Icma.az
close
up
RU
İqlim dəyişikliyi geniş bir sahəni əhatə edir

İqlim dəyişikliyi geniş bir sahəni əhatə edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belə bir şəraitdə dövlətlərin qlobal iqlim gündəliyində tutduğu mövqe onların beynəlxalq əməkdaşlıq imkanlarının mühüm istiqamətlərindən birinə çevrilir.

Prezident İlham Əliyevin 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına ünvanladığı müraciət də məhz bu kontekstdə diqqət çəkir. Dövlət başçısı Azərbaycanın COP29-a ev sahibliyi etmiş ölkə kimi tədbirə “dərin davamlılıq hissi və qlobal iqlim gündəliyini irəlilətmək üçün sarsılmaz öhdəliklə” qoşulduğunu bildirib. Cənab Prezident həmçinin Bakı COP29 irsi ilə qarşıdakı COP31 arasında əlaqənin qurulmasının və Azərbaycanda formalaşmış dinamikanın növbəti mərhələyə daşınmasının vacibliyini vurğulayıb.

Bu, onu göstərir ki, Azərbaycanın iqlim gündəliyində iştirakı COP29-un keçirilməsi ilə yekunlaşmır. Əksinə, Bakı konfransında əldə olunmuş təcrübənin sonrakı beynəlxalq proseslərə ötürülməsi yeni mərhələnin əsas istiqaməti kimi ortaya çıxır.

2024-cü ildə Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına daha fəal şəkildə daxil olmasına şərait yaratdı. Konfransda 196 dövlətin, 150-dən çox dövlətlərarası təşkilat və BMT qurumunun, eləcə də minlərlə qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Azərbaycan COP29 sədrliyi dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun qurulmasına xüsusi diqqət yetirib.

İndi isə əsas məsələ həmin təcrübənin davam etdirilməsidir. Prezidentin Pre-COP müraciətində “Bakı COP29 irsi”nin qarşıdakı COP31 prosesinə bağlanması təsadüfi deyil. 2026-cı ildə iqlim diplomatiyası növbəti mərhələyə keçərkən Azərbaycanın əvvəlki sədrliyindən əldə olunan təcrübənin yeni danışıqlar prosesinə töhfə verməsi yenidən gündəmə gəlir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının məlumatına görə, COP31-ə hazırlıq çərçivəsində Azərbaycan və gələcək COP31 sədrliyi tərəfindən Şamaxıda yüksək səviyyəli görüşlər də keçirilib. Bu, Bakı COP29-dan sonra dialoqun davam etdirilməsi baxımından diqqətəlayiq nümunədir.

Prezidentin müraciətində xüsusilə kiçik ada dövlətlərinə göstərilən diqqət xasusi qeyd olunur. Fici və Tuvalu kimi dövlətlər üçün iqlim dəyişmələri uzaq perspektivin problemi deyil, gündəlik həyatın bir hissəsidir. Dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri və ekosistemlərin dəyişməsi bu ölkələrin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir.

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də COP29 dövründə əldə olunan nəticələrin davamlılığını təmin etməkdir.

Azərbaycanın 2026-cı ildə BMT-nin Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində də bu yanaşma ön plana çıxarılıb. Həmin müraciətdə COP29 sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün platforma yaradıldığı, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunun gücləndirilməsinə çalışıldığı qeyd olunur. Görünən budur ki, COP29 Bakıda başa çatsa da, Azərbaycanın iqlim gündəliyindəki məsuliyyəti başa çatmayıb. Qarşıdakı dövr Bakıdan əldə olunan təcrübənin qorunması, beynəlxalq həmrəyliyin gücləndirilməsi və xüsusilə iqlim dəyişmələrinin təsirlərinə daha həssas ölkələrlə əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Könül NURULLAYEVA

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri