ABŞ bu ölkədə qoşun yerləşdirmək istəyir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora köçürmək imkanını nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında bildirib.
"Biz ABŞ hərbçilərinin Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıqda...", - Rubio deyib.
Onun sözlərinə görə, bu, hərbi heyətin birgə hazırlanması, əməliyyatların aparılması və ümumi təhlükələrə cavab verilməsi üçün imkanlar yaradacaq.
O xatırladıb ki, ABŞ əvvəllər burada hərbi baza saxlayıb, lakin 2009-cu ildə ölkənin keçmiş prezidenti Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunları çıxarmağa məcbur olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















