Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasi ritorikası tamamilə fərqli formadadır HƏRBİ EKSPERT FİKRİ

Azərbaycanın xarici siyasi ritorikası tamamilə fərqli formadadır HƏRBİ EKSPERT FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində 2023-cü ilə qədər, yəni antiterror əməliyyatına qədər addım-addım irəlilədi və ilkin baza və bünövrə diplomatik, siyasi, iqtisadi münasibətlər zəminində formalaşdı. Bunu həm də Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatıda adlandırmaq olar". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanın diplomatik uğurları 1993-cü ildən başlayaraq Azərbaycanın xarici ölkələrlə, dünyanın böyük gücləri ilə münasibətləri ən yüksək səviyyəyə qaldırılmasına gətirib çıxardı. Bu proses Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırdı. Sonradan isə bölgənin və dünyanın maddi baxımından, maliyyə baxımından güclü ölkələri ilə birləşdi: "Təbii ki, bu prosesdə Azərbaycanın ordusunun, Silahlı Qüvvələrinin güclənməsi ilə davam etdi və paralel olaraq Azərbaycan xalqı Silahlı Qüvvələrinin güclənməsi prosesində iştirak etdi və dövlətin bu istiqamətdəki siyasətinə öz dəstəyini verdi. Təbii ki, bunların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan ərazilərin, bölgələrin azad olunması məqsədi daşıyırdı.

Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bu cür problemləri həll etmiş oldu. Biz görürük ki, Azərbaycanın xarici siyasi ritorikası tamamilə fərqli formadadır. Açıq şəkildə biz öz mövqeyimizi deyə bilirik, konkretləşdirə bilirik. Artıq siyasi manevrlərə ehtiyac yoxdur və ölkənin iqtisadi inkişafına zəmin yaradan bütün istiqamətli addımlar həyata keçirilir.

2020-ci ildə Vətən Müharibəsində qazanılan uğurlar, qələbə də məhz bu 1993-cü ildən başlayaraq addım-addım irəliləyən prosesin məntiqi davamı idi. Nəhayət 2023-cü ilin sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünün tam olunması, daha doğrusu separatçı quruluşun, separatçıların, terrorçuların, terrorçulardan təmizlənməsi — bu, Azərbaycan xalqının son 200 ildə əldə etmək istədiyi qələbə idi ki, nəhayət Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, onun komandası ilə bu proses yekunlaşdı.

Ümumiyyətlə, 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatı nəyi dəyişdi?

1. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa elədi.
2. Separatizm ocaqları tamamilə ləğv olundu.
3. Terrorçular sıradan çıxarıldı, zərərsizləşdirildi.
4. Azərbaycana və azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin bir qismi həbs olundu.
5. Ardınca həmin ərazilərin inkişaf mərhələsi başlandı.

Azərbaycan faktik olaraq bu gün dövrünün ən inkişaf etmiş, ən çevikləşmiş və güclü siyasi mövqeyə malik olan ölkə dövrünü yaşayır. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi və bu gün də həmin inkişaf prosesi davam edir. Yəni, antiterror əməliyyatı və Azərbaycan ərazilərinin tam olaraq ərazi bütövlüyünün həyata keçirilməsi, reallaşdırılması Azərbaycanın xarici siyasətində, diplomatik münasibətlərində mövqeyinin güclənməsinə, daxili problemlərin - iqtisadi, ticari problemlərin həlli istiqamətində fundamental köklərin atılmasına və ölkənin inkişafına zəmin yaradan işlərin həyata keçirilməsinə gətirib çıxardı. Biz bilirik ki, ötən dövrlər ərzində, yəni Qarabağ problemi, erməni separatizmi problemi Azərbaycan üçün olduqca ciddi problemlər yaradıb, ciddi çətinliklər yaradıb. Xarici ölkələrlə münasibətlərdə öz mövqeyini lazım gəldikdə yetərincə müdafiə etmək, tələb etmək, siyasi mövqeyini göstərmək kimi məsələlərdə müəyyən çətinliklər yaradıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri