Icma.az
close
up
RU
İranı kim partlatdı..?

İranı kim partlatdı..?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 26-da İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 40-a yüksəlib, yaralananların sayı isə 1200-ü ötüb.

Axtarış-xilasetmə işləri davam etdiyindən bu rəqəmlərin artacağı istisna edilmir.

İran rəsmilərinin ilkin məlumatına görə, partlayışa səbəb limanda saxlanılan kimyəvi maddələrin düzgün olmayan şəkildə qorunması olub. Xarici müdaxilə ehtimalı rəsmi şəkildə inkar edilib və hadisənin səbəblərini araşdırmaq üçün təcili istintaqa başlanılıb.

Partlayış Şəhid Rəcai limanının konteyner terminalında baş verib. Partlayış nəticəsində yaranan zərbə dalğası 50 kilometr radiusda hiss olunub. Liman infrastrukturu və ətrafdakı binalar ciddi ziyan görüb, Bəndər Abbas şəhərində yüzlərlə evin şüşələri sınıb. Mütəxəssislər bu partlayışı 2020-ci ildə Livanın Beyrut limanında baş vermiş faciədən sonra ən dağıdıcı texnogen partlayış hesab edirlər.

Şəhid Rəcai limanı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərin yaxınlığında yerləşir. Analitiklərin fikrincə, limanda partlayan kimyəvi maddələr hərbi məqsədlər üçün nəzərdə tutulmuş ola bilər. Məlumata görə, partlayan maddələr arasında raket yanacağı istehsalında istifadə olunan ammonium perxlorat və ya natrium perxlorat kimi materiallar ola bilər. Mart ayında Çindən ammonium perxloratın böyük bir partiyasının gətirilməsi barədə xəbərlər yayılmışdı.

Bununla belə, İran Müdafiə Nazirliyinin nümayəndəsi general Rza Talai-Nik bu iddiaları təkzib edərək bildirib ki, limanda hərbi təyinatlı heç bir material saxlanılmayıb.

Hadisə İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirildiyi günə təsadüf edib. Rəsmi Tehran və İsrail tərəfi partlayışın arxasında İsrailin dayanması ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

İran prezidenti Məsud Pəzəşkian faciə ilə bağlı başsağlığı verib və hadisənin hərtərəfli araşdırılması üçün tapşırıq verib. Prezidentin göstərişi ilə ölkənin daxili işlər naziri İskəndər Mömini hadisə yerinə göndərilib və xilasetmə işlərinin koordinasiyası üçün tədbirlər görülüb.

Hazırda liman ərazisində xilasetmə və təmizləmə işləri davam edir. Yaralıların çoxu müxtəlif dərəcəli yanıqlar və travmalarla xəstəxanalara yerləşdirilib. Ölkənin bir çox bölgəsində insanlar qanvermə aksiyalarında iştirak edərək yaralılara yardım edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri