvəsi. Sözsüz ki, Yusif həmin o duyub anladıqlarının cüzi hissəsini yazdı, qalanını isə susdu.

«Sözün düzünü deyib həbsxanalarda çürüməkdənsə, susub azadlıqda yaşamaq yaxşıdı...» -  Yusif Səmədoğlu belə deyirdi.

Hansı sözün düzünü?.. Millətin ağır güzəranı barədə deyəcəyi sözü, yoxsa Milli Məclisin qırmızı zalında, zəif neon işıqlı yuxarı mərtəbələrində?.. Yoxsa digər bu kimi içi qırmızı, üstü boz binalarda baş verənlər barədə susmağı üstün tuturdu Yusif?..

Ya bəlkə daha böyük mətləblər vardı və Yusif məhz o barədə susmağı üstün tuturdu?..

Həyatın mənasızlığı və puçluğu barədə... Yüksək idealların və mənəviyyatın, ali fikirlərin və külli miqdarda həqiqətlərin son nəticədə lüzumsuzluğu barədə... və bütün bu lüzumsuzluqdan kənarda yaşanan asan həyat yolunun ağır nəticələri barədə”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see242

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see240

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see231

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see170

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri