Icma.az
close
up
RU
“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi

“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin ən sərfəli mobil operatoru olması ilə yanaşı, sosial layihələri də xüsusi diqqət mərkəzində saxlayan “Nar” “Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I Beynəlxalq Elmi Simpoziumun keçirilməsinə dəstək olub. Xəzər Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan dili və ədəbiyyatının inkişaf etdirilməsi və türk dünyasında daha geniş tanıdılması məqsədi ilə təşkil edilib.

İki gün davam edən simpozium Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasının və Şimali Kipr Türk Respublikası kimi ölkələrin alimlərini bir araya gətirərək dil və ədəbiyyat üzrə aktuallığını qoruyan mövzuları müzakirəyə çıxarıb. Tədbirdə ümumilikdə 100-ə yaxın elmi tədqiqatçı müxtəlif mövzulu tezislərlə həm əyani, həm də onlayn sessiyalardaçıxış edib.Həmçinin, simpozium çərçivəsində milli dramaturgiyamızın görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqram təqdim edilib.

“Nar” ana dilimizin təbliği və mədəni irsimizin qorunmasını öz sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi hesab edir. Simpoziumun dəstəkçisi olaraq, “Nar” bu sahədə gələcək elmi araşdırmalara, milli dəyərlərin təbliğinə və dilimizin beynəlxalq arenada möhkəmlənməsinə töhfə verməkdən qürur duyur.Qeyd edək ki, “Nar” təhsil, mədəniyyət və sosial layihələrdə fəal iştirak edərək Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına dəstək göstərməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see124

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see119

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see113

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri