Icma.az
close
up
RU
“Dəmir yumruğ”un bütövləşdirdiyi Vətən və tam suverenlik

“Dəmir yumruğ”un bütövləşdirdiyi Vətən və tam suverenlik

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025 – “Konstitusiya və Suverenlik İli”

Müstəqillik hər bir xalqın ən böyük arzusu, milli dövlətçiliyin isə möhtəşəm təməlidir. Dövlət müstəqilliyini əldə etməklə yalnız siyasi azadlıq qazanmır, həm də öz gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanı əldə edir.

Müstəqilliyin verdiyi imkanlar sayəsində dövlət suverenliyini möhkəmləndirir, daxildə xalqın iradəsinə söykənən idarəçilik qurur, xaricdə isə bərabərhüquqlu tərəfdaş kimi mövqeyini gücləndirir. Müstəqillikdən güc alan dövlətçilik onun suverenliyinin, xalqının milli kimliyinin, ərazi bütövlüyünün və gələcək nəsillərinin azadlığının təminatıdır.

Müstəqillik dövlətin sərbəst yaşamaq, öz taleyini özü müəyyən etmək haqqıdır. Lakin müstəqillik yalnız suverenliklə möhkəmlənir. Biz müstəqilliyimizi qorumaqla, əslində, suverenliyimizi gücləndiririk. Güclü dövlətçilik yalnız siyasi atributlarla deyil, həm də milli ruh, iqtisadi dayanıqlılıq, mədəni dəyərlərin qorunması, hüquqi və ədalətli idarəetmə ilə möhkəmlənir, güclənir. Bu güc isə xalqın birliyi və dövlətə bağlılığı ilə daim artmaqda davam edir. Güclü dövlətçilik həm də müstəqil məhkəmə, qanunun aliliyi və vətəndaşların hüquqlarının qorunması ilə təmin olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı və daim yeniliklər etdiyi islahatlardan biri də hüquqi islahatlardır. Həmin islahatlar öncə ulu öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 12 noyabr 1995-ci il ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının və həmin konstitusiyanın ruhuna uyğun olaraq demokratik, dünyəvi qanunların, məcəllələrin prinsiplərini özündə əks etdirən qanunların qəbul edilməsidir.

Bu gün hüquq-mühafizə orqanlarının, hakimlərin, vəkillərin, mülki hüquq subyektlərinin gündəlik stolüstü kitabları olan məcəllələrimiz, qanunlarımız məhz Ulu öndərin apardığı qətiyyətli hüquq islahatları nəticəsində sovet ruhundan xilas olaraq milli, müasir dövrün tələblərinə cavab verir. Vətəni, xalqı, dövlətçilik qarşısında misilsiz xidmətlərinə görədir ki, hər il 10 may tarixində xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olması yüksək təntənə ilə qeyd edilir. Bu il – “Konstitusiya və Suverenlik İli”ndə də dahi liderin anadan olmasının ildönümünü növbəti dəfə ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə bayram etdi.

Ulu öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin təmini sahəsində gördüyü işlər və həyata keçirilən kompleks məhkəmə-hüquq islahatları nəticəsində insan hüquqlarının qorunması sahəsində qanunvericiliyə edilmiş mühüm dəyişikliklərin səmərəliliyi bütün bunların bariz nümunəsidir.

Mənfur erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi.

44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Vətən müharibəsində tarixi qələbənin davamı olaraq 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Prezidentin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində təkrarsız və çevik əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman, necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.

Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra məhkəmə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu müddətdə qanunvericilik əsaslı surətdə yenilənmiş, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.

Ümummilli liderin layiqli davamçısı olaraq İlham Əliyevin prezidentliyi dövründə məhkəmə işçilərinin məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Məhkəmə işçiləri öz fəaliyyətlərində dövlət başçısının qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə məhkəmə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır.

Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar davam etdirilmişdir. Belə ki, regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir. 2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı ümumilikdə 6 olmuş, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.

Eyni zamanda, məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən ölkəmizin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Hələ 21 oktyabr 2005-ci il tarixdə qəbul edilən “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2011-ci il 1 yanvar tarixindən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır.

İslahatlar həyata keçirilərkən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması nəzərə alınaraq əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə orada da yeni məhkəmələr təsis olunmuş, Muxtar Respublikanın Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri almışdır.

Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Belə ki, həmin fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 2019-cu il 19 iyul tarixli sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır. Həmin məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Bir sözlə, məhkəmə sistemi islahatlar yolu ilə müasirləşir. Bütün bunlar isə müstəqillikdən güc alan dövlətçiliyin təzahürüdür.

“Konstitusiya və Suverenlik İli”ndə qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə məhkəmə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə və Ordumuza bir daha sonsuz minnətdarlıqlarını bildirirlər. Əminik ki, “Dəmir yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq.

Tağı QƏNBƏROV,
Tərtər Hərbi Məhkəməsinin hakimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see255

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see241

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see207

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see201

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see178

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see158

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri