Icma.az
close
up
RU
COP29 mədəniyyətimizi 10 addım irəli atdı XALQ ARTİSTLƏRİ

COP29 mədəniyyətimizi 10 addım irəli atdı XALQ ARTİSTLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib, sammitin rəsmi hissəsindən sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı da təşkil olunub.

Konsert proqramında dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımovun və balaban ustası, Xalq artisti Əlixan Səmədovun birgə çıxışı ilə ərsəyə gələn “Sarı gəlin” mahnısı xüsusi marağa səbəb olub.

Xalq artisti Alim Qasımov tədbirlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

“Azərbaycan musiqiçilərinin çıxışları onları dinləyən hər kəsin, o cümlədən xarici vətəndaşların da ürəyinə yatdı. Bizim üçün də bir şərəf idi ki, bizi eşitməyən, musiqilərimiz haqqında məlumatsız olan çoxsaylı ölkələr mahnılarımızı, mədəniyyətimizi öz gözləri ilə gördü, xalqımızın milli adət-ənənələri ilə yaxından tanış oldu. Mədəniyyət xadimlərimiz üzərlərinə düşən vəzifənin öhdəsindən çox yaxşı gəldilər. Belə böyük tədbirdə ölkəmizi təmsil etmək qürurvericidir. Həmin tarix yaddaşımızda unudulmaz gün kimi qalacaq”.
 

Alim Qasımovun ifasını balabanda müşayiət edən Əlixan Səmədov da öz fikirlərini bizimlə bölüşüb. O qeyd edib ki, 80-ə yaxın dövlət rəhbərinin qarşısında illərdir mübahisəsi gedən "Sarı gəlin"imiz, balabanımız, muğamımızın bizə aid olduğunu bir daha göstərdik.

“COP29-u iqlim dəyişikliyi ilə birlikdə, Azərbaycan mədəniyyəti üçün də xüsusi tədbir hesab edirəm. Bu cür böyük tədbirdə mədəniyyətimizi nümayiş etdirmək bizi 5-10 addım da irəli atdı. Sənətçilərimiz Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edir, yayır, amma COP29 sayəsində öz ölkəmizdə minlərlə insana, xarici liderlərə mədəniyyətimizi göstərmək daha şərəfli, daha rahat idi”,- deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see206

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri