Icma.az
close
up
RU
Ceyhun Bayramov çexiyalı həmkarını mina təhdidi barədə məlumatlandırıb YENİLƏNİB

Ceyhun Bayramov çexiyalı həmkarını mina təhdidi barədə məlumatlandırıb YENİLƏNİB

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çex Respublikasının xarici işlər naziri Petr Matsinka ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

C. Bayramov çex həmkarını xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.

Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Kuba və çexiyalı həmkarları Bruno Rodriqes və Petr Matsinka ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

XİN rəhbəri P. Matsinka ilə Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq istiqamətlərini müzakirə edib, son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.

Kubalı həmkarı ilə görüşündə isə iki ölkə arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika nəzərdən keçirilib.

C. Bayramov və B. Rodriqes mövcud tarixi və mədəni əlaqələrə əsaslanaraq iqtisadiyyat, investisiya, turizm və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin BMT, Qoşulmama Hərəkatı (QH) və Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) daxil olduğu çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə (SIDS) humanitar və inkişaf yardımı müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 May 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri