Casusluq qalmaqalında qərar
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi Tonda Ekert rəqib komandaların qapalı məşqlərini gizlin izləmə qalmaqalında ağır cəzadan qurtulub.
Futbolpress.az xəbər verir ki, sentyabrın 24-də keçirilən dinləmələrdən sonra müstəqil nizamnamə komissiyası mütəxəssisə 2027/2028 mövsümünün sonunadək şərti olaraq 6 həftəlik futbol fəaliyyətindən kənarlaşdırma, 28 min funt-sterlinq məbləğində cərimə və rəsmi töhmət cəzası kəsib.
Sözügedən qalmaqal keçən mövsüm Çempionşipin pley-off mərhələsinin ilk yarımfinal oyunu ərəfəsində “Sauthempton”un təcrübəçi analitikinin “Midlsbro”nun qapalı məşqini videoya çəkəndə tutulmasına görə yaranıb.
Daha sonra klub “Oksford Yunayted” və “İpsviç Taun” komandalarının da məşqlərinin gizlin izləndiyini etiraf edib. İngiltərə Futbol Liqası bu addımı vicdanlılıq prinsiplərinin planlı pozulması kimi dəyərləndirərək “Sauthempton”u pley-offun finalından kənarlaşdırıb və cari mövsümün startında 4 xalını silib.
Mövsümə 4 xallıq cərimə ilə başlayan “Sauthempton” hazırda Çempionşipdə 10 xalla 13-cü pillədə qərarlaşıb. yetirmələri növbəti matçını oktyabrın 11-də “Portsmut”a qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Oktyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















