Icma.az
close
up
RU
Hamıdan çox ürəyimə ərk etmişəm... Hidayət Orucovun şeirləri

Hamıdan çox ürəyimə ərk etmişəm... Hidayət Orucovun şeirləri

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az ötən gün vəfat edən tanınmış dövlət xadimi, şair, dramaturq, publisist, tərcüməçi Hidayət Orucovun şeirlərini təqdim edir.

Azərbaycan şeiri


Sənin nə qəribə kainatın var –
Bir gözün nəşəli, bir gözün nəmli.
Sənin nə qəribə bir həyatın var, –
Nəsimi sitəmli, Füzuli qəmli.

Yadlar çoxlarının adını pozub –
Bu dərdə dözməyə qəlbim dağ olub.
Belə yaraları ovutmaq üçün
Yaxşı ki, Nizami, Vaqif doğulub!

Məzlum olmayıbdır adın dünyada,
Hələ bu meydanda döyüşlərin var.
Dərdindən-qəmindən danışanda da
Sabir qəhqəhəli gülüşlərin var.

Dəryasan, şairlər – mirvarilərin,
Eli düşünüblər, eli anıblar.
Alovlu Müşfiqin, Vurğunun sənin
Min sözü qoynunda damla sanıblar.

Kimin ki, inləyən bir nəğməsi var,
Ona öz iniltim, yaram demişəm!
Şairsiz obaya, şersiz ömrə
Günəşi, torpağı haram demişəm!

...Ən gözəl şeirlər – ilk yaz çəməni...
Hər gün o çəməndə dinləyin məni.
Laylayla beşikdə böyüdüm, dostlar,
Dünyadan şerlə götürün məni!..

Göyçə, 1969

* * *


Ağacsansa – çinar ol,
torpaqsansa – göy çəmən,
Nəğməli ürəklərin
eşqinə vurğunam mən.
Ulduzsansa – zirvə ol
bütün səyyarələrə,
Zirvələrdən nəğmə səp
hər tərəfə, hər yerə.
Çeşməsən – susuz olma,
çaysansa – şəlaləsiz,
Bahara oxşamazsan
bənövşəsiz, laləsiz.
Dağsansa – Savalan ol!
Ayağın altda qalsın
uca dağların çoxu.
Ömrünün əbədiyyət,
ölməzlik nəğməsini
ulduza yetirməkçün
sonsuz göylərdə oxu.
İnsansansa, borclu ol
ömrün, həyatın boyu
bütün bəşəriyyətə.
Məhəbbətsiz yaşama,
sədaqətsiz yaşama.
Ölsən də
Öl sevərək!
Son anda da arxalan
bir dəli məhəbbətə!

1975


Hərdən öz kölgəmi qamçılayıram


Hərdən... öz kölgəmi qamçılayıram –
Nadanla üz-üzə əyləşəndə də,
İşbazla, dilbazla dilləşəndə də...
Sanıram – üz-üzə əyləşdiyim vaxt,
Sanıram – göz-gözə dilləşdiyim vaxt
Nadan dönüb birdən... alim olacaq,
İşbaz dönüb birdən... həkim olacaq,
Nə bilim, nəçi – nə,
Kim – kim olacaq...

Hərdən... öz kölgəmi qamçılayıram...
Deyirəm: – bu misra kimə gərəkdir –
Əgər söz mülkündə Nəsimi varsa?!
Sevgi nəğmələrin nəyə gərəkdir –
Saçların günbəgün belə ağarsa?!
Şeirdə çəmənlər, çiçəklər solub,
Giley də, güzar da... "xoş" adət olub,
Günahkar da... guya təbiət olub...

Hərdən... öz kölgəmi qamçılayıram –
Aya raket uçur, hara baxırsan,
Sular belə axır, hara axırsan?
Şimşək yerdə çaxır,
sən göylərdəsən,
Şəhərlər şişibdir, sən... köylərdəsən.
Sevdaya giribdir qurd quzu ilə...
Kişisən, sözünü şersiz söylə!

...Elə öz kölgəmi qamçılayıram,
Elə öz sözümü qayçılayıram.
Sevincim – göz yaşı,
qəmim – göz yaşı,
Ürəyim – sellərin hirsi, savaşı!
Gözlərim bir yorğun, çılğın dəryadır,

Sınıb çox dərəmin zirvə qanadı,
Qalıb ürəyimdə bir zirvə adı, –
Min həsrət, bir çaya qovuşub axar,
Yüz ildir o çayım elə yoldadır.

O zirvəyə bir gün qalxacağımamı?!
O dərəyə heç vaxt enməyəcəyəm!
O çaya qoşulub axacağımmı?!
Külüm qor olacaq, sönməyəcəyəm!

Elə bu yollarda ağarır başım,
Çox dostdan, tanışdan üzülür əlim.
Qıyya çəkər göyə sevgim, savaşım,
Nə yolum bilinər, nə də mənzilim,
Elə öz sözümü qayçılayıram,
Elə öz atımı qamçılayıram...

1986

***

Hamıdan çox ürəyimə ərk etmişəm,
Hamıdan çox ürəyimi danlamışam.
Hamıdan çox ürəyimlə yol getmişəm,
Bu sehrli dünyanı da
ürəyimlə seyr etmişəm,
ürəyimlə anlamışam.

Zəmanənin sədasını,
Sualını, vurğusunu, nidasını...
ürəyimlə dinləmişəm.
Haqsızlığın qabağında
ürəyimlə alovlanıb,
ürəyimlə inləmişəm.

Haqq tələbim, düz yerişim onunkudur,
min səhv işim onunkudur!
Məndən sonra yaşayacaq şerim varsa –
onunkudur,
Dost-tanışlar arasında
yerim varsa – onunkudur,
Odur mənim axşam-səhər
gözümdəki,
beynimdəki,
köksümdəki,
Ürəyimsiz mən nəyəm ki?!!

Çıraq olub düz işimdə, günahımda,
Çıraq olub hey alışır dünənimdə,
bu günümdə,
sabahımda.
Ürək mənim öz sevincim,
öz təlaşım,
öz ahımdır.
Sərt yollarda düz yeriyən,
Düz yollarda... səhv eləyən
qeyri-adi
Allahımdır!

1978

Elnarə Akimova: "Onun fikri ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır" "Oskar"lı ulduzdan böyük layihə “Qəvvas”ın ən güclü tərəfi sakit məqamlarla sarsıtmasıdır... İnsan özündən hara qaça bilər?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri