Aslı Bekiroğlu səkkizinci dəfə əməliyyat olundu (Foto)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli aktrisa Aslı Bekiroğlu son iki ildə davam edən sağlamlıq problemləri səbəbindən səkkizinci dəfə əməliyyat keçirib.
Milli.Az xəbər verir ki, aktrisa əməliyyatdan əvvəl xəstəxana yatağından çəkdirdiyi fotonu paylaşaraq "Ümid edirəm ki, bu, sonuncudur" sözlərini yazıb. Axşam saatlarında əməliyyata alınan Bekiroğlu daha sonra sosial media hesabında səhhətinin yaxşı olduğunu açıqlayıb.
O, paylaşımında yumoristik tərzdə "Bu artıq kifayət deyilmi?!" ifadəsini işlədərək izləyicilərini vəziyyətinin yaxşılaşdığı barədə məlumatlandırıb.
Aslı Bekiroğlu daha əvvəl açıqlamasında uşaqlığındakı miomanın götürülməsi əməliyyatı zamanı ciddi fəsad yarandığını bildirmişdi. Onun sözlərinə görə, əməliyyat zamanı bağırsağının təxminən 7 santimetrlik hissəsi zədələnib. Bu səbəbdən bir həftə sonra yenidən əməliyyat olunmalı olub. Aktrisa həmin vaxt tikilən nahiyədə sızma yarandığını da açıqlamışdı.
Qeyd edək ki, Bekiroğlu son iki ildə yaşadığı sağlamlıq problemləri səbəbindən bir neçə dəfə cərrahi müdaxilə keçirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















