Icma.az
close
up
RU
İƏTə üzv dövlətlərin antikorrupsiya orqanları rəhbərlərinin 2ci görüşü işinə başlayır

İƏTə üzv dövlətlərin antikorrupsiya orqanları rəhbərlərinin 2ci görüşü işinə başlayır

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşü işinə başlayır. Tədbirin təşkilatçısı Qətərin İdarəetmə və Şəffaflıq üzrə Nəzarət Təşkilatıdır. SİA Qətərin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək iclasda İƏT-ə üzv olan 56 ölkənin korrupsiya ilə mübarizə aparan hüquq mühafizə orqanlarının rəhbərləri, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, eləcə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi və İnterpol kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.

Təşkilat komitəsinin rəsmi nümayəndəsi Əbdülvəhhab Saleh əl-Kuvari mətbuat konfransında bildirib ki, “korrupsiyaya qarşı mübarizə artıq texniki vəzifə deyil, həm də hökumət rəsmilərinin, media nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin əməkdaşlığını tələb edən bir məsuliyyətdir. Sizin burada olmanız korrupsiyaya qarşı mübarizənin və şəffaflığın möhkəmləndirilməsinə verdiyiniz əhəmiyyətin göstəricisidir.”

Əl-Kuvari görüşün korrupsiya ilə mübarizə səylərini inkişaf etdirmək üçün birgə təcrübə mübadiləsi və fəaliyyətlərin əlaqələndirilməsi baxımından əhəmiyyətli addım olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatı, Eqmont qrupu, Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyası, Dünya Bankı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası və digər regional və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Tədbir zamanı Qətər ilə Səudiyyə Ərəbistanı və İordaniya arasında korrupsiyaya qarşı mübarizə və şəffaflığın təşviqinə dair memorandumların imzalanması, eləcə də müxtəlif işçi sessiyalar və korrupsiyanın transsərhəd məsələlərini əhatə edən mövzularda müzakirələrin keçirilməsi planlaşdırılır.

Mətbuat konfransında, həmçinin bildirilib ki, iclasda “Məkkə Konvensiyası”nın təsdiqlənməsi və onun icra mexanizmlərinin inkişaf etdirilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Bu sənəd korrupsiya cinayətlərinin qarşısının alınması, aşkarlanması və təhqiqatı, cinayətkarların təqibini asanlaşdırmaq məqsədi ilə hüquq-mühafizə orqanları arasında səmərəli və operativ əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin birinci toplantısı 2022-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 04:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri