Icma.az
close
up
RU
Dövlət Departamenti: USAID in maliyyələşməsinin əksər hissəsi ABŞ nin maraqlarına cavab vermir

Dövlət Departamenti: USAID in maliyyələşməsinin əksər hissəsi ABŞ nin maraqlarına cavab vermir

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda deyilir.

Bəyanata əsasən, USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb: "İndi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil".

Bundan əvvəl ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu qurumun müvəqqəti rəhbəri ABŞ Dövlət katibi Marko Rubio təyin edilib.

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: “USAID bərpa oluna bilməz”.

seeBaxış sayı:90
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri