“Kabab iylənmişdi” “Malibu” restoranından şikayət VİDEO
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Mərdəkanda yerləşən “Malibu” dənizkənarı restoranında təqdim olunan kababla bağlı müştəri narazılığı yaranıb.
“Bakupost” xəbər verir ki, vətəndaş ona verilən quzu lülə kababının iy verdiyini iddia edib. O, həmçinin çek təqdim edilmədiyini və sifariş olunmayan bəzi məhsullar üçün də ödəniş alındığını bildirib.
Məsələ ilə bağlı “Bakupost”a açıqlama verən restoranın sahibi Bəhruz adlı şəxs isə kababın keyfiyyəti ilə bağlı iradların əsassız olduğunu bildirib.
“Müştəri əvvəlcə ətin növü ilə bağlı sual verdi. Dedik ki, kabab quzu ətindən hazırlanır. Daha sonra o bunun quzu deyil, qoç əti olduğunu söylədi. Biz də izah etdik ki, bunlar eyni heyvandırlar”.
Bəhruz bildirib ki, həmin vaxt restoranda digər müştərilər də kababdan yeyib və hansısa narazılıq olmayıb.
“Bizdə lülə kabab yalnız quzu əti və quyruqdan hazırlanır. Hazırlanma üsuluna görə dad və qoxusu fərqli ola bilər. Əgər iddia edildiyi kimi problem olsaydı, digər müştərilər də bunu hiss edərdi”, - deyə sahibkar bildirib.
Restoran sahibi əlavə edib ki, məsələ ilə bağlı hüquqi qaydada aidiyyəti qurumlara müraciət edib.
Lalə,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 İyul 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















