Icma.az
close
up
RU
Azərbaycanda repetitorluğun qarşısı alınır? Ailə büdcəsinə ağır yükdür

Azərbaycanda repetitorluğun qarşısı alınır? Ailə büdcəsinə ağır yükdür

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil sistemindəki müəyyən boşluqlar və problemlərlə bağlıdır. Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb. Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?".

Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur:

"Bunlara misal olaraq "fərdi yanaşma", "daha yüksək nəticələr", "fokuslanmış təhsil", "inam və motivasiya" və.s amilləri sadalamaq mümkündür. Bununla yanaşı "təhsil sistemində çatışmazlıqların göstəricisi", "maddi yük", "aslılıq", "təhsil bərabərsizliyi", "stress və yüklənmə", "keyfiyyətsiz repetitorlar" olaraq da mənfi nəticələri mövcuddur. Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Deyərdim ki, bu problemin ən başlıca səbəbi məktəblərdə olan tədris sistemi və bəzi işini düzgün bacara bilməyən məsullardır. Hər bir valideyn övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Lakin məktəbdə gələcəyi üçün bir potensial görmür və bu səbəbdən də repetitor xidmətindən istifadəyə üz tutur. Bu da öz növbəsində həmin sahəyə tələbi artırır".

Ekspert tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməli olduğunu bildirir.

"Mütləqdir ki, repetitorluq fəaliyyətinə səbəb olan problemlər müntəzəm olaraq monitorinq edilməli və məktəblərdə problemlərin səbəbləri aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün məktəblər, təhsil sisteminin digər komponentləri ilə birgə, bir sıra addımlar da atmalıdırlar. Məsələn tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməlidir. Müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür.Dərslik və proqramlarını yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü və ya nəzəri materialları azaltmaq lazımdır.

Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Daha sonra məktəb daxilində pulsuz əlavə məşğələlər və konsultasiyalar təşkil edilə bilər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Universitetlərə qəbul yalnız testlərə deyil, digər bacarıqlara əsaslanan müvafiq seçim mexanizmlərinə keçid etməlidir.Orta məktəb təhsili elə səviyyədə təşkil olunmalıdır ki, şagirdlər repetitor dəstəyinə ehtiyac hiss etməsinlər. Məktəblərdə əlavə  kurslar, məşğələlər və s. təşkil edilməlidir. Bunlar həm şagirdlərə dəstək, həm də repetitorluğa alternativ ola bilər. Düşünürəm ki, valideynlərlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Onlara repetitorluq yerinə məktəb resurslarından necə istifadə ediləcəyi izah edilməlidir.

Valideynlər məktəblərdəki dəyişikliklərdən xəbərdar edilməli və onların dəstəyi alınmalıdır. Bu addımlar atılacağı təqdirdə təhsil sistemindəki boşluqları azaldaraq şagirdlərin məktəb təhsilinə olan inamını artırmağa kömək edə bilər. Məqsəd yalnız repetitorluğun qarşısını almaq deyil, təhsil keyfiyyətini yüksəltmək olmalıdır", deyə o qeyd edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri