Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

I Əbülhəmidi öldürən Krım işğalı Türkan Turan yazır

I Əbülhəmidi öldürən Krım işğalı Türkan Turan yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkan TURAN

Çox sevdiyim və bu günlərdə dördüncü dəfə oxumağı nəzərdə tutduğum üçün yatağımın yanına qoyduğum kitabın bir səhifəsində iqtisadçı Roger Babsondan sitat gətirilmişdi. Tanımadığım bu adamın ömür boyu qulağıma sırğa edəcəyim cümlələrini ilk dəfə oxuyanda gülümsəmişdim. Deyir ki: "Mövcud problemlər altında əzildiyimi hiss edəndə bunun öhdəsindən gəlməyin yolunu tapdım. Gedirəm kitabxanaya, gözlərimi yumuram və tarix rəflərinin önündə təsadüfü bir kitaba əlimi uzadıram. Gözlərimi açmadan kitabın bir səhifəsini açıram və bir saata qədər oxuyuram. Oxuduqca dünyanın həmişə acı, kədər içində olduğunu, sivilizasiyanın uçurumun eşiyində olduğunu daha yaxşı anlayıram. Tarix səhifələri müharibə, yoxsulluq, xəstəliklər, zülm hekayələri ilə doludur. Bunları oxuduqca bu günün şərtlərinin dünəndən çox daha yaxşı olduğunu fərq edirəm. Bu, məni mövcud sıxıntılara fərqli yöndən baxmağa, dünyanın daha yaxşı yönə getdiyinə inandırır". Dünyanın daha yaxşı yönə getdiyini iddia edə bilmərəm, amma Babsonun dediyindən çıxardığım bir başqa həqiqət də var. Tarixi abidələri gəzdikcə, saraylara, qəsrlərə getdikcə yüz illər, min illər öncəni araşdırdıqca ciddi bir aydınlaşma ilə üzləşirsən. Məsələn, hətta ağlına gətirməyə qorxduğun ölüm belə mümkün və adi görünməyə başlayır gözündə. Düşünürsən ki, bu boyda imperatorluğu 15-20, hətta Sultan Süleyman kimi 46 il idarə edən bir hökmdar ölübsə, sən niyə bu fikirdən dəli kimi qaçırsan? Əmin olursan ki, bütün təkəbbürlər, yekələnmələr, hər şeyin sonsuza qədər sürəcəyinə inananların nağılları, adlar, mükafatlar, ordenlər, medallar, adının başındakı titullar, vəzifələr, statuslar hamısı boşunadur, çünki ölümü bir gün hər canlı dadacaq. Bu, pessimistlik deyil, bu dərkdir, idrakdır və həyat da elə bu nöqtədən başlayır.

Məscid yerinə imarət

Yolum Fatehədir; Hobyar Məhəlləsində I Əbdülhəmidin türbəsinə. 1776-1777-ci illərdə inşa edilib. Əslində, sultanın istəyi bu ərazidə bir dənə də məscid tikdirmək idi, ancaq yaxınlıqda Yeni məscidin olduğunu görüb şəhərin ən izdihamlı səmtində olan böyük məbədin yaxınlığında imarət tikilməsinin daha xeyirli olacağını düşünür və məscid fikrindən daşınır. İmarətin yanına mədrəsə, çeşmə, kitabxana, səbil əlavə etdirir. Binanın əsasını memarbaşı Mustafa Ağa qoyur, digər memarlıq işlərini Bəylərbəyi məscidini inşa edən Tahir Əfəndi tamamlayır. Məşrutiyyətin ilk illərində bu imarət Vəqiflər naziri Xeyri Əfəndi tərəfindən dağıdılaraq yox edilir. Yerində isə bu gün gördüyümüz bircə dənə bu türbə qalır. Əslində, türbənin içində Sultan I Əbdülhəmid yatmasa, böyük ehtimal onun da axırına çıxardılar. Dağıdılan imarətin səbilini bu gün Gülhanə parkının qarşısında görmək olar. Səbili o vaxt ora aparmağı bacarıblar. Yeri gəlmişkən, Osmanlıya aid artıq neçənci abidədir ki, çəkib harasa aparırlar. Buna rəğmən, illərlə, əsrlərlə daşındığı yerdə belə ilk gündə olduğu kimi möhkəm qala bilir. Bu gün bir dənə divarı geri çək, bax gör yerində nə qalır?!

Türbəyə gəldikdə isə, barok üslubundadır. XIX əsrdə Von Xammer bu tikili haqqında belə deyib: "Bu türbə gözəl və zadəganlığa xas üslubda inşa edilib. Qanuni Sultan Süleymanın gözəl türbəsini keçməsə də, binanın təzə, yeni halda olması onu ziyarət olunmalı məkana çevirib". Haqlıdır.

Dördbucaqlı türbənin tikintisində tamamilə mərmərdən istifadə edilib. Önündə atrium var. Kənardan ikimərtəbəli görünən qübbəli abidədir. İçəri 26 pəncərə ilə aydınlanır. Abidənin içərisində, divarın ortasında Məhəmməd Peyğəmbərin ayaq izi olduğu iddia edilən mərmər daş var. Buna Qədəm-i şərif deyirlər. Görən kimi öz-özümə verdiyim ilk sual bu oldu: Bu mərmərin burada nə işi var? Sonra öyrəndim ki, Qədəm-i şərif Şam yaxınlarındakı Qədəm kəndindən I Əbdülməcidin istəyi ilə bu əmanəti saxlamaqla mükəlləf olan Şeyx Məhəmməd Ziyad tərəfindən gətirilir. Vəzir Xəlil Həmid Paşa tərəfindən İstanbulun Samatya bölgəsində inşa etdirilən Qədəm-i Şərif təkkəsində qorunmağa başlanır. Daha sonra Sultan Əbdülhəmid türbəsinə hədiyyə edilir. Onu da deyim ki, bu cür ayaq izləri Topqapı sarayı, Eyyub Sultan türbəsi və Misirdəki bəzi türbələrdə də mövcuddur.

İnsanı qoruyan duadır, yoxsa əməllər?

Yenidən abidəyə qayıdaq; türbə küncləri dairələnmiş dördbucaq şəklindədir. Girişdə qapının üstündə Ankebut surəsinin 57-ci ayəsi yazılıb. Abidənin atriumundan içəriyə üç gözlü tağdan keçərək daxil olunur. Türbənin daxili girişində isə qapının üstündə xəttat Mehmet Eminin yazmış olduğu Fəcr surəsinin 27 və 30-cu ayələri həkk edilib. Türbənin içərisindəki naxışlar qələmlə işlənib. Peyğəmbərin ayaq izi dedikləri mərmər şüşə içərisində mühafizə edilir. Pəncərə və qapılarda qalın pərdələr var. Türbə qapısının iç qismində ən üstdə üç sətirlik Neml surəsinin 30-cu ayəsindəki kərimə yazılıb.  Altında pəncərə və dolabların üst hissəsi ilə türbəni əhatələyən zolaqda yazılar mövcuddur. Mərmər üstündə ərəb hərfləri ilə yazılmış bu cümlələr Mülk surəsidir. Qübbənin oturduğu daşların üzərində İsm-i Cəlal, İsm-i Nəbi, Çahar yar-i Güzin, Həsən və Hüseyn adları yazılıb. Bundan əlavə, qübbə içərisindəki dairəyə "Ya alimən, bi-hali, aleyke ittikali" yazısı dörd dəfə yazılıb. Mənası, "Ey halımı ən yaxşı bilən, yalnız sənə söykənir, sənə güvənirəm" deməkdir. Bu yazıları görmək mənə xeyli şübhəli göründü. Fikirləşdim ki, bir insan özü üçün inşa etdirdiyi türbəyə bu qədər söz yazdırıbsa, ya ədalətsizliyi çoxdur, ya da eyş-işrət məsələlərində fəal olub. Birinci araşdırdığım qadın məsələləri oldu. Əgər ayə və surələr türbənin bir, ya iki yerində yazılsaydı, mütləq ədalət məsələsinə köklənərdim, amma bu yazıları hər tərəfdə görüncə, fikrim qadınlara yönəldi. Sən demə, əlahəzrətin 14-dən çox arvadı olub. Hələ bunlar adları bəlli olanlardır.

Nəysə, dönək möhtəşəm memarlığa sahib olan türbəyə. I Əbdülhəmidin məzarının yanında 29-cu Osmanlı padşahı olan oğlu IV Mustafa da var. Bu iki sultandan başqa, on səkkiz şahzadə və xanım sultanlar da burada dəfn edilib. Şahzadə Əhməd, Şahzadə Süleyman, Şahzadə Mehmet, Şahzadə Murad, Şahzadə Mehmet Rüştü, Şahzadə Bəyazid, Şahzadə Əbdülməcid, Aynı Şah Sultan, Rabia Sultan, Məlik Şah Sultan, Mevhibə Sultan, Fatma Sultan, Əminə Sultan, Salehə Sultan və digərlərinin də sandukaları var.

Qeyd edim ki, I Əbdülhəmid Sultan III Əhməd ilə Rabia Şərmi Sultanın oğludur. 1774-cü ildə 49 yaşında taxta çıxır. Hakimiyyəti 15 il 2 ay hökm sürür.

Kədərdən iflic keçirən Sultan

Sultanın ölümü digərləri kimi sui-qəsd, taxtdan endirilmə və bənzər məsələlərlə əlaqədar olmur. Rusiya ilə Osmanlı arasında baş verən savaşda Özi qalasının alınmasını, xalqın qanına qəltan edildiyi xəbərini alması ilə başlayır. Bu müharibədən daha öncə Osmanlı Kiçik Qaynarca müharibəsi ilə Krımın müstəqilliyini tanımışdı. Lakin Rusiya müqaviləni heçə sayaraq Krıma hücum etmiş, torpaqlarını öz ərazisinə qatmışdı. Bu da Osmanlının gücünün sarsılması demək idi. Bütün bunlar Sultanı kədərə qərq edir, iflic olur və 64 yaşında vəfat edir.

Ümumiyyətlə, I Əbdülhəmid dönəmində savaşlar, torpaq itkiləri ilə bağlı xeyli təlatümlər yaşanıb. Ölkənin daxilində də sakitlik olmayıb. İstanbulun ən böyük yanğınları onun dönəminə təsadüf edir. Yanğınların böyük əksəriyyətinin qəsdən törədildiyi də deyilir. Məsələn, Samatyada baş verən böyük yanğın qəsdən törədilmişdi. Mindən çox ev yanmışdı. İki il sonra baş verən yanğında isə 7 minə yaxın bina külə dönmüşdü. Cibali adı ilə tarixdə iz qoyan yanğın isə İstanbulun gördüyü ən böyük yanğın idi. Əlli saat davam edən yanğında 20 min bina yox olmuşdu. Təbii ki, bunu Sultanla əlaqələndirmirəm, sadəcə I Əbdülhəmid ölkənin ən çalxantılı dönəmlərində taxta keçmişdi. Ona görə də bu uğursuzluqlar onun adı ilə yanaşı sıralanır. Osmanlı getdikcə tənəzzülə gedir, torpaqlar itirirdi. Bütün bu uğursuzluqlar və nəhayətdə, Krım məsələsi Əbdülhəmidin sonunu gətirir. Uzun müddətdir belə təsirli son nə görmüşdüm, nə də oxumuşdum. Hansısa xalqın başına gətirilənlərdən kədərə qərq olan və dözə bilməyib vəfat edən neçə idarəçi var və ya olub?

Beləcə, Sultan I Əbdülhəmidin adını beynimin ən hay-küysüz küncünə yazdım. Ruhu həmişə şad olsun!..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri