Icma.az
close
up
RU
Bəhruz Quliyev: AXCP və Müsavat kimi anti milli partiyaların fəaliyyətinin dayandırılması anlayışla qarşılanar AÇIQLAMA

Bəhruz Quliyev: AXCP və Müsavat kimi anti milli partiyaların fəaliyyətinin dayandırılması anlayışla qarşılanar AÇIQLAMA

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məlum olduğu kimi, Azərbaycanda siyasi mühit 44 günlük Vətən müharibəsindən sonra köklü şəkildə dəyişib. Qələbə ilə nəticələnən bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli ideoloji birliyin formalaşması baxımından dönüş nöqtəsi oldu. Artıq ölkədə “hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq” dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.Bəhruz Quliyev bildirib ki, uzun illər radikal düşərgə, xüsusilə, AXCP və Müsavat kimi qruplar, torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar: "Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur.Bir faktı da xatırladım ki, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən seçkilərdə istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə qarşı inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları “trol qrupları” vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır. Belə bir şəraitdə, bu tip radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan, cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur".Siyasi ekspert əlavə edib ki, əgər bu cür radikal partiyaların fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilsə, cəmiyyətin əksəriyyəti bunu anlayışla qarşılayacaq: "Çünki Azərbaycan vətəndaşı bu gün sabitlik, inkişaf və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutur. Xalq artıq çoxdan fərqləndirir ki, kim dövlətin yanındadır, kim isə ölkənin gələcəyinə mane olur. Bu mənada, siyasi sistemdə real təsir gücü olmayan, ancaq cəmiyyəti çaşdırmağa və qarşıdurma yaratmağa çalışan qrupların fəaliyyəti sadəcə mənasız deyil, eyni zamanda təhlükəlidir. Onların hüquqi yolla ləğvi təkcə siyasi sabitliyin qorunması deyil, həm də milli birliyin möhkəmləndirilməsi baxımından vacib addım olardı. Hesab edirəm ki, AXCP və Müsavat kimi anti-milli "partiyaların" fəaliyyətinin dayandırılması anlayışla qarşılanar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri