Ceyhun Sultanov: Bu futbolçuların potensial nəinki qrupdan çıxmaq, heç heçə etmək üçün də çatmır
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Ölkə xaricində olduğum üçün oyun baxa bilməmişəm". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Keçmiş yarımmüdafiəçi yığmanın DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzması barədə danışıb:
"Qarşılaşma haqqında çox söz deyə bilmirəm. Yalnız hesabdan xəbərim var. Acınacaqlı məğlubiyyətdir. Düşünürəm ki, bu futbolçuların potensial nəinki qrupdan çıxmaq, heç-heçə etmək üçün də çatmır. Əvvəl söyləmişəm, bu gün də deyirəm: bu potensialda olan komanda ilə yerli mütəxəssis işləməlidir"
Sultanov baş məşqçi Fernandu Santuşun komandadakı taleyi barədə də danışıb: "Santuş istefa verməyəcək. AFFA-nın onu göndərməsini gözləyəcək ki, təzminat ala bilsin. Çox şey deyə bilmirəm. Çünki ağırdır. Bundan sonrakı oyunlarımız daha çətin olacaq. Komandamıza uğurlar arzulayıram. Bu, bizim millimizdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















