16 il işə getmədi, hər ay maaş aldı Qadının fırıldağı üzə çıxdı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyada kollec müəllimi 16 il xəstəlik məzuniyyətində olduğu müddətdə tam maaş alıb. 62 yaşlı qadın iş yerini 250 min avrodan çox məbləğdə aldatmaqda ittiham olunur.
Moderator.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, adı açıqlanmayan qadın 2009-cu ildə xroniki xəstəlik və psixoloji problemlər səbəbindən xəstəlik məzuniyyətinə çıxıb. Üç ay sonra müstəqil tibbi müayinədən keçməli olsa da, bunu etməyib və məzuniyyəti avtomatik uzadılıb.
İddialara görə, qadın 16 il ərzində tam maaş alıb. O, əldə etdiyi pulla qaymaq biznesi açıb və dalğıclıqla məşğul olub.
Fırıldaqçılıq 2024-cü ildə kollecin rəhbərliyi dəyişdikdən sonra üzə çıxıb. Yeni direktor qadının tibbi müayinədən keçməsini tələb edib, lakin o, bundan imtina edərək məhkəməyə müraciət edib. Qadının iddiaları rədd edilib.
Vəkillər bildirirlər ki, kollec uzun illər ərzində ödədiyi vəsaiti geri almaqda çətinlik çəkə bilər. Çünki qadının xəstəliklə bağlı yalan məlumat verdiyini sübut etmək artıq asan deyil.
Daha əvvəl Finlandiyada avtomobil mexaniki pişiyinin ölümü səbəbindən xəstəlik məzuniyyətinə çıxdığı üçün işdən çıxarılmışdı. O, işəgötürənini məhkəməyə verərək qalib gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















