Icma.az
close
up
RU
Gənc gizirin dillərdən düşməyən qəhrəmanlıq salnaməsi Bir gecədə dünyanı mat qoyan döyüşçü

Gənc gizirin dillərdən düşməyən qəhrəmanlıq salnaməsi Bir gecədə dünyanı mat qoyan döyüşçü

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimovun şəhidlik zirvəsinə yüksəlməsindən 15 il ötür.

AZƏRTAC xəbər verir ki, düz 15 ildir Mübarizin doğulub-böyüdüyü Biləsuvar rayonunun Əliabad kəndindəki ata ocağı insanların ziyarətgahına çevrilib.

Mübarizin şəhadətinin təməli olan bu ocaq insanların onu daha yaxından tanıması, həyatının bütün illərini pillə-pillə öyrənməsi üçün bir məkandır.

Mübariz İbrahimovun dünyaya gəlməsindən bir neçə il sonra torpaqlarımızın işğal altına düşməsi, xalqımıza verilən zülmlər qəhrəmanın öz yolunu seçməsinə rəvac vermişdi. Mübariz elə uşaq yaşlarından qərar vermişdi: bütün bunların qisası mütləq alınmalı idi. O, böyüdükcə içində Vətənə olan sevgi, düşmənə olan nifrət böyüyürdü. Həqiqi hərbi xidməti uğurla başa vuran Mübariz hələ Vətən qarşısında borcunu tam ödəmədiyini düşünüb, valideynlərinin xeyir-duasını alaraq gizirlik məktəbini keçib, ordu sıralarına geri döndü. Onun qisas planı bir başqa idi. Həmin gün artıq vədə yetişmişdi. 2010-cu il iyunun 18-i gecə Mübariz İbrahimov üçün qisas gecəsi idi...

Həmin gecə Azərbaycan ordusunun əfsanəvi giziri təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə tərk-silah edir. Sonra isə düşmənin silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür, düşməni ağır itkilərə məruz qoyur. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Bir hərbçinin o qədər canlı qüvvəni məhv etdiyini həzm edə bilməyən düşmən qəhrəmanın nəşini vermək istəmirdi. Ancaq onun nəşinin düşmən tərəfdən alınması bir neçə aydan sonra mümkün oldu. 2010-cu il noyabrın 7-də Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırıldı.

Mübariz İbrahimov bir gecədə bir ordunun gücünü nümayiş etdirmişdi. Qəlbində çağlayan Vətən eşqi, içini yeyən intiqam hissi ona elə bir qüvvə bəxş etmişdi ki, qarşısında dünya da dayansaydı, onu yarıb keçəcəkdi. 22 yaşlı gizir özündən sonra yetişən nəslin qəhrəmanlıq simvoluna çevrildi. Onun şücaəti ölkənin hüdudlarından kənarlarda da dildən-dilə dolaşmaqdadır. Dünyanı heyran qoyan gənc Azərbaycan giziri təkbaşına düşmənə “Torpaqlarımızı tezliklə azad edəcəyik!” mesajını vermişdi. Mübarizin uğrunda can verdiyi üçrəngli Bayrağımız bu gün Azərbaycanın bütün azad edilmiş torpaqlarında qürurla dalğalanır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta 2020-ci il oktyabrın 4-də Azərbaycan Bayrağı sancılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri