Icma.az
close
up
RU
“Azərbaycanın sülh prosesində iştirakı onu potensial vasitəçi və dialoq qurucusu kimi önə çıxarır” Siyasi şərhçi

“Azərbaycanın sülh prosesində iştirakı onu potensial vasitəçi və dialoq qurucusu kimi önə çıxarır” Siyasi şərhçi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Şarm əl-Şeyxdə keçirilən sülh sammiti beynəlxalq miqyasda Yaxın Şərqdə davam edən gərginliyin azaldılması, humanitar böhranın qarşısının alınması və bölgədə uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Sammitdə imzalanan sülh razılaşması tərəflər arasında atəşkəsin davamlı saxlanılması, humanitar yardımın fasiləsiz çatdırılması və gələcək siyasi dialoqun təşkili üçün ilkin baza formalaşdırır”.

Bu barədə 525.az-a Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib.

Onun sözlərinə görə, bu sənəd eyni zamanda, beynəlxalq ictimaiyyətin sülh prosesinə birgə dəstəyini nümayiş etdirir və sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib olduğunu vurğulayır:

“Razılaşmanın əhəmiyyəti təkcə hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır, həm də tərəflər arasında etimadın bərpası, sosial və iqtisadi reabilitasiya proseslərinin başlanması baxımından mühüm mərhələ hesab olunur. Şarm əl-Şeyx sammiti, sülhün “kağız üzərində” deyil, praktik mexanizmlərlə qorunması üçün beynəlxalq nəzarət və koordinasiya mexanizmlərinin formalaşmasına zəmin yaradır”.

Siyasi şərhçiyə görə, Azərbaycanın sammitə dəvəti ölkəmizin son illərdə artan diplomatik nüfuzu, regionda sabitlik və əməkdaşlığa yönəlik siyasəti ilə bağlıdır: “Bakı həm müsəlman dünyasının bir üzvü, həm də İsraillə əməkdaşlıq münasibətlərinə malik ölkə kimi bu məsələdə balanslı və neytral mövqe sərgiləmək imkanına sahibdir. Azərbaycanın sülh prosesində iştirakı, onu potensial vasitəçi və dialoq qurucusu kimi önə çıxarır. Bununla yanaşı, Azərbaycan postmünaqişə dövründə qazandığı təcrübə – bərpa, humanitar yardım və beynəlxalq əməkdaşlıq sahəsindəki praktiki yanaşmalar – sülh prosesinə əlavə töhfə vermək üçün real imkan yaradır. Azərbaycan həm diplomatik, həm də humanitar səviyyədə sülhün möhkəmlənməsinə dəstək göstərməklə, regionda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına öz payını qoya bilər”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see322

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see141

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see126

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see124

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see121

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri