“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 22 yanvar, AZƏRTAC
“İrs” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalda Azərbaycan reallıqları, habelə ölkəmizin milli–mədəni mirası, o cümlədən tarixi və mədəniyyəti haqqında məlumatlar təqdim edilib.
Nəşrdə həmçinin, Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, Azərbaycanın tarixi memarlıq abidələri haqqında məqalələr yer alıb.
Buraxılışda Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabenin iki ölkə arasında əməkdaşlığa dair məqaləsi də verilib.
Qeyd edək ki, “İrs” jurnalı xalqımızın tarixi, mədəniyyəti, incəsənəti və milli-mədəni irs nümunələrinin təbliğində, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Jurnalın nüsxələri Yaponiyanın dövlət və hökumət qurumlarına, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilir, habelə ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















