Icma.az
close
up
RU
Neft qiymətləri: “Apreldə necə olacağı bilinmir” KONKRET

Neft qiymətləri: “Apreldə necə olacağı bilinmir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Martın 30-da London Fond Birjasında “Brent” markalı neftin qiyməti 114 dollar idi. Sonra 111 dollara düşdü və son olaraq 113 dollar oldu. Tarixdə heç vaxt birjalarda qiymətlər indiki kimi bu qədər sürətli dəyişməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, növbəti günlərdə neft qiymətlərinin hansı dinamikada dəyişcəyini demək çox çətindir:

“Neftin ən bahalı və ən ucuz partiyası arasında 119,5 dollardan 83 dollara qədər qiymət dəyişimi olub. Bir neçə həftə sonra neft qiymətlərinin necə dəyişəcəyini konkret demək də çətindir. Çünki ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı, yaxud səsləndirdiyi hər hansı bəyanat bazarda təlatüm yaradır. Hazırda dünya bazarındakı qiymətlərə nə OPEC, nə də OPEC+ təsir edə bilir. Bu baxımdan, neft qiymətlərinin artacağı, yaxud azalacağını demək çox çətindir”.

Ekspert vurğulayıb ki, cari ilin ilk 2 ayında Azərbaycan neftinin orta ixrac qiyməti təxminən 63,95 dollar olub:

“Dövlət büdcəsinə dəyişikliklərə gəlincə, indiyədək hansısa qurum büdcənin ilk rübündə, hər bir ay üzrə nəzərdə tutulan real ixrac qiymətlərini elan etməyib. Sadəcə Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına əsasən, yanvar və fevralda Azərbaycan neftinin orta ixrac qiyməti 63,95 dollar olub. Yəni orta qiymət kimi nəzərdə tutulan 65 dollardan belə az olub. Martda isə bu qiymət daha yüksək oldu. Lakin apreldə vəziyyətin necə olacağı bilinmir”.

İ.Şaban qeyd edib ki, 2026-cı ilin birinci rübü üzrə orta ixrac qiyməti 80 dollar ola bilər:

“Təxmin edirəm ki, mart ayı üzrə orta qiymət 100 dollar civarındadır. Beləliklə, 2026-cı ilin birinci rübü üzrə 80 dollar orta ixrac qiyməti sayıla bilər. Bu barədə tam dəqiq rəqəmləri aprelin ortasında biləcəyik. Ancaq bu o demək deyil ki, həmin qiymətlər stabildir. Neftin dəyəri ona görə bahadır ki, qiymətin üzərinə müharibə riskləri gəlir. Sabah müharibə bitərsə, neftin satış qiyməti əvvəlkinə qayıtmasa da, onun ətrafında olacaq. Müharibədən öncə neftin qiyməti 70 dollar idi. Müharibə bitdikdən sonra isə təxminən 75-80 dollar civarında ola bilər. Bu, dünyadakı mövcud şəraitdən, siyasi və iqtisadi stabillikdən asılıdır”.

Qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub. Neftin əvvəlki qiyməti 124,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Mart 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri