Bəhruz Quliyev: AXCP və Müsavat kimi anti milli partiyaların fəaliyyətinin dayandırılması anlayışla qarşılanar AÇIQLAMA
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Məlum olduğu kimi, Azərbaycanda siyasi mühit 44 günlük Vətən müharibəsindən sonra köklü şəkildə dəyişib. Qələbə ilə nəticələnən bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli ideoloji birliyin formalaşması baxımından dönüş nöqtəsi oldu. Artıq ölkədə “hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq” dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, uzun illər radikal düşərgə, xüsusilə, AXCP və Müsavat kimi qruplar, torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar: "Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur.
Bir faktı da xatırladım ki, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən seçkilərdə istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə qarşı inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları “trol qrupları” vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır. Belə bir şəraitdə, bu tip radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan, cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur".
Siyasi ekspert əlavə edib ki, əgər bu cür radikal partiyaların fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilsə, cəmiyyətin əksəriyyəti bunu anlayışla qarşılayacaq: "Çünki Azərbaycan vətəndaşı bu gün sabitlik, inkişaf və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutur. Xalq artıq çoxdan fərqləndirir ki, kim dövlətin yanındadır, kim isə ölkənin gələcəyinə mane olur. Bu mənada, siyasi sistemdə real təsir gücü olmayan, ancaq cəmiyyəti çaşdırmağa və qarşıdurma yaratmağa çalışan qrupların fəaliyyəti sadəcə mənasız deyil, eyni zamanda təhlükəlidir. Onların hüquqi yolla ləğvi təkcə siyasi sabitliyin qorunması deyil, həm də milli birliyin möhkəmləndirilməsi baxımından vacib addım olardı. Hesab edirəm ki, AXCP və Müsavat kimi anti-milli "partiyaların" fəaliyyətinin dayandırılması anlayışla qarşılanar"".
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:60
Baxış sayı:60 Bu xəbər 31 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















