Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycanda bu adlar “qara siyahıya” salınır: “Mənaları çox pisdir”

Azərbaycanda bu adlar “qara siyahıya” salınır: “Mənaları çox pisdir”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Süni adlar dedikdə, süni intellektlə uşaqlara seçilən adlar nəzərdə tutulmur. Elə valideyn var ki, uşağına ad qoyub, digər övladına da ona həmqafiyə olan başqa ad quraşdırıb qoyur. Bu halda dilimizdə süni adlar yaranır. Baxırsan ki, onların heç bir mənası yoxdur. Sadəcə insanlar özlərindən quraşdırıb. Məsələn, Afiq-Rafiq kimi. Düzdür belə adlar dilimizdə var və geniş istifadə olunur. Lakin bur cür həmqafiyələr seçərək, mənasız adlar yaradırlar”.

Bunu “Yeni Sabah”a AMEA Dilçilik İnstitutunun baş direktoru, Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli deyib.

O, tarixi ənənəyə malik adların dilimizə qaytarılması məsələsinə aydınlıq gətirib:

“Unudulmuş və tarixi ənənəyə malik adların dilimizə qaytarılması məsələsi ilə bağlı “Türk mənşəli sözlərin arxaik lüğəti” dövriyyəyə buraxılıb. Burada söhbət tarixizmlərdən getmir. Cəmiyyətdə vaxtı ilə Kombayn, Kolxoz kimi adlar olub. Bunlar həmin siyahıya aid deyil. “Dədə Qorqud” dastanında istifadə olunan Beyrək adı var. Bu kimi uğurlu adları dövriyyəyə qaytarmaq və yenidən canlandırmaq lazımdır.

Son zamanlar qəribə tendensiya yaranıb. Deyirlər ki, ərəb və türk dillərindən gələn adların qarşısını almaq lazımdır. Niyə başqa dillərdən adlar götürməyək? Ərəb dilindən bizə birbaşa söz gəlmir. Gələnləri də rus dili vasitəsilə almışıq. Əgər uğurlu və yaxşı addırsa, niyə qəbul etməyək?”.

Professor yaxşı məna daşımayan adları uşaqlara qoymağın düzgün olmadığını deyib:

“Təbii ki, Türkiyə türkcəsindən gələn, insanların ünsiyyətdə tez-tez tələffüz etdiyi “falan” tipli sözləri istifadə etməyin əlehinəyəm. Bu sözlərin onsuz da heç biri nə adlar lüğətinə, nə də orfoqrafiya lüğətinə daxil edilir. Kök etibarilə eyni xalqıq. Xarici dilə düşmən münasibətindən əl çəkmək lazımdır. Bu yaxşı tendensiya deyil. Adın mənası yaxşıdırsa, götürmək olar. Türk dillərində işlənən adlarla bağlı kitab var. Baxanda görürəm ki, istifadə etdiyimiz adların hamısı, demək olar, eynidir. Bir-iki fərqli nüans var. Özbəklər Gülbohar, biz Gülbahar deyirik. Yəni prinsipcə eynidir. Onda belə çıxır ki, Andrey, Mariya götürmək olar, türk adları götürmək olmaz?

Tarixən atalarımızın, babalarımızın adı da ərəbdən götürülüb. Bu dəqiqə dilimiz qorxulu adlarla doludur. Adam var ki, adı Əyyardır. Mənası oğru, quldur, dələduz deməkdir. Əslində isə o ad Əyardır - qızılın əyarı. Fəqan, Əfqan, Əjdər tipli adların da mənası pisdir. Necə olub uşaqlara verirlər deyə məətəl qalıram. Uşağa ad qoyanda mənasına baxmaq mütləqdir. Hazırda özüm “Şəxs adları lüğəti” hazırlayıram. Orada Abbas, Abas, Əbülfəz, Əbülfəs tipli adlara da toxunmuşam. Onları da variant kimi qeyd etmişəm. Alı və Əli ikisi də eyni addır. Bu adların hər birini lüğətdə verərək mənalarını vurğulayacam”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri