Azərbaycan qeyri neft sektorunun inkişaf etdirilməsi yolunda daha ciddi addımlar atmalıdır İqtisadçı
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır. Amma qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payı hələ də aşağıdır. Bu payın artırılması üçün istehsalın genişləndirilməsi və davamlı inkişaf mexanizmlərinin yaradılması vacibdir”.
İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a söyləyib. O vurğulayıb ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi yolunda daha ciddi addımlar atmalıdır. Çünki ölkənin neftdən və neft gəlirlərindən asılılığı kifayət qədər yüksəkdir:
“Ölkənin böyük neft gəlirləri əldə etdiyi uzun bir dövr var idi ki, məhz həmin illərdə bu struktur islahatları aparmaq önəmli idi. Belə olsaydı, bu gün neft gəlirləri əsas dayaq deyil, sadəcə əlavə bir bonus rolunu oynayardı. Bu gün hələ də iqtisadiyyatın şaxələndirilməsi problemi aktuallığını qoruyur”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















