Icma.az
close
up
RU
Menu

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

Futbol bileti olanlar vizanı tez alacaqlar

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

Elşad Əliyev istefa ərizəsi yazdı

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

Mərhum atasının və bacısının fotosunu paylaşdı

Gələn ay 30 manat yardım veriləcək

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

525ci qəzet Kösəm Sultanın mirası: Böyük Validə Xan Türkan Turan yazır

525ci qəzet Kösəm Sultanın mirası: Böyük Validə Xan Türkan Turan yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Türkan TURAN

Nə Bəbək, nə Maslak, nə Nişantaşı, nə Hisarönü, əminliklə deyirəm, İstanbul ayrıca bir ölkə olsa, paytaxtı Fateh olardı. Osmanlının düşünən beyni, görən gözü, vuran ürəyi, canı, qanı, ruhu, varlığı, hətta yoxluğu bu səmtə elə hopub ki, mənə elə gəlir, Osmanlı elə burada başlayıb, burada da bitib. Elə hesab edirəm, Osmanlı sultanlarının daha sonralar köçdükləri və hakimiyyətlərini davam etdirdiyi digər sarayların yerləşdiyi yerlər işin bəzək-düzəyidir. Təbii ki, Fatehin sehri məni belə düşünməyə vadar edir, yoxsa, əlbəttə ki, Ulduz, Çırağan, Bəylərbəyi, Dolmabağça kimi şah əsər sayılan sarayları görməzdən gəlmək olmaz. Bitməyə gəldikdə isə... əlbəttə ki, heç nə bitmir, hər şey dəyişir. Məsələn, öncə Roma imperatorluğu vardı bu torpaqlarda, sonra Bizans imperatorluğu qurulur, qısa müddətli olsa da, ardınca Latın öz imperatorluğunu elan edir, ondan sonra Osmanlı imperatorluğu əsrlərlə davam edən idarəçiliyinə qədəm basır, 1923-cü ildə isə Türkiyənin cümhuriyyət dönəmi başlayır. Zənnimcə, bu xronologiya heç nəyin bitmədiyi, ən əsası hər şeyin dəyişdiyinin bariz nümunəsidir. Osmanlının ən güclü və ən zəif dönəmlərinə şahid olub Fateh. Çünki bütün imperatorluq burada təməli atılan Topqapıdan idarə edilirdi. Saraylar, külliyələr, xanlar, hamamlar, məscidlər, minarələr burada tikilirdi. Ona görə də, üzünü hansı tərəfə çevirsən, addımını hansı yana atsan, ya bir abidə ilə üzləşirsən, ya da özünü həmin memarlığın içində tapırsan. Təəssüf ki, çox insan bunların fərqində deyil. Məsələn, Qapalı çarşıya qızıl üçün gələn, Sultan Əhmədə şəkil çəkdirmək üçün üz tutan, Laləliyə qab-qacaq almaq üçün axın edən, paxlavaya görə uzun sıralara düzülməyi gözə alan, kababçılarda tüstünün içində oturub buğlana-buğlana şişi dişinə çəkənlərin nəyinə lazımdır Fatehin keçmişi, nələrə şahid olduğu, nələrdən keçdiyi?! Doğrudur, şəhərdə ciddi turist hərəkətliliyi var, ancaq əminliklə demək olar ki, çoxu hara gəldiyinin, necə dərin tarixin içində olduqlarından xəbərləri yoxdur. Guya, yerli əhalinin hamısı əllərində olan bu "xəzinənin" fərqindədir? Bu yaxınlarda bir yaxınıma Altunizadədən bəhs edərkən, "yəqin ki, tanıyırsan" deyə sual verdim. "Hə", dedi, "içindən -bir-iki dəfə keçmişəm". Əvvəlcə çaşdım, ölmüş birinin içindən necə keçdiyini fikirləşdim, yəqin ki, mən yanlış anladım dedim. Sonra məlum oldu ki, bu yaxınımın, Altunizadə İsmail Rüştü Paşanın Osmanlı dövlət adamı olduğundan xəbəri belə yox imiş, içindən keçdiyi isə Altunizadə məhəlləsi imiş. Həmin məhəllənin adı elə paşanın o ərazidə inşa etdirdiyi Altunizadə məscidindən götürülüb. Hal belə olunca, turisti də qınamaq olmur. Bir sözlə, Fateh "sirlər xəzinəsidir".

Həmin xəzinənin sirlərindən biri isə Böyük Validə Xandır.

Böyük Validə Xan

Bu xan İstanbulda mövcud olan XVII əsr abidəsidir. Fatehin Eminönü səmtində Çaxmaçılar yoxuşundakı məşhur Daraqçılar küçəsində yerləşir. Üç atriumlu xanın cənub küncündə İrene Qalası var. İkinci atrium ortasında isə İran Məscidi mövcuddur.

Təəssüf ki, bu əsrarəngiz abidənin memarının kim olduğu məlum deyil. Osmanlı padşahı IV Muradın anası Kösəm Sultan tərəfindən inşa etdirilib.

Əslində, Kösəm Sultan buranı təsadüfən tikdirməyib, 1640-cı ildə Üsküdarda içərisində məscidin də olduğu Çinili külliyəsini inşa etdirir. On il sonra da gəlirləri həmin külliyəyə getsin deyə Böyük Validə Xanının inşa əmrini verir. Yeri gəlmişkən, Çinili Külliyəsinin "Çinili" adlı qadınlar hamamı hələ də fəaliyyət göstərir və bizim qızlarla mütəmadi getdiyimiz yerdir. Sadəcə məhrəm yer olduğu üçün yazı yazmaq gərəyi hiss etməmişdim. Madam ki, mövzu açıldı, bir az bəhs edim. Saflığını, təmizliyini, məhrəmiyətini qoruyan, müştərilərə, "çocuğum, annem, yavrum" deyən yaşlı, istiqanlı, cana yaxın qadınların işlədiyi yerdir. Hamamın içərisi tamamilə çinilərdən ibarətdir. Çox böyük deyil, amma kiçik də demək olmaz. Tələbat həddən artıqdır. Hamamın memarlığı olduğu kimi qalır. Sadəcə geyinib-soyunma otaqlarına qapılar əlavə edilib.

Xanın memarlığı

Əsas girişdə və çöl divarlarda daş və kərpiclərdən istifadə edilib. İç tərəflər isə nizamsız daşlardan hörülüb. Girişdəki tağlarda isə sabit daşlardan istifadə edilib. Abidənin içərisində qapalı eyvanlar mövcuddur. Pəncərələr iti uclu daşlardan ibarət, dördbucaqlı və çərçivəsi qatlar formasındadır. Validə Xanın birinci və ikinci atriumunda 153, üçüncü atriumda 57 olmaqla ümumilikdə 210 otağı mövcuddur. Abidənin 75 otaqlı üçüncü atriumu da var. Adı Sağır xandır.

Birinci mərtəbə anbar olaraq müəyyənləşib. İkinci atriumu ilə bağlantılı olan bölümdə isə sonradan tikilən əlavələr mövcuddur. Buranın eni ilə uzunluğunun genişliyi 66 metrdir. Üçüncü atrium isə mərkəzdən incə, uzun, dördbucaqlı olan pilləkənlə ayrılıb. Zirzəmi qatına enişi var. Əslində üçüncü atriumun böyük qisminin xarabalıqdan fərqi yoxdur. Burada da sonradan əlavələr görmək olur. Üst mərtəbədə beşik tağlı qübbə var. Ancaq bura hazırda qədim görüntüsünü itirib. Xanda iki dəfə böyük çöküntülər olub. Hadisələrdən birincisi 1906-cı ildə, ikinci çöküş isə 1926-cı ildə baş verib. Nəticədə qəzalı vəziyyətdə olan otaqların bəziləri möhürlənib. Ancaq illər ərzində necə olubsa, möhürlər icazəsiz sökülüb və həmin yerlərdə müxtəlif fəaliyyətlər başlayıb.

İrene qalası

Xan inşa edilməmişdən əvvəl burada cərrahbaşı olan Mehmet Paşanın sarayına aid "cahannuma" olaraq fəaliyyət göstərən İrene Qalası varmış. Qala Bizans dönəmində inşa edilibmiş. Abidə yazılı tarixdə İrene Qalası olaraq tanınmır və anılmır. XVI əsrdə İstanbula gələn səyyah Peter Qaliusun o bölgədə yaşayan insanlardan eşidib yazması ilə bu adla tanınmağa başlayıb.

Böyük Validə Xana edilən ən vandal müdaxilələrdən biri üçüncü atriumda tağların qapadılaraq otaqlara çevrilməsidir. Buna görə də, qala ilə üçüncü atrium arasında bağlantı demək olar kəsilib. Uzanıb gedən bu tağların sadəcə aşağısından qalaya çıxmaq mümkündür. Dördbucaqlı plana sahib olan İrene Qalasının daxilindəki en və uzunluq yeddi metrdir. Əhatəsindəki hasar isə 41 metrdir. Divarların qalınlığı 150 santimetr, abidənin hündürlüyü 17 metrdir. Qalanın fərqli yönlərə baxan pəncərələri mövcuddur. Abidədənin inşasında daş və kərpicdən istifadə edilib. Giriş qapısı tağdan ibarətdir. Qalanın digər xüsusiyyəti isə çıxıntısız olmağıdır. Daxili məkanda böyük ölçülü kəsmə daşların kərpic ilə qarışdırılaraq divar hörüldüyünü görmək olar. Qalanın üstü isə kərpicdən hörülmüş dilimli qübbədən ibarətdir. Qeyd edim ki, bu qübbə kənardan dümdüz görünür. Qalanın ətrafı sonradan tikilən qanunsuz obyektlərlə əhatələnib. Bu da bütün pəncərələrin qapadılmasına gətirib çıxarıb. Qalanın ikinci mərtəbəsindəki pilləkənlə qübbənin üstünə çıxmaq mümkündür.

Film və serialların ünvanı...

Böyük Validə Xan fərqli işlərin və işçiliyin birləşdiyi nöqtədir. İlk inşa edildiyi illərdə Kösəm Sultanın qeyri-qanuni üsullarla yığdığı sərvətinin bir qismi bu xanda gizlədilibmiş. İstanbulda yaşayan iranlı şiələrin matəm ayini və bənzər törənlər qadağan edildiyi 1927-ci ilə qədər Xanın birinci atriumunda qeyd edilirmiş. İstabulda Qurani-Kərimin ilk dəfə olaraq İran mətbəələri tərəfindən gizli çap edildiyi yer də bu Xan imiş. Eyni zamanda həmin mətbəələrin ən çox satılan kitabların qanunsuz çapı da burada həyata keçirilirmiş. Bundan əlavə, Türkiyənin fərqli yerlərindən gələn kəndlilərin metal ustalarının yanında şəyird olaraq işləməyə burada başlayıblar. Bu gün bəzi nəhəng tekstil şirkətlərinin əsası da bu xanda qoyulub. Birinci və ikinci mərtəbəsində dükan, qəhvəxana, parça toxuma atelyesi, papaqçı, dərzi, metal tökmə, boyama mərkəzi, parça atelyeləri mövcud imiş. Hətta bəzi dönəmlərdə ev kimi istifadə edənlər də olub. 1908-ci ildən 1920-ci ilə qədər xana tələbatın zəiflədiyi dönəmlər olur. 1980-ci illərdə isə İstanbuldakı ticarətin bu ərazidəki yüksəlişi xandakı iş yerlərinin və depoların sayını və bura olan tələbatı artırır. Bununla birlikdə qəlibçilər, metalçılar atelyesi hələ də işlərini davam etdirirlər. Böyük Validə Xan bəzən sənət və kültür məsələləri üçün istifadə edilən məkan olaraq istifadə edilib. Bəzi sərgilərə, filmlərə, seriallara, sənədli filmlərə ev sahibliyi edən abidədə bu dəqiqənin özündə "Yalı Çapkını" adlı məşhur serial çəkilir. Hətta biz ziyarət edərkən həmin serial çəklişlərinin ortasında tapdıq özümüzü. Ceyms Bondun baş rolunda oynadığı "Skyfall" adlı filmin də bəzi səhnələri burada çəkilib. Bu günlərdə isə fotoqrafların, tiktokerlərin, sosial şəbəkə fenomenlərinin məkanıdır bura. Hətta Xana gələn ziyarətçilər abidənin qübbəsində o qədər tullanıb düşüblər ki, ağırlıqdan qübbələrin bəzi yerlərində çökmə yaranıb. Buna görə də, Kültür və Turizm Nazirliyi tərəfindən xanın hər tərəfinə xəbərdarlıq yazısı da asıblar, "qübbəyə çıxmaq qəti qadağandır" deyə. Yaxşı, buna məhəl qoyan varmı, əmin deyiləm. Çünki bəzən həddən artıq izdihamlı, bəzən də tərk edilmiş kimi sükuta qərq  olan bu yerdə hər şey "mübah" kimi görünür. Yoxsa, bu cür dərin keçmişi olan abidəyə niyə bu qədər obyekti yamaq etsinlər?!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see212

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see196

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see182

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see143

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see134

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see131

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see129

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see128

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see128

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see127

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see127

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see125

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see124

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see124

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see119

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see119

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri