Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Azərbaycanla Almaniya arasında iqtisadi və siyasi əməkdaşlıq perspektivləri

Azərbaycanla Almaniya arasında iqtisadi və siyasi əməkdaşlıq perspektivləri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Aprelin 2-də Azərbaycan və Almaniya prezidentləri İlham Əliyev və Frank-Valter Ştaynmayer Bakıda görüşərək mətbuata bəyanatlarla çıxış etdilər. Bu tarixi görüş, iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, bu səfər Azərbaycan-Almaniya əməkdaşlığına mühüm töhfələr verəcək və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq. Azərbaycan və Almaniya arasındakı münasibətlər təkcə diplomatik sahə ilə məhdudlaşmır. İqtisadiyyat, enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə kimi strateji sahələr bu əlaqələrin əsas sütunlarını təşkil edir. “ Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır” – deyə Prezident İlham Əliyev qeyd etdi. Azərbaycan-Almaniya münasibətləri tarixən müsbət və dinamik inkişaf yolu keçib. İkitərəfli əlaqələr son illərdə daha intensiv xarakter alıb və bu, yüksək səviyyəli rəsmi səfərlərlə də öz təsdiqini tapır. Ötən il Prezident İlham Əliyevin Berlində keçirdiyi görüşlər bu əlaqələrin gücləndirilməsinə mühüm töhfə vermişdi. Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə bu dialoqun davamlılığını və əhəmiyyətini bir daha sübut etdi. Liderlər arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın 30 il boyunca Ermənistanın işğalı səbəbindən üzləşdiyi çətinlikləri vurğulayaraq, ölkəmizin beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdiyini bildirdi.  “Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir” – deyə dövlət başçısı bəyan etdi. Bu tarixi Zəfər sayəsində bu gün regionda sülh və sabitlik üçün yeni imkanlar yaranıb. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasına konstruktiv yanaşır və artıq tərəflər arasında razılaşmaların əldə edilməsi üçün ciddi addımlar atılır. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf dinamikası diqqətçəkicidir. 2024-cü ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycanın Almaniyaya ixrac etdiyi neftin həcminin yüksəlməsi olub. Lakin Azərbaycan iqtisadi münasibətlərin yalnız enerji sektoruna əsaslanmasını istəmir və əməkdaşlıq sahələrini daha da genişləndirməyi planlaşdırır. Prezident İlham Əliyev bu barədə bəyan etdi: “Biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq.” Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq iki ölkə üçün mühüm perspektivlər açır. Azərbaycan 2030-cu ilə qədər yaşıl enerji istehsal gücünü 6 giqavata çatdırmaq niyyətindədir və bunun bir hissəsi Avropaya ixrac ediləcək. Bu sahədə Almaniya şirkətlərinin texnoloji təcrübəsi və Azərbaycanın böyük enerji potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Almaniya ilə əməkdaşlıq daha da intensivləşdi. Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aktiv iştirak edir və bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə birgə layihələr həyata keçirir. Prezident İlham Əliyevin sözlərinə görə, “COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi.” Bu sahədə Almaniya ilə əməkdaşlıq, enerji keçidinin sürətləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində geniş imkanlar açır. Azərbaycan və Almaniya prezidentləri qlobal geosiyasi vəziyyətə dair də fikir mübadiləsi apardılar. Amerika-Avropa İttifaqı arasındakı münasibətlər, Rusiya-Qərb gərginliyi və digər beynəlxalq məsələlər qlobal iqtisadiyyat və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya siyasətində baş verən proseslər regiona da təsir göstərir və bu məsələlərdə açıq və səmimi dialoq aparmaq vacibdir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etməsi bu gün ölkəmizi dünya miqyasında nüfuzlu oyunçulardan birinə çevirib. Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək. “Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir,”-deyə Prezident İlham Əliyev vurğuladı. Azərbaycan və Almaniya arasında münasibətlərin dərinləşməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Enerji, ticarət, sənaye və texnologiya sahələrində birgə layihələrin icrası iqtisadi inkişaf üçün mühüm perspektivlər açır. Bu səfər, eyni zamanda, Azərbaycan-Almaniya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin strateji tərəfdaşlıq istiqamətində daha da yaxınlaşdığını nümayiş etdirdi. Azərbaycan və Almaniya arasında bu yeni əməkdaşlıq mərhələsi qarşılıqlı inkişafa və tərəqqiyə yol açacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see242

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see214

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see207

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see205

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see175

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see157

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see153

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see147

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see140

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see138

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see138

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see137

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri