Icma.az
close
up
RU
Dəhşətli zəlzələnin olduğu bölgədə 2500 azərbaycanlı var AÇIQLAMA

Dəhşətli zəlzələnin olduğu bölgədə 2500 azərbaycanlı var AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Kamçatka vilayətində ötən gün 8.7 maqnitudalı zəlzələ, ardınca yüzlərlə afterşok qeydə alınıb. Zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib.

Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində, Çinin şərq sahillərində və Tayvanda sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.

Afterşokar hələ də davam edir. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, səhər bir saat ərzində bu ərazidə 8 zəlzələ qeydə alınıb. Bu gün baş verən zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.

Qeyd edək ki, Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində minlərlə azərbaycanlı yaşayır.

Modern.az bölgədəki Azərbaycan diaspor nümayəndələri ilə əlaqə saxlayıb.

Kamçatkada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Ramazan Hüseynovun saytımıza verdiyi məlumata görə, bölgədə təxminən 2000-2500 nəfər azərbaycanlı var. Onun sözlərinə görə, hələlik zəlzələ ilə əlaqədar hər hansı azərbaycanlının xəsarət alması və ya yardım müraciəti qeydə alınmayıb.

“Zəlzələ ilə bağlı bu günə qədər bizə heç bir azərbaycanlıdan rəsmi müraciət daxil olmayıb. Azərbaycanlıların sıx yaşadığı ərazilərdə sunami təhlükəsi də yoxdur. Hazırda vəziyyət nəzarət altındadır, ciddi təşvişə əsas yoxdur”, – deyə Ramazan Hüseynov bildirib.

Qeyd edək ki, Kamçatka yarımadası seysmik aktiv zonada yerləşir və burada mütəmadi olaraq orta və güclü maqnitudalı zəlzələlər qeydə alınır. Yerli fövqəladə hallar xidməti hadisə ilə bağlı əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.

Azərbaycan diaspor təşkilatları isə bölgədə yaşayan soydaşlarımızla daimi əlaqə saxladıqlarını və vəziyyəti yaxından izlədiklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri