Icma.az
close
up
RU
Keçmişin kölgəsində: İlan balığı Kinoseans

Keçmişin kölgəsində: İlan balığı Kinoseans

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yapon kinosunda "yeni dalğa" cərəyanının əsas nümayəndələrindən biri olan Syöhey İmamuranın (Shohei Imamura) 1997-ci ildə çəkdiyi "İlan balığı" filmi Kann Film Festivalında Qızıl Palma mükafatına layiq görülüb. Zahirdə sadə süjetə malik olsa da, film əslində insan psixologiyasının dərin qatlarını araşdıran mürəkkəb və çoxqatlı bir əsərdir. Bu əsərin müəllifi olan Syöhey İmamura Yapon kinosunda insan təbiətinin dərin və ziddiyyətli tərəflərini araşdıran rejissor kimi tanınır.

Filmin qəhrəmanı Takuro Yamaşita sakit və adi həyat sürən bir insandır. Lakin bir gün aldığı imzasız məktubda həyat yoldaşının ona xəyanət etdiyi bildirilir. Bu hadisə onun həyatını kökündən dəyişir və o, emosiyalarının təsiri altında ağır bir cinayət törədir. 8 il həbs cəzası çəkdikdən sonra azadlığa çıxan Takuro yeni bir həyata başlamaq məqsədilə sakit bir kəndə köçür və bərbər dükanı açır.

Rejissor hadisələrin özündən çox, bu hadisələrdən sonrakı psixoloji vəziyyətə fokuslanır. Takuro cəmiyyətlə ünsiyyət qurmaqda çətinlik çəkir, demək olar ki, heç kimlə danışmır. Onun yeganə "həmsöhbəti" akvariumda saxladığı İlan balığıdır. Bu detal filmin həm vizual, həm də məna baxımından ən önəmli elementlərindən biridir.

Hadisələrin inkişafı Takuronun həyatına Keiko adlı qadının daxil olması ilə yeni mərhələyə keçir. İntihara cəhd etmiş bu qadını xilas etməsi və onunla qurduğu münasibət qəhrəmanın daxili dünyasında müəyyən dəyişikliklər yaratsa da, keçmişin travması onu hələ də tərk etmir. Bu baxımdan film cinayətin özündən daha çox, onun insan həyatında buraxdığı psixoloji və mənəvi izlərə diqqət yetirir.

Filmin əsas ideyalarından biri insanın öz günahı ilə yaşamaq məcburiyyətidir. Takuro qanun qarşısında cəzasını çəksə də, özünü bağışlaya bilmir. Onun keçmişi daim onu izləyir və bu vəziyyət onun daxilində davamlı bir gərginlik yaradır. Eyni zamanda film insanın dəyişə bilməsi və ikinci şans əldə etməsi məsələsini də gündəmə gətirir.

Filmdə cəmiyyətin keçmiş məhbuslara münasibəti də realist şəkildə təqdim olunur. Takuro həm cəmiyyətin ona qarşı ehtiyatlı və şübhəli münasibəti, həm də öz daxili qapanıqlığı səbəbindən təcrid olunmuş vəziyyətdə yaşayır. Bu isə filmi yalnız fərdi deyil, sosial problem kontekstində də əhəmiyyətli edir.

İlan balığı obrazı isə çoxqatlı simvol kimi çıxış edir. O, qəhrəmanın daxili dünyasının, susqunluğunun və insanlarla əlaqə qura bilməməsinin simvoludur. Eyni zamanda bu balıq onun basdırılmış instinktlərini, vicdanını və alter-eqosunu təmsil edə bilər. Akvariumda saxlanılması isə azadlıq və məhdudiyyət arasındakı ziddiyyəti vurğulayır - fiziki olaraq azad olan Takuro psixoloji olaraq hələ də məhdudiyyət içindədir.

Syöhey İmamura bu film vasitəsilə insan təbiətinin ikili mahiyyətini - həm mədəni, həm də instinktiv tərəflərini - ön plana çıxarır. Onun yanaşmasına görə, insan nə qədər sivil görünsə də, daxilində heyvani instinktlər və qaranlıq impulslar mövcuddur. Rejissor bu ideyanı sakit həyat səhnələri ilə qəfil zorakılıq anlarını qarşılaşdıraraq təsirli şəkildə təqdim edir. O, eyni zamanda vurğulayır ki, idarə olunmayan emosiyalar faciəvi nəticələrə gətirib çıxara bilər və insanı bu vəziyyətdən xilas edə biləcək əsas qüvvə sevgidir.

Filmdə baş rolda çıxış edən Koji Yakusho Yaponiyanın ən nüfuzlu və beynəlxalq səviyyədə tanınan aktyorlarından biridir. O, bu filmdəki performansı ilə yanaşı "Babel" və "Mükəmməl günlər" ("Perfect Days") kimi filmlərdəki rolları ilə də böyük şöhrət qazanıb. 2023-cü ildə Kann Film Festivalında "Mükəmməl günlər" filmindəki roluna görə "Ən yaxşı kişi aktyor" mükafatını alması onun sənətkarlığının beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Film tənqidçilər tərəfindən də geniş müzakirə edilib. Məşhur kino tənqidçisi Roger Ebert filmi sakit, lakin dərin psixoloji təsirə malik bir əsər kimi qiymətləndirib və qəhrəmanın daxili dünyasının incə vizual vasitələrlə təqdim olunmasını yüksək dəyərləndirib. Bununla yanaşı, bəzi Qərb tənqidçiləri filmin tempinin yavaş olduğunu qeyd etsələr də, Syöhey İmamuranın özünəməxsus üslubunun və insan təbiətinə yanaşmasının filmi fərqləndirdiyini etiraf ediblər. Yapon tənqidçiləri isə filmi daha çox müsbət qarşılayıb, rejissorun insanın instinktiv tərəflərini göstərmək bacarığını xüsusi vurğulayıblar. Müasir kino analitikləri də əsəri simvolik baxımdan şərh edərək İlan balığını insanın şüuraltı və basdırılmış emosiyalarının metaforası kimi izah edirlər.

Bir sözlə, "İlan balığı" filmi insanın öz keçmişi ilə barışmaq cəhdi, daxili dəyişimi və cəmiyyət içində yer tapmaq mübarizəsi haqqında dərin və düşündürücü bir əsərdir. Bu film tamaşaçını yalnız hadisələri izləməyə deyil, həm də insan təbiəti, mənəvi məsuliyyət və bağışlama anlayışı üzərində düşünməyə vadar edir.

 https://vk.com/video-112446073_456240141

https://www.youtube.com/watch?v=i5NtH4iq0eY   

https://siyahfilmizle.to/the-eel-izle/ 

"525"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri