Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Bursanın İznik bölgəsində Birinci Nikea Şurasının 1700 illiyi keçirilib

Bursanın İznik bölgəsində Birinci Nikea Şurasının 1700 illiyi keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Roma Papası XIV Leo-nun Türkiyənin tarixi İznik şəhərinə rəsmi səfərə hazırlaşması və bu səfərin İlk Nikea Şurasının 1700-cü ildönümünə həsr olunacağı xəbəri, şəhəri beynəlxalq diqqət mərkəzinə çevirib.
İznik – Bursa vilayətinin sakit və tarixi ab-havası ilə seçilən bu şəhəri UNESCO-nun Dünya İrsi Namizəd Siyahısında yer almaqla yanaşı, “Cittaslow” (Yavaş Şəhər) statusuna da malikdir. İstanbuldan asanlıqla çatılan bu unikal məkan, zəngin tarixi irsi və təbiəti ilə həm yerli, həm də xarici turistləri cəlb edir. Eyni zamanda İznik, Türkiyədək Xristianlıqla bağlı mühüm ziyarət məkanı kimi də tanınır.
1700 İllik Tarixi ilə Canlı Xristianlıq Muzeyi
Antik dövrlərdə Nikea adı ilə tanınan İznik, xristian dünyası üçün əvəzsiz əhəmiyyət daşıyır. Şəhər 325-ci ildə keçirilən Birinci və 787-ci ildə baş tutan Yeddinci Ümumdünya Kilsə Şuralarına ev sahibliyi edib. Erkən xristian teologiyasının əsas sənədlərindən biri sayılan və bu günə qədər aktual olan “Nikea Etirafı” məhz burada qəbul olunub.
İznikin bu irsi, onu Qüds və Vatikanla müqayisə olunan müqəddəs şəhərlərdən birinə çevirib. 1700 illik bu əlamətdar ildönüm münasibətilə, İznik bütün dünyadan gələcək ziyarətçiləri erkən xristian tarixi ilə tanış olmağa və bu qədim izləri öz gözləri ilə görməyə dəvət edir.
İznik – Sivilizasiyaların Kəsişdiyi Müqəddəs Mərkəz
İznik əsrlər boyunca Bitinlərdən və Romalılardan tutmuş Şərqi Romalılar, Səlcuqlular və Osmanlılara qədər bir çox sivilizasiyanın hökm sürdüyü, zəngin tarixi irsə malik bir şəhərdir. Hər bir mədəniyyət bu torpaqda dərin izlər buraxaraq, İznikin bu gün sahib olduğu unikal kimliyi formalaşdırıb.
Erkən xristianlıq dövrünün izlərini izləmək istəyənlər üçün ilk dayanacaq İznik Gölünün suları altında qismən görünən qədim Senat Sarayının qalıqlarıdır. Arxeoloji araşdırmalar nəticəsində bu strukturların, Müqəddəs Neofitə həsr olunmuş bazilika tərzində bir kilsə olduğunu ortaya qoyub. Tədqiqatçılar hesab edirlər ki, 325-ci ildə keçirilən məşhur Birinci Nikea Şurası məhz bu məkanda baş tutub. 740-cı ildə bölgədə baş vermiş zəlzələ nəticəsində kilsə İznik Gölünün suları altında qalıb.
Yaxın vaxtlarda bu tarixi ərazidə yeni bir muzey – İznik Gölü Bazilika Muzeyi fəaliyyətə başlayacaq. Muzeydə aparılmış qazıntılar zamanı aşkarlanmış nadir tapıntılar sərgilənəcək və ziyarətçilərə bölgənin erkən xristianlıq dövrünə dair tarixi irsi daha dərindən öyrənmək imkanı yaradılacaq.
İznik Səddləri və Ayasofya Məscidi – Tarixin Canlı Səhnəsi
İznikin ən mühüm tarixi abidələrindən biri, eramızdan əvvəl IV əsrə aid olan və bu gün də şəhərin siluetini müəyyən edən möhtəşəm qala divarlarıdır. Təxminən beş kilometr uzunluğunda uzanan bu müdafiə qurğusu dörd əsas qapı ilə – İstanbul, Yenişehir, Lefke və Göl qapıları ilə tamamlanır. Bu monumental divarlar İznikə kiçik bir İstanbul təsiri bəxş edir.
Bu təsir Ayasofya Məscidini gördükdə daha da güclənir. Əsası VII əsrdə Roma idman salonunun (gimnazium) üzərində bazilika kimi qoyulan bu tikili, 1331-ci ildə İznikin fəthindən sonra Osmanlı sülaləsinin ikinci hökmdarı Orxan Qazi tərəfindən məscidə çevrilmişdir. Daha sonra, Sultan Süleyman Qanuni dövründə məşhur memar Memar Sinan tərəfindən əsaslı şəkildə bərpa edilmişdir.
Ayasofya kilsəsi həm də 787-ci ildə keçirilmiş Yeddinci Ümumdünya Kilsə Şurasına ev sahibliyi etmişdir. Bu şura zamanı dini fresklərə tətbiq olunan qadağa aradan qaldırılmışdı. Günümüzdə ziyarətçilər məscidin cənub divarındakı nişdə Müqəddəs Məryəm, İsa Məsih və Yəhya Peyğəmbərin xristian fresklərini hələ də görə bilirlər.
İznikdə sadəcə məşhur abidələrlə kifayətlənməyən ziyarətçilər, şəhərin müxtəlif nöqtələrində erkən xristianlıq dövrünə aid bir sıra digər izlərlə də qarşılaşa bilərlər. Bunlara Hagios, Tryphonos, Koimesis və Ayatrifon kilsələrinin xarabalıqları, yeraltı Hypoge qəbri və xristianlığın yayılmasından sonra dini məqsədlər üçün istifadə olunmuş qədim Roma Teatrı daxildir.
Bundan əlavə, XIV əsrə aid Osmanlı dövrünə məxsus aşxanada yerləşən İznik Muzeyi şəhərin zəngin tarixinə işıq tutan arxeoloji tapıntıları – Roma, Şərqi Roma və Osmanlı dövrlərinə aid eksponatları ilə diqqət çəkir. Tarixə maraq göstərənlər üçün bu muzey, İznikin keçmişinə daha dərindən nəzər salmaq üçün ideal məkandır.
Şəhərin Osmanlı dövrünə aid memarlıq nümunələrindən biri olan və keramika naxışları ilə bəzədilmiş fərqli minarəsi ilə seçilən Yaşıl Məscid də ziyarət üçün tövsiyə olunan yerlər arasındadır.
İznikin məşhur keramika sənəti ilə yaxından tanış olmaq istəyənlər üçün isə şəhərdə təşkil olunan seramik emalatxanaları ideal fürsət təqdim edir. Həmçinin, İznik gölünün ətrafında gəzişmək və göldən tutulan yerli balıqlardan dadmaq, səfərin dincəldici və yadda qalan hissəsinə çevrilə bilər.
Sonda isə, şəhərin mərkəzində yerləşən kiçik restoranlardan birində məşhur "İznik köftəsi" (ət küftəsi) dadılaraq, bu mədəni-tarixi səfər ləzzətli şəkildə tamamlanmış olur.
Bursa vilayətində yerləşən və təbii gözəlliyi ilə seçilən İznik şəhəri, İstanbuldən təxminən 2,5 saatlıq məsafədə yerləşərək, metropoldən uzaqda sakit və fərqli bir səyahət təcrübəsi təqdim edir. İznikdə erkən xristianlıq irsini kəşf etdikdən sonra ziyarətçilər İstanbuldakı xristian mirasını araşdırmağa davam edə bilərlər.
İstanbuldakı ən əhəmiyyətli dayanacaqlardan biri, məşhur Ayasofya Muzeyi və onun yanında yerləşən Ayasofya Təcrübə Muzeyidir. Bu məkanlar ziyarətçilərə Şərqi Roma memarlığı və mənəvi zənginliyi ilə tanış olmaq imkanı verir.
Bundan əlavə, Ayasofya İrini, möhtəşəm xristian freskaları və mozaikaları ilə bəzədilmiş Kariye Məscidi (Xora Kilisəsi), Zeyrek Məscidi və Kiçik Ayasofya Məscidi kimi digər görməli yerlər də İstanbulu ziyarət edənlər üçün mütləq baxılması tövsiyə olunan tarixi məkanlardır.
İznikin sakitliyindən və zəngin tarixindən başlayaraq, İstanbulun minillik mədəniyyət qatlarını araşdırmaq, xüsusilə İlk Nikea Şurasının 1700-cü ildönümü kimi xüsusi bir il ərzində, ziyarətçilər üçün unudulmaz bir təcrübə və dərin xristianlıq irsi səfəri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri