Neymar qayıdış matçında dublla tənqidçilərinə cavab verib VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar dünya çempionatından sonra meydana çıxdığı ilk oyunda dubla imza atıb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu Braziliya A Seriyasının 20-ci turunda “Şapekoense” ilə keçirilən görüşdə komandasının hər iki qolunu vurub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Neymar 35-ci dəqiqədə hesabı açdıqdan sonra qol sevincini son günlər ünvanına səsləndirilən tənqidlərə cavab verməyə həsr edib. Braziliyalı əvvəlcə tribunaların fitinə əlini qulağına aparmaqla reaksiya verib, daha sonra kart paylayırmış kimi pokeri imitasiya edib.
Bununla kifayətlənməyən Neymar künc bayrağını çıxararaq onu qolf çubuğu kimi istifadə edib və zərbə hərəkəti göstərib. Futbolçunun bu jestləri dünya çempionatından sonra poker turnirində iştirak etməsi və qolf oynaması ilə bağlı tənqidlərə cavab kimi qiymətləndirilib.
Neymar görüşün 86-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirərək ikinci qolunu vurub və “Santos”a 2:2 hesablı heç-heçə qazandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 İyul 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















