Icma.az
close
up
RU
Kişilər də döş xərçənginə tutulurmuş

Kişilər də döş xərçənginə tutulurmuş

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Anasını 48 yaşında süd vəzisi xərçəngindən itirən 53 yaşlı Geoff Sweeney döşündə hiss etdiyi qəribəliyin ciddi əlamət olmadığını düşünürdü. Çünki süd vəzisi xərçənginin kişilərdə də rast gələcəyindən xəbərsiz idi. Diaqnoz qoyulduqdan sonra xərçəngi müvəqqəti dəf etsə də, xəstəlik qısa müddət sonra sümüklərinə, ağciyərlərinə və beyninə yayılmış şəkildə geri dönüb.

Geoff idmanla məşğul olarkən yıxılıb və döş nahiyəsi göyərib. Morluqlar keçəndən sonra təxminən 3 sm-lik sərt yumru qaldı. Ağrı vermədiyi üçün əhəmiyyət verməyib. Həkimə başqa səbəbdən getdiyi vaxt yumrudan da bəhs edib və xəstəxananın süd vəzisi xərçəngi şöbəsinə göndərilib. Müayinə mamoqrafiya və biopsiyadan sonra Geoff-un həyatı dəyişib.

"Ailəmdə bu xəstəlik olsa da, heç vaxt kişilərin də süd vəzisi xərçənginə tutulacağını düşünməmişdim. Buna görə diaqnoz məni şok etdi," - deyə Geoff bildirib.

O, digər kişilərin də bu təhlükəni ciddiyə almalarını istəyir: "Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə şansı da bir o qədər artır. Kişilər də bu əlamətləri bilməli və nəzarətdən yayınmamalıdır."

Geoff üçün ilk mərhələdə mastektomiya, limfa düyünlərinin çıxarılması, döş radiasiya terapiyası və immunoterapiya tətbiq edildi. Özünü ümidli hiss etsə də, sağaldıqdan cəmi 18 ay sonra belində başlayan ağrı ilə vəziyyət dəyişdi. Bu dəfə xərçəng artıq bədəninin bir çox nahiyəsinə yayılmışdı və sağalması mümkün deyildi.

"Bu ölümcül diaqnozdur, amma artıq qəbul etmişəm," - deyə Geoff bildirib. "İndilik özümü xəstə hiss etmirəm, sadəcə bütün müalicələr məni yorub. Amma bilirəm ki, bir anda hər şey daha da pisləşəcək. Ona görə də əsas olan yaşadığım müddətdə maksimum dəyərli vaxt keçirməkdir."

Geoff hazırda internet üzərindən süd vəzisi xərçəngindən əziyyət çəkən digər kişilərlə təcrübələrini bölüşür və hekayəsinin digərlərinə xəbərdarlıq olmasını istəyir: "Özünüzü yoxlayın. Şübhə varsa, həkimə gedin. Kişiyəm deyə bu mənə olmaz deməyin. Hamımız insanıq, hamımızda süd vəzi toxuması var."

Mütəxəssislər bildirir ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha az rast gəlinir. Türkiyədə hər il təxminən 25 min qadında süd vəzisi xərçəngi aşkarlanırsa, kişilərdə bu rəqəm 200-250 arasındadır. Buna səbəb kişilərin süd vəzi toxumasının az olması və ömür boyu estrogen hormonuna daha az məruz qalmalarıdır.

Prof. Dr. Fatih Aydoğanın sözlərinə görə kişilərdə süd vəzisi xərçəngi daha gec mərhələdə aşkarlanır. Çünki kişilər bu riskin fərqində deyillər və əlamətləri ciddiyə almırlar. Həmçinin qadınlarda olduğu kimi müntəzəm mamoqrafiya proqramı da mövcud deyil.

Risk faktorları həm kişilər, həm də qadınlar üçün ortaqdır: artıq çəki, zəif qidalanma, az hərəkətlilik, uzun müddət zərərli kimyəvi maddələrə məruz qalmaq. Amma kişilərdə genetika daha önəmlidir. Xəstəliyə tutulan kişilərin 20 faizi yaxın qohumlarında eyni xəstəlik olub. Onların 10 faizi BRCA2, 1-2 faizi isə BRCA1 gen mutasiyası daşıyır. Hər iki mutasiya prostat xərçəngi riskini də artırır.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri