Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Bakı beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkandır ŞƏRH

Bakı beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkandır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 may, AZƏRTAC

Bir neçə gündən sonra paytaxt Bakı dünyanın ən böyük şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu tədbir yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq forum deyil, eyni zamanda, Azərbaycanın müasir inkişaf modelinin, təşkilatçılıq bacarığının və dayanıqlı inkişaf strategiyasının təqdim olunduğu mühüm qlobal tribuna kimi çıxış edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunda forumla bağlı görülən hazırlıq işləri ilə yerində tanış olması dövlətin tədbirə verdiyi yüksək əhəmiyyətin bariz nümunəsidir. Bu, həm də Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar yanaşmanın davamı kimi qiymətləndirilir. Son illərdə ölkəmiz Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Toplantısı, COP29 kimi mötəbər tədbirlərə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin etimadını qazanıb. WUF13 də həmin uğurlu xəttin davamı kimi xüsusi önəm daşıyır.

“BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr edilib. Bu mövzu hazırda dünyada sürətlə artan urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və təhlükəsiz yaşayış mühiti kimi qlobal çağırışların fonunda xüsusi aktuallıq daşıyır. Forum çərçivəsində şəhərlərin gələcəyi, ekoloji dayanıqlılıq, rəqəmsal transformasiya, sosial inklüzivlik, nəqliyyat infrastrukturu və ağıllı idarəetmə modeləri geniş müzakirə ediləcək. İndiyədək 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhəmiyyətini göstərməklə yanaşı, Bakının beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkan kimi qəbul edildiyini də təsdiqləyir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, şəhərsalma üzrə ekspertlərin, akademik dairələrin, özəl sektor təmsilçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlməsi Azərbaycan üçün mühüm diplomatik və iqtisadi imkanlar yaradır.

Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu müasir texnoloji imkanlarla təchiz olunub, iştirakçıların təhlükəsizliyi və rahatlığı üçün bütün zəruri infrastruktur qurulub. Nəqliyyat-logistika məsələləri, təhlükəsizlik tədbirləri, media fəaliyyəti və könüllü proqramları yüksək səviyyədə koordinasiya edilir”,- deyə deputat bildirib.

Könül Nurullayeva vurğulayıb ki, forumun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri postmünaqişə dövründə həyata keçirilən yenidənqurma və bərpa siyasətinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr artıq dünyanın diqqət mərkəzindədir. Regionda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur layihələri və ekoloji yanaşma Azərbaycanın yeni inkişaf modelinin əsas komponentləri kimi təqdim olunur. Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərdə aparılan yenidənqurma işləri yalnız dağıdılmış ərazilərin bərpası deyil, həm də tamamilə yeni şəhərsalma modelinin qurulması kimi qiymətləndirilir. Burada rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri, ekoloji tikinti standartları və müasir nəqliyyat həlləri tətbiq edilir. WUF13 çərçivəsində bu təcrübənin beynəlxalq ekspertlərə təqdim olunması Azərbaycanın innovativ yanaşmasının qlobal səviyyədə tanınmasına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri