“Barsa” “Liverpul”a 70 milyonluq təklif
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
“Barselona” bu yay 28 yaşlı cinah oyunçusu Luis Diası transfer etmək niyyəti barədə “Liverpul”a məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə “Antena 2” məlumat yayıb.
Mənbənin məlumatına görə, “blauqrana” kolumbiyalı futbolçunun transferi üçün 70 milyon avro təklif etmək niyyətindədir. “Barselona” Diasın karyerasını İspaniyada davam etdirmək istədiyini bilir. Kataloniya klubunun idman rəhbərliyi artıq “Liverpul”un hücumçusunun ətrafı ilə danışıqlar aparıb.
Bu mövsüm Dias bütün turnirlərdə 27 matçda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Yanvar 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















