Icma.az
close
up
RU
Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama

Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm açıqlama

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Dövlət başçımızın qərarı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birləşdirildi. Bu fərmanın məqsədi məhz icbari tibbi sığorta sahəsində başlanmış islahatların davam etdirilməsi, islahatların daha da dərinləşdirilməsi və gücləndirilməsindən ibarətdir.

Axar.az xəbər verir ki, bunu APA-ya və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, hazırda dövlət başçısının fərmanının icrası çərçivəsində nazirlikdə iki istiqamət üzrə xüsusi təhvil-təslim komissiyaları yaradılıb:

“Birinci komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşməsi prosesini təmin edir. İkinci komissiya isə Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinə ötürülməsini təmin edir. Ümumilikdə, ölkəmizdə çox geniş səhiyyə sistemi fəaliyyət göstərir. Bu həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz də bu prosesə öz dəstəyimizi verəcəyik. Əlbəttə, qarşımızda duran bir sıra vəzifələr var. Həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı, keyfiyyətli ödənilməsi, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq.

Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsi bu prosesin daha da genişlənməsidir. Hökumətin birgə fəaliyyəti ilə həyata keçirilən tədbirlər nəticəsində əlçatanlığın, keyfiyyətin, göstərilən xidmət sayının artırılması əsas hədəflərimizdəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri