Avstriya İtaliya ilə əməkdaşlıq çərçivəsində 12 döyüş təyyarəsi alacaq AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 dekabr, AZƏRTAC
Avstriya İtaliya ilə əməkdaşlıq çərçivəsində 12 “Leonardo M-346FA” döyüş təyyarəsi alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyinin yaydığı press-relizdə deyilir.
“Avstriya İtaliya ilə hökumətlərarası müqavilə çərçivəsində 12 ədəd “Leonardo M-346FA” reaktiv təyyarəsi almağı planlaşdırır”, - deyə məlumatda qeyd olunur. Həmin təyyarələr 2020-ci ildə istismardan çıxarılan “Saab 105” təlim təyyarələrini əvəzləyəcək. Satınalma üçün büdcə hələ 2022-ci ildə təsdiqlənib.
Avstriyanın müdafiə naziri Klaudiya Tannerin sözlərinə görə, İtaliyadan alınacaq reaktiv təyyarələr ölkənin Hərbi Hava Qüvvələrinin imkanlarında yaranan boşluğu dolduracaq, pilotların hazırlıq səviyyəsini 100 faiz artıracaq və hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə gücləndirəcək.
“Leonardo M-346FA” silah daşıya bilən ikiyerlik reaktiv təyyarədir. Avstriya onlardan pilot hazırlığı, quru qoşunlarına dəstək və hava hücumundan müdafiə vasitələri kimi istifadə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















