Fırıldaqçılar süni intellektdən istifadə edərək Qazaxıstanın mədəniyyət və informasiya nazirinin səsini saxtalaşdırıblar AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Astana, 17 dekabr, AZƏRTAC
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva cinayətkarların saxta səsli mesajlar yaratmaq üçün süni intellekt texnologiyasından istifadə etdiyi yeni dələduzluq sxemi barədə xəbərdarlıq edib.
AZƏRTAC bu barədə nazirin feysbuk səhifəsində dərc olunmuş açıqlamasına istinadla xəbər verir.
“Son zamanlar süni intellektdən istifadə edərək guya mənim adımdan naməlum şəxslər tərəfindən mənim tanıdığım və tanımadığım şəxslərə səsli mesajlar göndərməsi hallarına daha çox rast gəlinir”, - deyə nazir feysbukda yazıb.
O, hər kəsi bu cür mesajlara məhəl qoymamağa və naməlum nömrələri bloklamağa çağırıb. “Bu, fırıldaqçıların işidir, həddindən artıq sadəlövh olmayın”, - deyə nazirliyin rəhbəri qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















