Icma.az
close
up
RU
Keçmiş münasibətə qayıtmaq olarmı? Psixoloqdan gözlənilməz cavab

Keçmiş münasibətə qayıtmaq olarmı? Psixoloqdan gözlənilməz cavab

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı psixoloq Mark Trevers hesab edir ki, hər bir ayrılıq münasibətlərin uğursuzluğunu göstərmir. 

Qaynarinfo-nun məlumatına görə, onun "Forbes" üçün yazdığı məqalədə vurğulanır ki, bəzən ayrılıqlar sevginin yoxluğundan deyil, kənar amillərdən – məsafə, karyera dəyişiklikləri və şəxsi çətinliklərdən qaynaqlanır.

Bu hallarda münasibətin bitməsi cütlüyün potensialını deyil, şəraitin məhdudiyyətlərini əks etdirir. Ayrılıq müddəti isə fərdi inkişaf üçün imkan yarada bilər. İnsanlar dəyişdikcə, əvvəlki maneələr artıq problem olmaya bilər.

Trevers uğurlu barışıq üçün üç əsas məqamı qeyd edir:

* Keçmiş problemlərin həll edilməsi - tərəflər ayrılığa səbəb olan inamsızlıq, konflikt və ya emosional boşluqları açıq şəkildə müzakirə etməli və dəyişiklikləri dərk etməlidirlər. 2016-cı ildə "Journal of Divorce & Remarriage" jurnalında dərc olunan araşdırma göstərib ki, boşanma prosesini dayandıran cütlüklər şəxsi inkişaf və özünüdərk sayəsində münasibətlərini qoruyublar;

* Davamlı səy göstərməyə hazır olmaq - münasibətlərin yenidən qurulması yalnız hər iki tərəfin bərabər sədaqəti və əmək qoyması ilə mümkündür. 2016-cı il araşdırması göstərir ki, uğurlu cütlüklər problemlərin həllini yalnız təkrar etməyib, həm də ünsiyyətlərini gücləndirərək yeni qaydalar formalaşdırıblar;

* Bağışlamaq bacarığı – "Journal of Family Psychology" jurnalının araşdırmasına əsasən, bağışlama münasibətlərdə gərginliyi azaldır və müsbət davranışları gücləndirir. Lakin bu proses hər iki tərəf üçün qarşılıqlı olmalıdır.

Münasibətləri yenidən qurmaq istəyənlərə psixoloq aşağıdakıları məsləhət görür:

* konfliktlərin konstruktiv həlli üçün plan hazırlamaq;

* emosional yaxınlığı artırmaq üçün ortaq rituallar, minnətdarlıq ifadələri və keyfiyyətli vaxt keçirmək;

* kənar dəstək axtarmaq – terapiya, təlimlər və ya özünə yardım yolları tərəfdaşlığa yeni baxış gətirə bilər;

* bir-birinin şəxsi inkişafını dəstəkləmək, çünki fərdi xoşbəxtlik münasibətlərin harmoniyası üçün vacibdir.

Psixoloqun fikrincə, keçmişə qayıdış bəzən yeni və daha güclü ittifaq qurmaq üçün fürsət ola bilər. Əsas məsələ eyni səhvləri təkrarlamamaq, qarşılıqlı yetkinlik, səmimiyyət və birlikdə inkişaf əsasında münasibətləri yenidən inşa etməkdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri